Month: February 2026

  • Kiber şantajda yeni üsul: Məlumat sızdırma saytları

    Təkcə şifrələmə deyil, məlumat oğurluğu da ön plandadır. Məlumat sızdırma saytları vasitəsilə həyata keçirilən şantaj əməliyyatlarına qarşı qurumların görməli olduğu 5 əsas tədbir açıqlanıb.

    Median.Az xəbər verir ki, fidyə proqramı əməliyyatları rəqəmsal cinayət iqtisadiyyatının əsas gəlir mənbələrindən biri olaraq qalır. Təhdid aktorları artıq yalnız sistemləri şifrələməklə kifayətlənmir, oğurladıqları məlumatları ictimaiyyətə açıqlamaqla hədələyərək təzyiq mexanizmlərini genişləndirirlər. Kiber təhlükəsizlik şirkəti ESET bildirir ki, müasir fidyə proqramı kampaniyaları “ikiqat şantaj” strategiyası üzərində qurulub və bu prosesdə “məlumat sızdırma saytları” (DLS) mərkəzi rol oynayır.

    2019-cu ildən etibarən geniş yayılmağa başlayan bu saytlar adətən “Dark Web”də yerləşdirilir. Hücumçular hədəf aldıqları qurumun məlumatlarını sistemləri şifrələməzdən əvvəl kopyalayaraq həmin platformalara yükləyirlər. Ödəniş edilmədiyi halda məlumatların bir hissəsini “sübut” kimi dərc edir, geri sayım taymerləri vasitəsilə psixoloji təzyiqi artırırlar.

    Bu strategiya hadisəni texniki nasazlıq çərçivəsindən çıxararaq birbaşa reputasiya böhranına çevirir. Sızdırılan məlumatlara kommersiya sirləri, müştəri məlumatları və daxili yazışmalar daxil ola bilər. Nəticədə risk yalnız əsas hədəfi deyil, həm də təchizat zəncirindəki tərəfdaşları və müştəriləri yeni dələduzluq üsullarına qarşı həssas vəziyyətə salır.

    ESET fidyə proqramı hücumlarının təsirini azaltmaq və sistem risklərini idarə etmək üçün qurumlara kompleks müdafiə strategiyası tövsiyə edir. Əsas tədbirlər bunlardır:

    Qabaqcıl təhlükəsizlik həlləri

    Şübhəli fəaliyyətləri real vaxtda aşkarlayıb dayandıra bilən EDR, XDR və ya MDR imkanlarına malik proqram təminatından istifadə kritik əhəmiyyət daşıyır.

    “Sıfır etimad” modeli

    Şəbəkə daxilində üfüqi hərəkətlərin qarşısını almaq üçün sərt giriş nəzarəti tətbiq olunmalı və “defolt etimad” prinsipi aradan qaldırılmalıdır.

    İzolyasiya olunmuş ehtiyat nüsxələr

    Məlumatlar fidyə proqramlarının çata bilməyəcəyi, internetlə əlaqəsi kəsilmiş (air-gap) mühitlərdə mütəmadi olaraq ehtiyatlanmalıdır. Bu, hücumdan sonra bərpa prosesini sürətləndirir.

    Proqram təminatının yenilənməsi

    Məlum təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün bütün sistem və tətbiqlər daim yenilənməlidir. Bu, hücumçuların giriş nöqtələrini əhəmiyyətli dərəcədə azaldır.

    İşçi heyətin maarifləndirilməsi

    Təhlükəsizlik təlimləri vasitəsilə əməkdaşların şübhəli e-poçt və mesajları tanıması təmin edilməlidir. İnsan faktoru ilə bağlı risklərin azaldılması hücumların qarşısının alınmasında mühüm rol oynayır.

    Mütəxəssislər xatırladır ki, fidyə ödəmək məlumatların gizli qalacağına və ya sistemlərin əvvəlki vəziyyətinə qaytarılacağına zəmanət vermir. Əksinə, bu cür ödənişlər cinayət şəbəkələrinin maliyyələşdirilməsinə xidmət edir.

  • İranda qızlar məktəbi vuruldu – 40 uşaq öldü

    İranda Miyanab bölgəsində qızlar məktəbində ölən şagirdlərin sayı 40-a çatıb.

    Hadisə nəticəsində 48 nəfər xəsarət alıb.
    * * * * *
    İranda qızlar məktəbinə hücumda 24 nəfərin öldüyü bildirilir.
     
    “İsrailin Miyanabda qızlar məktəbinə hücum etdiyi” qeyd olunub.
    Yaralıların sayı isə barədə məlumat verilməyib.

