Month: February 2026

  • İran XİN ABŞ və İsrailin hücumu ilə bağlı BƏYANAT YAYDI – “Cavabsız qalmayacaq”

    “ABŞ və İsrail İrana qarşı hücum həyata keçirməyə başlayıb. İranın buna cavab vermək hüququ var və hücumun qarşısını almaq üçün güc və resurslara malikdir”.

    İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

    “Biz danışıqlara hazır olduğumuz kimi hərbi hücumlara da hazırıq. Müxtəlif bəhanələrlə İrana qarşı hücumlar cavabsız qalmayacaq. Ərazi bütövlüyümüzü və suverenliyimizi bütün qüvvələrimizi səfərbər edərək qoruyacağıq. BMT və digər təşkilatlar beynəlxalq qanunları rəhbər tutaraq bu hücuma qarşı çıxmalı, onu pisləməlidirlər. BMT Təhlükəsizlik Şurasının üzvləri öz vəzifələrini yerinə yetirməli və prosesin dayandırılması üçün addımlar atmalıdırlar” – deyə, bəyanatda qeyd edilib.

  • В Израиле отменили все футбольные матчи, запланированные на 28 февраля

    Израильская футбольная ассоциация отменила все матчи, запланированные в стране на субботу , 28 февраля.

    Об этом сообщила пресс-служба организации.

    Данное решение принято в целях безопасности и в связи с инструкциями МВД.

    На 28 февраля было запланировано проведение пяти матчей высшего дивизиона чемпионата Израиля. Новые даты их проведения пока не названы.

    Напомним, ранее министр обороны Израиля Исраэль Кац заявил, что Армия обороны страны нанесла превентивный удар по Ирану. Название операции – “Рычание льва”. Обе страны закрыли свое воздушное пространство. Позже президент США Дональд Трамп заявил, что Соединенные Штаты также принимают участие в военной операции против Ирана.

  • İsraildə bütün futbol matçları təxirə salındı

    İsrail Futbol Assosiasiyası ölkədə şənbə günü keçirilməsi planlaşdırılan bütün oyunları ləğv edib.

    Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

    Bu qərar təhlükəsizlik səbəbi ilə və Daxili İşlər Nazirliyinin təlimatlarına uyğun olaraq qəbul edilib.

    Qeyd edək ki, İsrail Premyer Liqasının beş oyunu 28 fevral tarixinə planlaşdırılmışdı. Yeni tarixlər hələ açıqlanmayıb.

  • Bakıda avtomobildən külli miqdarda pul və maqnitofon oğurlandı

    Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, rayon sakininə məxsus VAZ-2106 avtomobilindən 2 800 manat nağd pul və maqnitofon oğurlanıb.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı O.Soltanov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджан призывает своих граждан воздержаться от поездок в Израиль

    В связи с напряженной ситуацией в регионе вокруг Ирана гражданам Азербайджана рекомендуется воздержаться от поездок в Израиль.

    Как сообщает Median.Az со ссылкой на МИД Азербайджана, находящимся в Израиле азербайджанцам советуют внимательно следить за ситуацией с безопасностью, соблюдать указания и рекомендации местных властей, избегать мест массового скопления людей и усиливать меры личной безопасности.

    В случае чрезвычайной ситуации гражданам рекомендуется обращаться в Посольство Азербайджана в Израиле по следующим контактам:

    telaviv@mission.mfa.gov.az

    +972 54 539 77 88

    Напомним, ранее министр обороны Израиля Исраэль Кац заявил, что Армия обороны страны нанесла превентивный удар по Ирану. Название операции – “Рычание льва”. Обе страны закрыли свое воздушное пространство. Позже президент США Дональд Трамп заявил, что Соединенные Штаты также принимают участие в военной операции против Ирана.

  • XİN: “Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırırıq”

    “İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq”.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığında deyilir.

    Bildirilir ki, hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur:

    “Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

    Əlaqə vasitələri:

    Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi telaviv@mission.mfa.gov.az

    +972 54 539 77 88″ , – məlumatda qeyd olunur.

  • Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür

    Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür.

    Median.Az xatırladır ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq olub. Bütün şahid ifadələri, dəlillər, sübutlar Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb, bununla təxribatlara start verilib. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

    Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdilər. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.

    1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. Hadisələri araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 6 azərbaycanlının öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun əsl təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.

    Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Prezident İlham Əliyevin göstərişi və baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi. İstintaqın aparılması baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.

    İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb. İğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Buna sübut olaraq qeyd edə bilərik ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.


    Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında o zamankı “Dağlıq Qarabağ Muxtar Vilayətinin” Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları, SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.

    1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib.

    İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub. Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər.

    İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb.

    Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra – SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan Şəhər 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı “xidmətlərinə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

    İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk”a ötürüblər.


    Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.

    SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb, dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə antiazərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.

    Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

  • МИД Азербайджана предупредил граждан страны, находящихся в Иране

    В связи с обострением ситуации с безопасностью в Исламской Республике Иран гражданам Азербайджана рекомендуется воздержаться от поездок в эту страну. Тем, кто уже находится на территории Ирана, советуют покинуть страну через Азербайджан или Турцию в зависимости от местонахождения.

    Как сообщает Median.Az, об этом говорится в предупреждении Министерства иностранных дел Азербайджана для путешествующих.
    Гражданам рекомендуется соблюдать меры безопасности, избегать массовых скоплений людей, выполнять указания местных властей и регулярно отслеживать официальные источники информации.

    В случае чрезвычайной ситуации следует обращаться в посольство Азербайджанской Республики в Иране или в Генеральное консульство в
    Тебризе по следующим контактам:

    Посольство Азербайджанской Республики в Иране

    Email: tehran@mission.mfa.gov.az

    Телефон: +98 905 523 01 07, +98 901 884 55 31

    Генеральное консульство Азербайджанской Республики в Тебризе

    Email: tabriz@mission.mfa.gov.az

    Телефон: +98 901 414 31 57, +98 935 317 21 01

    Напомним, ранее министр обороны Израиля Исраэль Кац заявил, что Армия обороны страны нанесла превентивный удар по Ирану.
    Название операции – “Рычание льва”. Обе страны закрыли свое воздушное пространство. Позже президент США Дональд Трамп заявил, что Соединенные Штаты также принимают участие в военной операции против Ирана.

  • Rəsmi Bakıdan İrandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

    “İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq”.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığında deyilir.

    Bildirilir ki, həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur:

    “Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

    Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

    tehran@mission.mfa.gov.az

    +98 905 523 01 07

    +98 901 884 55 31

    Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

    tabriz@mission.mfa.gov.az

    +98 901 414 31 57

    +98 935 317 21 01″, – məlumatda qeyd olunur.

  • СМИ: Израиль готовится к четырехдневной серии ударов по Ирану

    Первый этап нанесения ударов по Ирану, как ожидается, займет четыре дня.

    Как передает Median.Az, об этом сообщил 12-й канал телевидения Израиля со ссылкой на израильского чиновника.

    По утверждению этого чиновника, первый этап операции “включает в себя четыре дня комбинированных и мощных ударов”.

    Напомним, ранее министр обороны Израиля Исраэль Кац заявил, что Армия обороны страны нанесла превентивный удар по Ирану. Название операции – “Рычание льва”. Обе страны закрыли свое воздушное пространство.