Month: February 2026

  • Bu istiqamtə də marşrutların hərəkət sxemləri dəyişir

    14 fevral saat 00:00–07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən “Buta Palace” yaxınlığındakı yolötürücüyə qədər, 15 fevralda isə əks istiqamətdə “Buta Palace” yaxınlığındakı yolötürücüdən aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata əsasən, məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

    Belə ki, 14 fevral tarixində (saat 00:00–07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) – Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–Heydər Əliyev prospekti (yolötürücü, “Buta Palace”) istiqamətində hərəkət edəcək.

    15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (yolötürücü, “Buta Palace”) – 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

  • Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

    14-15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir.

    “Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

    Məhdudiyyətlər aşağıdakı saat və istiqamətləri əhatə edir:

    14 fevral, saat 00:00-07:00 – Hava limanı yolundan “Koroğlu” metrostansiyası istiqamətində;

    15 fevral, saat 00:00-07:00 – “Koroğlu” metrostansiyasından Hava limanı istiqamətində.

    Alternativ olaraq, sərnişinlər 8 Noyabr prospekti – Zığ yolu marşrutundan (və əks istiqamətdə) istifadə edə bilərlər.

    Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hava limanına daha erkən yola düşməyi tövsiyə edir”, – deyə məlumatda qeyd olunub.

  • İlham Əliyev Münhendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulandı.

    Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulandı, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirildi, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

  • Sabunçuda ailə dramı: Ər arvadını, baldızını və onların nənəsini bıçaqladı – TƏFƏRRÜAT

    Bakının Sabunçu rayonunda Emil həyat yoldaşı Elnarəni, baldızı Gülarəni və onların nənəsi Xumarı (adlar şərti verilib – red.) bıçaqlayıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Emil 2024-cü il mayın 16-da rəsmi nikah münasibətində olduğu arvadı Elnarə ilə telefonla əlaqə saxlayıb və ondan qonaq getdiyi anasıgildən evə qayıtmasını tələb edib.

    Elnarə bu zaman onunla birgə yaşamaqdan bezdiyini və ayrılmaq istədiyini bildirib.

    Bundan qeyzlənən Emil qisas niyyəti ilə arvadını öldürmək qərarına gəlib.

    O, mayın 17-də saat 17 radələrində qayınanasının evinə yollanıb, aqressiv şəkildə arvadından çölə çıxmasını istəyib. Emilin əsəbi vəziyyətdə bacısına nəsə edəcəyindən ehtiyatlanan Gülarə nənəsi Xumarı çağırıb. Xumar ondan səs-küy salmamasını, çıxıb getməsini tələb edib.

    Mübahisə zamanı Emil qəflətən Xumarın sifətinə yumruq vurub.

    Daha sonra baldızı Gülarəni boynundan tutaraq bıçaqla ona zərbələr endirib.

    Bunun ardınca arvadı Elnarəyə hücum çəkib, bıçaqla xəsarət yetirib.

    Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.

    İstintaq orqanı tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma), 126.2.2 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərər vurma) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

    İş üzrə ifadə verən Emil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 17-də saat 16 radələrində evdən çıxıb və arvadı Elnarə ilə söhbət etmək üçün onun anasının evinə gedib:

    “Bir qədər keçmiş arvadımın ana nənəsi Xumar gəldi, bizi boşatdıracağını, Elnarəni məndən də yaxşı bir oğlana ərə verəcəyini dedi. Xumarın bu sözlərindən sonra əsəblərim pozuldu. Onunla mübahisə etməyə başladım.

    Elnarə ünvanıma nalayiq söyüşlər işlətdiyi üçün onun sifət nahiyəsindən yumruqla zərbə vurdum. Sonra əsəblərimə hakim ola bilmədim, cibimdən bıçağı çıxararaq məlum hadisəni törətdim”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Emilin apellyasiya şikayəti təmin olunmayıb.

    Bu qərardan kasasiya şikayəti verilib. İş araşdırılması üçün Ali Məhkəmənin hakimi Zaur Hüseynovun icraatına verilib. Yaxın günlərdə şikayət araşdırılacaq.

  • General-leytenant bağını satdı, məhkəməlik oldu – Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

    Nəsimi Rayon Məhkəməsində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini -Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

    Oxu.Az-ın məlumatına görə, hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə generalın anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı Rafiq Abbasov iddianı əsaslandırıb.

    O bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq istəyib və bu məqsədlə maklerlərlə əlaqə saxlayıb:

    “Ayaz Həsənova məxsus evə baxdıq, bəzi çatışmazlıqlar var idi. Yay mətbəxinə, quyuya da diqqət yetirdik. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Sonradan məlum oldu ki, həyətdəki quyu qonşu ilə ortaqdır. Amma bu barədə mənə məlumat verilməmişdi. Ayaz Həsənov çatışmazlıqları aradan qaldıracağına söz verdi, razılaşdıq. Usta çağırıb, təmir qiymətləri ilə maraqlandım və bu barədə Ayaz Həsənova məlumat verdim. O isə verdiyi sözü tutmadı. Dedi ki, bu barədə onu narahat etməyim”.

