Month: February 2026

  • Əli Kərimli və Məmməd İbrahim barəsində qərar qəbul olundu

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.

    Xatırladaq ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il fevralın 9-da isə onların barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb.

    Təqsirləndirilən hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

  • Qobuda IX sinif şagirdi yaşıdına xəsarət yetirdi: Məktəbdən AÇIQLAMA

    Fevralın 16-da Qobu qəsəbəsində fəaliyyət göstərən 1 saylı tam orta məktəbdə təhsil alan IX sinif şagirdləri arasında yaranan münaqişə nəticəsində tərəflərdən biri digərinə bədən xəsarəti yetirib.

    Təhsil ocağından “Azərbaycan müəllimi”nə daxil olan məlumata əsasən, xəsarət almış məktəbliyə əvvəlcə təhsil müəssisəsində ilkin tibbi yardım göstərilib, ardınca o, xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan yeniyetməyə ambulator müalicə təyin edilərək evə buraxılıb:

    “Baş vermiş hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə alınıb və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda faktla əlaqədar müvafiq araşdırma işləri davam etdirilir”.

  • Türkiyədə kömür mədənində FACİƏ – Dörd nəfər dağıntılar altında qaldı

    Türkiyənin Zonquldak bölgəsinin Kilimli rayonunda kömür mədəni ocağında uçqun baş verib.

    Median.Az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə zamanı mədəndə olan dörd işçi dağıntılar altında qalıb.

    “Dağıntılar altında qalan bir nəfərin sağ qaldığı barədə məlumat var. Onunla əlaqə yaradılıb və danışılıb. Xilasetmə işləri davam edir. Ümid edirəm ki, işçilərin hamısını qısa zamanda sağ-salamat çıxaracağıq”, – deyə yerli rəsmilərdən biri deyib.

    Əraziyə xilasetmə qüvvələri, təcili tibbi yardım və jandarm qrupları göndərilib.

  • Azərbaycanın Ermənistana satdığı məhsulların dəyəri açıqlanıb

    Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403.57 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Məlumata əsasən, bu, ümumi ixracın 0.11 faizini təşkil edir.

    Ermənistandan isə Azərbaycana məhsul ixrac olunmayıb.

    Qeyd edək ki, ötən ayın 11-də 979 ton “Aİ-92” markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Bundan başqa, 9 yanvar 2026-cı il tarixində 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

  • Yeni açılacaq Bakı-Belqrad reysinin qiyməti bilindi

    Bakıdan Belqrada birbaşa uçuşlar başlayır.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə ilk uçuş may ayının 3-də baş tutacaq. Biletlərin qiyməti tək gediş üçün 136 avro (günün məzənnəsinə uyğun 274 manat) olacaq. Uçuşu “Air Serbia” hava yolları həyata keçirəcək.

    Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bu barədə anons etmişdi.

  • “Lukoil”in operatoru növbə rəisinin pulunu oğurlayıb

    Abşeron rayonunun Qobu qəsəbəsində fəaliyyət göstərən “Lukoil” yanacaqdoldurma məntəqəsində (YDM) oğurluq baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, YDM-də operator işləyən şəxs növbə rəsininin 1100 manatını oğurlayıb.

    Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Abşeron Rayon Məhkəməsində Firuzə Kərimovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini övladının xəstə olması və müalicə xərclərinin qarşılaya bilməməsi ilə izah edib.

    Məhkəmənin hökmü ilə müttəhimə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun tutulduğu 2 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzrəində qəti olaraq 1 il 2 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Siyəzən icra başçısından QEYRİ-ADİ QƏRAR: Bir ay əvvəl vəzifə verdiyi şəxsi İŞDƏN ÇIXARDI

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu yaxınlarda işə qəbul etdiyi köməkçisinin fəaliyyətinə xitam verib.

    Median.Az-ın İqtisadiyyat.az-a istinadla verdiyi məlumata görə, Novruz Novruzov məsələ ilə əlaqədar müvafiq əmr imzalayıb.

    İmzalanmış sənədə uyğun olaraq, Balabəy Balabəyov icra başçısının köməkçisi postundan kənarlaşdırılıb.

    Verilən məlumata əsasən, onun işdən azad edilməsi dövlət qulluğunda çalışma yaşının son həddinə çatması ilə bağlıdır. Belə ki, bu günlərdə 65 yaşı tamam olan məmur təqaüdə yola salınıb.

    Qeyd edək ki, B.Balabəyov uzun illər Siyəzən RİH-də fəaliyyət göstərib. O, əvvəllər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini (dini qurumlarla iş üzrə təşkilatçı) qismində çalışıb. Ötən ay aparılan struktur islahatları nəticəsində əvvəlki ştatı ixtisar edildiyi üçün icra başçısının köməkçisi təyin olunmuşdu.

  • “Yuxa”da YOXLAMA: Məşhur restoranın işi dayandırıldı – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu barədə FHN məlumat yayıb:

    “Bu çərçivədə DYNX tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi 33 ünvanında yerləşən “Yuxa” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Belə ki:

    – Obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

    – Elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

    – Odsöndürən balonlarla tam təmin olunmayıb;

    – Bəzi daxili divarları yanar materiallarla üzlənilib;

    – Mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt təqdim edilməyib;

    – Yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

    – Təxliyə yolunu göstərən nişanlar mövcud deyil;

    – Obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, restoranın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Yuxa” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə verilib.

  • В Джалилабадском районе убит 62-летний мужчина: задержан его зять

    В Джалилабадском районе произошло убийство.

    Как сообщает Oxu.Az, инцидент произошёл 16 февраля около 13:00. Местный житель Азер Бахшиев (1964 г.р.) получил ножевое ранение. Мужчина был доставлен в больницу, где и скончался.

    Сотрудники полиции задержали подозреваемого в совершении преступления 24-летнего Ибрагима Бабаева. Сообщается, что убитый приходился ему тестем.

  • Cəlilabadda 62 yaşlı kişi QƏTLƏ YETİRİLDİ: Kürəkəni saxlanıl​​​dı

    Cəlilabad rayonunda 62 yaşlı kişi qətlə yetirilib.

    Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 16-da saat 13 radələrində baş verib. Cəlilabad rayon sakini, 1964-cü il təvəllüdlü Azər Baxşiyev bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.

    Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qətlə yetirilən şəxsin İ.Babayevin qayınatası olduğu bildirilir.