Month: February 2026

  • Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Dəyərli qardaşım.

    Əziz qardaşım, Sizi Əbu-Dabi şəhərində beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Sizin bu yüksək və nüfuzlu mükafata layiq görülməyinizi, ilk növbədə, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində yorulmaz səylərinizin, uzaqgörən və müdrik xarici siyasətinizə dərin hörmətin əyani təsdiqi kimi dəyərləndiririk.

    Həqiqətən də 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Sizin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Birgə Bəyannaməni imzalamağınız sülhə nail olunması yolunda tarixi əhəmiyyət kəsb edən böyük hadisə oldu.

    Uzun illər davam etmiş münaqişənin siyasi-diplomatik vasitələrlə həllinə yönəlmiş qətiyyətli qərarınız, həmçinin Azərbaycan və Ermənistan arasında bərabərhüquqlu münasibətlərin bərpası, regional təhlükəsizliyin möhkəm mexanizmlərinin formalaşdırılması, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı istiqamətindəki əməli səyləriniz yüksək təqdirə layiqdir.

    Hörmətli İlham Heydər oğlu, Siz xalqın və dövlətin mənafeyi naminə sülhə yönəlmiş dialoqları necə aparmaq, ən çətin məsələləri belə dərindən düşünülmüş və cəsarətli qərarlar vasitəsilə necə səmərəli həll etmək nümunəsini bütün dünyaya aydın şəkildə nümayiş etdirdiniz.

    Bu ali beynəlxalq mükafat münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və rifah, ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayıram”.

  • İlham Əliyev: “Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir”

    Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

    “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, – bu barədə dəfələrlə danışılıb, – gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • İcra başçısının müavini işdən çıxdı

    Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib.

    O, uzun illərdir icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. N.Qasımov bu vəzifəyə 2007–2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib.

  • Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır – 7 körpənin öldüyü yanğın

    “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə iki zərərçəkən ərizə verərək sabiq direktor Mehriban Abasquliyevaya qarşı şikayət və ya tələblərinin olmadığını bildiriblər.

    Prosesin davamında Mehriban Abasquliyevanın vəkili müdafiə etdiyi şəxsin ifadə vermək istədiyi söyləyib. M.Abasquliyeva ifadəsində bildirib ki, o, 2022-ci ildən mərkəzdə yanğın baş verənədək direktor vəzifəsində çalışıb: “Hadisə olan gecə təcili yardım şöbəsindən zəng edib mənə məlumat verdilər. Mən də öz növbəmdə TƏBİB-in icracı direktoruna və yanğınsöndürənlərə məlumat verdim. Dedilər ki, yanğınsöndürənlər artıq hadisə yerindədir. Ora çatan kimi xəstələrin və əməkdaşların təxliyəsi ilə məşğul olduq. TƏBİB-in icraçı direktoru da orda idi. Daha sonra hadisə yerinə prokurorluq əməkdaşları gəldi və məndən sənədləri tələb etdilər. Onların tələbinə əsasən, mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokuroluğun İstintaq İdarəsində ifadə verdik. Həmin vaxt ifadə verə bilmədim, çünki hadisənin stressini və yorğunluğunu üstümdən ata bilməmişdim. Təqdim olunan sənədləri imzaladım. Mənə dövlət hesabına vəkil verdilər. Halbuki vəkil tutmağa imkanım var idi. Barəmdə ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirləri seçiləndən sonra bu qərardan şikayət verdim. Yalnız o zaman öz vəkillərimlə əlaqə saxlaya bildim”.

    Mehriban Abasquliyeva əlavə edib ki, onun əmək müqaviləsində yanğın təhlükəsizliyi ilə bağlı öhdəlik yazılmayıb. Onun sözlərinə görə, mərkəzdə küvəzlərdən başqa hər yeri kamera çəkib: “Küvəzdə baş verən nasazlıq səbəbindən yanğın olub. Nasazlıq hər an ola bilərdi, 3 ay əvvəl də, 3 saat əvvəl də. Mən evimdə olanda küvəzdə nəsə olubsa, haradan biləcəkdim? Müəssisədəki 439 nəfər işçinin əvəzinə mən işləyəsi deyildim ki”.