    Prosesdə çıxış edən cavabdeh Ayaz Həsənov bildirib ki, pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib:

    “Bunun üçün bir neçə vasitəçiyə müraciət etdim, həmçinin alqı-satqı saytlarına elan yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra vasitəçi zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Sonra makler dedi ki, Rafiq müəllim evi almaq istəyir. Səhəri görüşdük, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Bir ay müddətinə evi boşaldıb ona təhvil verdim. Hovuzdakı problemə gəldikdə isə mozaikada çatışmazlıq var idi. Usta çağırdıq, dedi ki, boya vurub həll etmək olar. Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum”.

    İddiaçı isə əlavə edib ki, qarşı tərəf evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib.

    Ayaz Həsənov prosesə əmlakçı və mühafizəçinin çağırılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

    Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.

    Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır. Həsənov 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

  • İcra başçısı 66 yaşında baş memar təyin etdi

    Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar təyin olunub.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elxan Allahverdiyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Musayev Şahin Möhtərəm oğlu baş memar vəzifəsinə təyin olunub.

    O, eyni zamanda həm Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, həm də şöbənin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri vəzifələrini də icra edəcək.

    Xatırladaq ki, Ş.Musayev yeni struktur dəyişikliyindən əvvəl ləğv olunmuş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) olub. O, II dərəcəli dövlət qulluqçusudur.

    Ş.Musayev ötən ilin avqustun 15-də 65 illik yubileyi münasibətilə RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.

  • СМИ: В США еще около 1.6 млн нелегалов подлежат депортации

    Почти 1.6 млн нелегальных иммигрантов, находящихся сейчас в США, подлежат депортации.

    Об этом заявил исполняющий обязанности директора Службы иммиграционного и таможенного контроля (ICE) Тодд Лайонс.

    По данным телеканала Fox News, такие цифры он огласил в четверг в ходе выступления перед членами комитета по внутренней безопасности и правительственным делам Сената Конгресса США. Лайонс добавил, что примерно 800 тыс. из этих людей имеют судимости.

    Ранее исполняющий обязанности директора ICE заявил, что сотрудники его ведомства задержали более 7 тыс. членов организованных преступных групп с иностранным гражданством, а также свыше 1.4 тыс. террористов.

    Министр внутренней безопасности США Кристи Ноэм ранее заявляла, что за 2025 год страну покинули 3 млн мигрантов, из них порядка 800 тыс. были депортированы в принудительном порядке.

  • ABŞ-də miqrantlara qarşı YENİ DALĞA – 1,6 milyon əcnəbi deportasiya təhlükəsi ilə üzləşib

    ABŞ-də təxminən 1.6 milyon sənədsiz immiqrant deportasiya təhlükəsi ilə üzləşib.

    Bunu İmmiqrasiya və Gömrük Mühafizəsinin (İGM) direktoru vəzifəsini icra edən Todd Lyons bildirib.

    “Fox News”un məlumatına görə, Lyons bu rəqəmləri cümə axşamı Senatın Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsinin üzvləri qarşısında hesabat verərkən açıqlayıb. O, əlavə edib ki, həmin immiqrantlardan təxminən 800 mininin cinayət əməli qeydə alınıb.

    Daha əvvəl İGM-nin direktoru vəzifəsini icra edən şəxs bildirib ki, qurum xarici vətəndaşlığı olan 7 mindən çox mütəşəkkil cinayətkar qrup üzvünü, eləcə də 1 400-dən çox terrorçu kimi axtarılan şəxsi saxlayıb.

    ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem isə xeyli öncə demişdi ki, 2025-ci ilə qədər 3 milyon miqrant ölkəni tərk edəcək, onlardan təxminən 800 mini zorla deportasiya olunacaq.

  • На Солнце произошла сильная вспышка

    Сильная солнечная вспышка зафиксирована в пятницу.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “13 февраля в 11:58 мск (12:58 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4373 (N08W16) зарегистрирована вспышка M1.1 продолжительностью 48 минут”, – уточняется в сообщении.

    Ранее в лаборатории солнечной астрономии ИКИ РАН и ИСЗФ СО РАН отметили, что вспышечная активность на Солнце стремительно снижается и может достичь нулевого показателя.

  • Günəşdə güclü partlayış baş verib

    Fevralın 13-də Günəşdə güclü partlayış qeydə alınıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Fevralın 13-də Moskva vaxtı ilə saat 11:58-də (Bakı vaxtı ilə saat 12:58) rentgen diapazonunda 4373 (N08W16) ləkələr qrupunda 48 dəqiqə davam edən M1.1 sinfinə aid partlayış qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından bildirilmişdi ki, Günəşdə partlayış aktivliyi sürətli şəkildə azalmağa doğru gedir və sıfır göstəricisinə enə bilər.