Month: February 2026

  • Gecə 2-də tanımadığı evin qapısını döydü – Həbs edildi

    Bakıda gecə saatlarında tanımadığı şəxsin evinin qapısını döyərək mənzildəkilərin narahatlığına səbəb olmuş şəxs inzibati məsuliyyətə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yaşayan vətəndaş polisə müraciət edərək gecə saat 01:40 radələrində tanımadığı şəxsin onun mənzilinin qapısını döyərək xuliqanlıq etdiyini bildirib.

    Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törədən 1989-cu il təvəllüdlü Maksim S. saxlanılıb.

    O, izahatında törətdiyi əməli etiraf edib: “Anam məni yaşadığımız evə buraxmadığı üçün dostum Qamiqin yaşadığı Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən mənzilində müvəqqəti yaşayıram. Saat təxminən 01:40 radələrində sərxoş vəziyyətdə gecələmək üçün dostumun yaşadığı mənzilə gəldikdə səhvən qonşunun qapısını döymüşəm. Daha sonra isə yan qapıda yaşayan Qamiqin mənzilinə daxil oldum. Həmin mənzilin qapısını döyməkdə başqa məqsədim yox idi. Sadəcə sərxoş olduğumdan qapıları səhv salmışdım. Əməlimdən səmimi peşmanlıq duyuram”.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinən Maksim 7 sutkalıq inzibati həbs olunub.

  • Sabah ilin ilk Günəş tutulması olacaq

    Sabah ilin ilk halqalı Günəş tutulması olacaq.

    Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq. Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.

    Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən və ya tam kəsdiyi zaman müşahidə olunur. Yer orbitinin müstəvisi ilə Ay orbitinin müstəvisi arasında cəmi 5°09′ fərq vardır. Ayın yeni Ay və ya tam Ay fazaları orbitin düyünlərinə uyğun gəldikdə tutulma baş verir. Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.

    Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.

    Ay, Yer və Günəşin qarşılıqlı vəziyyətindən asılı olaraq Günəş tutulmaları tam, halqalı, qismən və hibrid olmaqla bir neçə növə ayrılır. Günəş tutulmasının tam fazasının maksimum müddəti təxminən 7 dəqiqədir. Bu məhdudiyyət Ayın kölgəsinin Yer səthində əhatə etdiyi sahənin nisbətən kiçik olması ilə bağlıdır.

    Müşahidəçi kölgədən yarımkölgəyə keçdikcə isə Ayın Günəş diskini örtmə faizi azalır və tam tutulma deyil, qismən Günəş tutulması müşahidə olunur. Qismən tutulmada örtülmə faizi də müşahidə məkanının coğrafi mövqeyindən asılıdır.

    Qeyd edək ki, bu tutulma Azərbaycandan müşahidə olunmayacaq. Növbəti tutulma isə 3 mart tarixində baş verəcək tam Ay tutulması olacaq.

  • Həmyaşıdının üstünə spirt töküb yandırmışdı – Tutuldu

    Mingəçevir sakininə xəsarət yetirən şəxs tutulub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin bağlar yaşayış massivində 1980-ci il təvəllüdlü Zaur Nəbiyevin üzərinə spirt tökərək yandırmaqda şübhəli bilinən 46 yaşlı N.Mikayılov polis tərəfindən saxlanılıb.

    Onun psixi problemlərinin olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda evdən meyit tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Hadisə Xətai rayonunda qeydə alınıb.

    1977-ci il təvəllüdlü Faxrutin Fayzullayeviç Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Telnov küçəsi ev 10-da aşkar edilib.

    Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

  • TƏBİB-in icraçı direktoru vəzifəsinə namizəd kimi göstərilən şəxs infarkt keçirdi

    Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov infarkt keçirib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə üç gün əvvəl baş verib.

    Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra onun yerinə məhz Elçin Əmirovun gətiriləcəyi ehtimal olunurdu.

    İndi onun səhhətində problemlərin yaranması bu ehtimalı bir qədər azaldır.

    Bundan əlavə, məlumatlı şəxslər bildirirlər ki, onun əvvəlki rəhbərliyə yaxınlığı və digər məqamlar yayılan məlumatın şayiə olduğunu deməyə əsas verir.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    8. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    11. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    14. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    15. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    16. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Мехрибан Алиева переизбрана президентом Федерации гимнастики

    Мехрибан Алиева переизбрана на пост президента Федерации гимнастики Азербайджана на следующие пять лет.

    Об этом сообщили в Федерация гимнастики Азербайджана.

  • Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib.

    Bu barədə AGF məlumat yayıb.

    AGF-nin hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.

    Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021-2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.

    AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021-2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya komissiyalarının formalaşdırılması nizamnamədə öz əksini tapıb.

    Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq ediliblər.

    İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri, Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri, Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçiliblər.

    Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

  • Суд по делу о теракте в “Крокусе”: вина четверых исполнителей полностью доказана

    В ходе судебных прений, проходящих во 2-м Западном окружном военном суде, представители государственного обвинения объявили, что вина подсудимых, включая четырех непосредственных исполнителей террористического акта в концертном зале “Крокус сити холл”, полностью подтверждена материалами дела. Трагедия, произошедшая в марте 2024 года, унесла жизни 149 граждан.

    Соответствующую информацию агентству ТАСС предоставила адвокат, представляющая интересы потерпевшей стороны, Людмила Айвар.

    “Гособвинение в ходе прений сторон обосновало доказанность вины подсудимых, в том числе в отношении четверых непосредственных исполнителей теракта. Согласно позиции прокурора, вина подсудимых в совершении ими преступлений доказана собранными по делу доказательствами, несмотря на то, что по итогам судебного заседания никто из них не признал себя полностью виновным”, – пояснила юрист.

    По ее словам, в настоящее время в заседании, которое проходит в закрытом режиме, объявлен перерыв, во второй половине дня прения продолжатся. Как ожидается, сроки для подсудимых запросят ближе к вечеру. Защита потерпевших настаивает на самом суровом наказании для 19 фигурантов, которым грозит пожизненное заключение.

  • “Crocus City Hall” terrorçularının məhkəməsi: Dörd nəfərin təqsiri təsdiqləndi

    Rusiyada 2-ci Qərb Dairə Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı dövlət ittihamı nümayəndələri bəyan ediblər ki, “Crocus City Hall” konsert zalında törədilən terror aktının dörd birbaşa iştirakçısı da daxil olmaqla, təqsirləndirilən şəxslərin günahı iş materialları əsasında tam şəkildə təsdiqlənib. 2024-cü ilin mart ayındakı faciə nəticəsində 149 nəfər həlak olmuşdu.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə zərərçəkmiş tərəfin maraqlarını müdafiə edən vəkil Lyudmila Ayvar məlumat verib.

    “Prokurorun mövqeyinə əsasən, məhkəmənin sonunda onlardan heç biri özünü tam olaraq təqsirli bilməsə də, təqsirləndirilən şəxslərin cinayət əməlləri iş üzrə toplanmış dəlillərlə tam təsdiqini tapıb”, – deyə hüquqşünas qeyd edib.

    Onun sözlərinə əsasən, hazırda qapalı rejimdə keçirilən iclasda fasilə verilib və çıxışlar günün ikinci yarısında davam etdiriləcək. Axşama doğru təqsirləndirilən şəxslər üçün cəza müddətlərinin istənilməsi gözlənilir. Zərərçəkənlərin müdafiəsi ömürlük həbs cəzasının verilə biləcəyi 19 fiqurant barəsində ən sərt hökmün çıxarılmasını tələb edir.