Month: February 2026

  • Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

    Ağdaşda kanaldan 76 yaşlı kişi meyiti tapılıb.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Cüvə kəndi ərazisində qeydə alınıb.

    Meyiti tapılan Ənvər Məmmədovun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Meta”nın ağıllı eynəkləri adamları üzdən tanıyacaq

    “Meta” ağıllı eynəklərində istifadəçilərə süni intellekt vasitəsilə qarşılarındakı insanları tanımağa imkan verən üztanıma texnologiyası hazırlayır.

    “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Ad etiketi” adlanan bu xüsusiyyətin keçmişdəki məxfilik pozuntularına görə tənqidlərə səbəb olacağı gözlənilir.

    İddia edilir ki, “Meta” mübahisəli texnologiyanı işə salmaq üçün vətəndaş cəmiyyəti təşkilatlarının diqqətinin siyasi qarışıqlığa yönəldiyi dövrdən fürsət kimi istifadə edir.

    Bildirilir ki, bu xüsusiyyət küçədəki hər kəsi skan edən universal bir vasitə olmayacaq, yalnız istifadəçiyə “Meta” platformalarındakı əlaqələrini və ya ictimai hesabları olan insanları müəyyən etməyə imkan verəcək.

    Qeyd edək ki, “Meta” keçmişdə üztanıma texnologiyaları ilə bağlı problem yaşayıb. Şirkət istifadəçilərin üz məlumatlarını icazəsiz topladığı iddiası ilə məhkəmə proseslərində milyardlarla dollar təzminat və cərimə ödəməyə məcbur olub. Daha sonra 2021-ci ildə “Facebook”dakı üztanıma sistemini bağlamaq qərarına gəlib.

  • Vətən müharibəsi qazisi vəfat etdi

    Vətən müharibəsi qazisi Elnur Quliyev vəfat edib.

    O, yaşadığı rayonun Qırxçıraq kəndində dünyasını dəyişib.

    Qeyd edək ki, mayor E.Quliyev müharibədə ağır yaralanandan sonra Türkiyəyə müalicəyə aparılmış və 2021-ci ilin mayında doğma rayonuna qayıtmışdı. Onun qayıdışı rayonda coşqu ilə qarşılanmışdı.

  • Onlar da sertifikasiya imtahanına – Cəlb olunur

    Sertifikasiya imtahanına cəlb olunan təhsilverənlərin dairəsi genişləndirilir.

    “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

    Layihəyə əsasən, dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikasiya imtahanına cəlb olunacaq.

    Qeyd edilib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.

  • Ötən ay bu qədər mənzilə “kupça” verilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 31.020 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

    Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 5.594-ü (18%) ilkin, 25.426-sı (82%) isə təkrar qeydiyyatın payına düşür.

    2026-ci ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 6.420, mənzil – 7.338, torpaq sahəsi – 16.184, qeyri-yaşayış binası – 271, qeyri-yaşayış sahəsi – 754, əmlak kompleksi – 47 və çoxmərtəbəli yaşayış binası – 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7.562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

    Bu ilin yanvar ayı ərzində 21.928 texniki pasport tərtib edilib, 5.271 ipoteka müqaviləsi qeydiyyata alınıb.

  • Güclü külək əsəcək – Xəbərdarlıq

    Fevralın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Prezidentin təyyarəsini Serbiya qırıcıları müşayiət etdi – Video

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri bu gün başa çatıb.

    Azərbaycan liderinin Serbiyaya səfəri başa çatdıqdan sonra dövlət başçısının təyyarəsini Serbiya qırıcıları müşayiət edib.

    Həmin görüntüləri təqdim edirik:

  • Vüqar Qurbanovdan ilk – Açıqlama

    “Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

    Bu fikirləri “Qafqazinfo”ya Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunması ilə bağlı sualı cavablandırarkən bildirib.

    “TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, – V.Qurbanov qeyd edib.

    Xatırladaq ki, V.Qurbanovun işdən çıxarılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in sədri vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

  • “X”in fəaliyyətində problem yarandı

    Dünyanın ən məşhur sosial media platformalarından biri olan “X”in fəaliyyətində ciddi problemlər yaranıb.

    Median.Az “Downdetector” portalının məlumatlarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-dan etibarən platformanın fəaliyyətində kütləvi nasazlıqlar müşahidə olunur.

    Məlumata görə, qlobal xarakter daşıyan problem Azərbaycandakı istifadəçilərin də fəaliyyətinə təsir göstərib.

    İstifadəçilər həm mobil tətbiq, həm də brauzer üzərindən profilə daxil olmaqda, paylaşımların yenilənməsində və mesaj göndərilməsində çətinliklərlə üzləşirlər.

  • Бакинец сел на 7 суток, перепутав квартиру друга с соседской

    В Баку привлечен к административной ответственности мужчина, который среди ночи постучал в дверь незнакомого человека, чем вызвал беспокойство жильцов.

    По данным “Qafqazinfo”, житель улицы Джейхуна Гаджибейли в Наримановском районе обратился в полицию, заявив, что около 01:40 ночи неизвестный стучал в дверь его квартиры, совершая хулиганские действия.

    В результате мероприятий, проведенных сотрудниками 16-го отделения полиции Наримановского РУП, был задержан совершивший данное деяние Максим С. (1989 г.р.).

    В своих показаниях он признал вину, объяснив ситуацию следующим образом:

    “Из-за того, что мать не пускает меня домой, я временно живу у своего друга Гамига на улице Дж. Гаджибейли. Около 01:40 ночи я пришел туда в состоянии алкогольного опьянения, чтобы переночевать, и по ошибке постучал в соседскую дверь. После этого я зашел в квартиру Гамига, которая находится рядом. У меня не было никаких дурных намерений, я просто перепутал двери из-за того, что был пьян. Искренне раскаиваюсь в содеянном”.

    Несмотря на раскаяние, решением Наримановского районного суда Максим C. был признан виновным в мелком хулиганстве и приговорен к 7 суткам административного ареста.