  • Rusiya vətəndaşlarına İranı Azərbaycan və Ermənistan vasitəsilə tərk etməyə çağırdı

    Rusiyanın Tehrandakı səfirliyi öz vətəndaşlarına İranı Azərbaycan və Ermənistan əraziləri vasitəsilə tərk etməyə çağırış edib.

    Bu barədə Rusiya “Telegram” kanalları səfirliyə istinadən məlumat yayıb.

    Diplomatik qurum bəyan edib ki, İrandan çıxış üçün mümkün variantlar Azərbaycan (Astara) və Ermənistan istiqamətindəki nəzarət-buraxılış məntəqələridir.

    Qeyd olunub ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan tərəfindən lazımi icazənin alınması tələb ediləcək.

    Səfirlik vətəndaşlara İranı tərk edərkən diqqətli və ayıq-sayıq olmağı da tövsiyə edib.

    Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. “Aslanın nərəsi” adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

  • Сын Масуда Пезешкиана подтвердил, что его отец жив (ОБНОВЛЕНО)

    Сын президента Ирана Масуда Пезешкиан – Юсеф Пезешкиан заявил, что глава государства жив, а попытка покушения не увенчалась успехом, передает Median.Az со ссылкой на Mehr.

    * * * * *

    Президент Ирана Масуд Пезешкиан не получил ранений при атаке США и Израиля на Исламскую Республику.

    Об этом сообщило агентство Mehr со ссылкой на источник, близкий к администрации главы исполнительной власти.

    По его словам, “президент республики находится в полном здравии, никаких проблем у него не возникло”.

    * * * * *

    Израиль мог пытаться совершить покушение на президента Ирана Масуда Пезешкиана.

    Как передает Median.Az со ссылкой на израильский портал Ynet, всего было атаковано около 30 целей в Иране, включая дом иранского президента. Сообщается также об ударах по резиденции духовного правителя Ирана аятоллы Али Хаменеи и штаб-квартире Корпуса стражей исламской революции (КСИР).

    Напомним, ранее министр обороны Израиля Исраэль Кац заявил, что Армия обороны страны нанесла превентивный удар по Ирану.

  • Oğlu Məsud Pezeşkianın SON DURUMUNU açıqladı (YENİLƏNİB)

    İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasının durumu ilə bağlı danışıb.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    O, M.Pezeşkianın sağ olduğunu, sui-qəsd cəhdinin uğursuzluqla nəticələndiyini bildirib.


    * * * * *

    ABŞ-İsrail hücumları zamanı sui-qəsd cəhdi olduğu deyilən İran Prezidenti Məsud Pezeşkianın sağ olduğu açıqlanıb.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    Bildirilib ki, Pezeşkian heç bir xəsarət almayıb.

    * * * * *

    İsrail İran Prezidenti Məsud Pezeşkiana sui-qəsd cəhdi edib.

    Median.Az-ın İsrailin “Ynet” portalına istinadən verdiyi məlumata görə, İran prezidentinin iqamətgahı da daxil olmaqla, İslam Respublikasında təxminən 30 hədəfə hücum edilib.

    Həmçinin İranın Ali Lideri Əli Xameneinin iqamətgahına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına da zərbələr endirilib.

    Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl ölkənin Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini bildirib .

  • Vilayət Eyvazovun türkiyəli və iraqlı həmkarları ilə telefon danışığı baş tutub

    Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı Mustafa Çiftçi və İraq Respublikasının daxili işlər naziri, ordu generalı Abdulemir Kamil Şemmari ilə telefon danışığı aparıb.

    Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, aparılan telefon danışığı zamanı nazirliklər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.

  • Приостановлены автобусные рейсы Баку – Нахчыван – Баку

    В связи с обострением конфликта между Ираном и Израилем автобусные рейсы по маршруту Баку – Нахчыван – Баку временно не выполняются.

    В ответ на запрос Oxu.Az Министерство цифрового развития и транспорта Нахчыванской Автономной Республики сообщило, что срок возобновления движения пока неизвестен. Вопрос будет рассмотрен в ближайшие дни.

  • Bakı-Naxçıvan-Bakı avtobus reysləri DAYANDIRILDI

    Bakı-Naxçıvan-Bakı avtobus reysləri İran-İsrail münaqişəsinin qızışması fonunda müvəqqəti dayandırılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

    Açıqlamada qeyd olunub ki, reysin bərpa müddəti hələ bilinmir, məsələyə yaxın günlərdə baxılacaq.

  • В Иране полностью отключили интернет

    В Иране полностью отключили интернет.

    Об этом Median.Az сообщает со ссылкой на информацию NetBlocks.

    Уровень подключения сейчас всего 4%.

  • İranda internet tamamilə kəsildi

    İranda internet tamamilə kəsilib.

    Median.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.