    O, həmçinin əlavə edib ki, Perinatal Mərkəzdə təmir işləri bitsə də, yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyətə başlamır: “Bu vaxta qədər bu məsələ həll olunmayıbsa, mən çalışdığım qısa müddətdə necə yanğın təhlükəsizliyini təmin edə bilərdim? Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar. O, məsuliyyət daşıdığı halda cinayət məsuliyyətinə cəlb olunmayıb”.

    M.Abasquliyeva əlavə edib ki, öhdəliyi olmasa da, mərkəzdə bu məsələdən irəli gələn problemləri aradan qaldırıb: “Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkənləri zibil yeri kimi istifadə olunurdu. Hətta ora yanan materiallar da yığmışdılar. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirmişəm”.

    Proses fevralın 25-də davam etdiriləcək.

    Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

    Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

  • Şərurda qardaşı oğlunu çəkiclə öldürməkdə təsirləndirilən əmiyə hökm oxundu

    Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qardaşı oğlu İbrahim Əbülfəz oğlu İbrahimovu öldürməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Cabir İbrahim oğlu İbrahimov 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

    Cabir İbrahimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında Şərur rayonun Aşağı Daşarx kəndində baş verib.

    İttihama görə, İbrahim İbrahimovla əmisi Cabir İbrahimov arasında əvvəllər də bir neçə dəfə şəxsi münasibətlər zəminində söz-söhbətlər olub. Qohumların sonuncu mübahisəsi yolda avtomobillə hərəkətdə olarkən ötmə manevrləri ilə əlaqədar yaşanıb.

    Onlar avtomobili saxlayıb davaya başlayarkən Cabir İbrahimov mismarçıxaran çəkiclə qardaşı oğlu İbrahim İbrahimovun baş nahiyəsinə zərbə endirib.

    C.İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə mühakimə olunub.

  • “Nənəmin təndiri” CƏRİMƏLƏNDİ

    Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nənəmin təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, istehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub.

    Baxış zamanı müşayiətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb.

    Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.

  • Prezident üç quruma yeni səlahiyyətlər verdi

    “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanunun tətbiqi barədə” 15 fevral 2016-cı il tarixli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23 fevral 2017-ci il tarixli fərmanlarında dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

    Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qrant alınması (verilməsi) haqqında qanunvericiliyin pozulması maddəsi ilə bağlı səlahiyyətli qurumlar müəyyənləşib. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT), xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının yerli filial və ya nümayəndəliklərinin və yaxud bankların “Qrant haqqında” qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Azərbaycan Mərkəzi Bankı, digər kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi baxacaq.

  • AFFA iki komandaya texniki məğlubiyyət verib

    AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

    AFFA Region Liqasında keçirilməli olan “Bakı” TFK – “Mərcanlı” qarşılaşması birincilərin heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

    AFFA U-17 Liqasında keçirilməli olan “Turan Tovuz” – “Lion” PFK oyununda isə qonaq kollektiv təyin edilən vaxtda meydanda olmadığına görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

  • “Papanin hospitalı”nın rəisi İŞDƏN ÇIXARILDI: Yerinə təyinat oldu

    Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

    Uzun müddət hospitala rəhbərlik edən tibb xidməti polkovniki Elçin Abdullayev rəis postundan kənarlaşdırılıb.

    “Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalının rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.

  • Президент Арабского парламента посетил Аллею почётного захоронения и Парк Победы

    Делегация во главе с президентом Арабского парламента Мухаммедом Ахмедом Аль-Ямахи, находящаяся с официальным визитом в нашей стране, 11 февраля посетила Аллею почётного захоронения, с уважением почтила память общенационального лидера, архитектора и основателя современного независимого Азербайджанского государства Гейдара Алиева, возложила венок и живые цветы к его могиле.

    Об этом сообщили в отделе по связям с прессой и общественностью Милли Меджлиса.

    В рамках визита делегация посетила Парк Победы в Баку и возложила венок к памятнику. Гостям была предоставлена информация о Парке Победы, созданном с целью сохранения в памяти величественной исторической Победы, одержанной азербайджанским народом в Отечественной войне, и увековечения светлой памяти наших шехидов.

    Во время визита делегацию сопровождали заместитель председателя Милли Меджлиса Муса Гасымлы и другие официальные лица.