Month: February 2026

  • FHN-dən kritik xəbərdarlıq: Təhlükəli hava şəraiti gözlənilir

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.

    Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.

    Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır.

    Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

    Uçqun sizi yaxalayıbsa:

    – nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

    – qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

    – axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

    – uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

    – qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;

    – soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı “112”yə zəng edin!

  • Rayonlar üzrə fevralın pensiyası bu tarixdə veriləcək

    Fevralın 13-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fevral ayının pensiyalarının artırmlarla ödənişi baş tutmuşdu. Cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla verilmişdi.

    Milli.Az-ın əldə etdiyi məlumata görə, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə fevral ayının 20-də həyata keçiriləcək.
    Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb.

  • Berlində Azərbaycan Kino Günləri keçirilib

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Berlində Azərbaycan Kino Günləri keçirilib.

    Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən İsa Məmmədov çıxış edərək tədbirin məqsədi, Azərbaycan kinosunun beynəlxalq məkanda tanıdılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyəti barədə məlumat verib.
    Xalq artisti Mehriban Zəki Azərbaycan kinosunun son illərdə qazandığı uğurlardan və müasir kino nümunələrinin beynəlxalq auditoriya ilə təmasının vacibliyindən danışıb.
    Tədbir çərçivəsində “Zəfər rəqsi” filmi nümayiş olunub. Filmin ideya müəllifi, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək ekran əsərinin beynəlxalq nümayişinin Berlində başlamasının əhəmiyyətini vurğulayıb.
    Kino nümayişindən sonra iştirakçılar arasında şəbəkələşmə görüşü təşkil olunub.

  • Rüfət Səfərovun növbəti məhkəməsi oldu

    Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R Səfərovun müdafiəçiləri tərəfindən verilmiş vəsatətlərə münasibət bildirilib. Verilmiş vəsatətlərdən ikisi təmin edilib.

  • Мустафа Ашуров получил новую должность

    Произведено назначение на должность директора – главного дирижера Азербайджанского государственного ансамбля песни и танца имени Фикрета Амирова, действующего при Азербайджанской государственной академической филармонии имени Муслима Магомаева.

    Соответствующий приказ подписал министр культуры Азербайджанской Республики Адиль Керимли.

    Согласно документу, директором – главным дирижером ансамбля стал Мустафа Ашуров.

    Отметим, что до этого назначения М.Ашуров занимал должность художественного руководителя и главного дирижера Оркестра народных инструментов имени Сеида Рустамова при Международном центре мугама.

  • Mustafa Aşurova yeni vəzifə verildi

    M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.

    Qeyd edək ki, Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

  • В Казахстане начали проверку в отношении комика Нурлана Сабурова

    Комитет национальной безопасности (КНБ) Казахстана инициировал проверку в отношении комика Нурлана Сабурова, которому запретили въезд в Россию на 50 лет.

    Об этом 16 февраля пишет издание “Курсив” со ссылкой на ведомство.

    Причиной стали его действия, совершенные год назад, когда артист передал десять мотоциклов бойцам “Легиона Вагнер Истра”, участвующим в боевых действиях в Украине со стороны России.

    В КНБ подтвердили, что проводят проверку, но сроки не раскрыли.

    По мнению юриста Бауыржана Онгарова, Сабурову может грозить серьезное наказание по казахстанскому законодательству. Он считает, что финансирование и материальная поддержка “частной военной компании” подпадает под статью “Наемничество” Уголовного кодекса Казахстана, что предусматривает лишение свободы на срок от 7 до 12 лет.

    Скандал вокруг стендапера разгорелся после того, как 6 февраля стало известно о запрете на въезд в Россию сроком на 50 лет. По данным государственных агентств, причиной стали нарушения миграционного и налогового законодательства.

    Сам комик в настоящее время находится в Алматы. Он верит, что “время расставит все на свои места”, а пока его юристы “на своем уровне” займутся вопросами с “компетентными органами”. Уже после возвращения в Казахстан в Сети всплыли кадры, как Нурлан Сабуров подарил 10 питбайков бойцам “Легиона Вагнер Истра” под руководством героя России Александра Кузнецова (Ратибор). На кадрах он попросил бога, чтобы “ребята вернулись здоровыми и с победой”.

  • Rusiyaya girişi 50 il qadağan edilən komediyaçı araşdırılır

    Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi 50 il Rusiyaya girişi qadağan edilmiş komediyaçı Nurlan Saburov haqqında araşdırma başladıb.

    Bu barədə “Kursiv” məlumat yayıb.

    Hadisəyə səbəb sənətçinin bir il əvvəl Ukraynada Rusiya tərəfində döyüşən “Vaqner” qrupunın “İstra Legionu”nun döyüşçülərinə 10 motosiklet bağışlaması olub. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi araşdırma aparıldığını təsdiqləyib. Vəkil bildirib ki, Nurlan Saburov özəl hərbi quruma maddi dəstəyə görə 7-12 il həbs cəzası çəkə bilər.

    Qalmaqal fevralın 6-da onun Rusiyaya girişinə 50 il qadağa qoyulması fonunda böyüyüb. Hazırda komediyaçı Almatıdadır. Sosial şəbəkələrdə isə onun Aleksandr Kuznetsovun rəhbərliyi altında legion üzvlərinə motosiklet hədiyyə etdiyi görüntülər yayılıb.

  • “Kəpəz”in sabiq kapitanı Qazaxıstanda klubunu dəyişdi

    “Kəpəz”in keçmiş kapitanı və müdafiəçisi olan Yeqor Xvalko Qazaxıstanda klubunu dəyişib.

    “Tobol”dan ayrılan belaruslu oyunçu karyerasını Qazaxıstanın digər təmsilçisi “Atırau”da davam etdirəcək.

    Artıq 28 yaşlı mərkəz müdafiəçisi ilə yeni klubu arasında 2026-cı ilin yekununa qədər qüvvədə olacaq rəsmi sözləşmə imzalanıb.

    Xatırladaq ki, Yeqor Xvalko 2022-2025-ci illər aralığında “Kəpəz”in şərəfini qoruyub. O, Azərbaycan klubundan ayrıldıqdan sonra “Tobol”a transfer olunmuşdu.

  • “X” sosial şəbəkəsində irimiqyaslı nasazlıq: Problemlər qismən aradan qaldırılıb

    “X” sosial şəbəkəsinin fəaliyyətində yaranmış irimiqyaslı nasazlıq qismən aradan qalxmağa başlayıb.

    Median.Az bu barədə “Forbes” nəşrinə istinadən xəbər verir.

    İstifadəçi bildirişlərini izləyən “Downdetector” saytında problemlərlə bağlı məlumatların sayı Bakı vaxtı ilə saat 16:15-də qeydə alınan 15 müraciətdən, saat 16:45-ə qədər kəskin artaraq 40 313-ə çatıb.

    Təxminən bir saat sonra şikayətlərin sayı 8 000-ə qədər azalıb və istifadəçilər platformaya yenidən daxil olmağa başlayıblar.

    Məlumatların yarısı mobil tətbiqdə yaranan problemlərlə bağlı olub. Digər şikayətlər isə xəbər lentinə çıxış və saytın masaüstü (desktop) versiyasında yaranan çətinliklərlə əlaqədar qeydə alınıb.

    “X” şirkəti “Forbes” nəşrinin nasazlıqla bağlı şərh sorğusuna dərhal cavab verməyib. Platformanın tərtibatçılar üçün nəzərdə tutulmuş status səhifəsində isə səhər boyu “bütün sistemlər işləyir” qeydi göstərilib.