Month: February 2026

  • Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

    Ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 11-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

    Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.

  • Есть ли пострадавшие при пожаре в жилом доме в Баку?

    В результате пожара трём людям оказали первую медицинскую помощь на месте происшествия.

    Как сообщили Oxu.Az в Республиканском центре скорой и неотложной медицинской помощи, 11 февраля в 11:50 поступил вызов с улицы Джаваншира в Хатаинском районе Баку в связи с возгоранием. По указанному адресу была направлена бригада скорой помощи, которая оказала помощь пострадавшим на месте.

    Напомним, сегодня на улице Джаваншир в Хатаинском районе пожар произошёл на третьем этаже пятиэтажного жилого дома.

  • Bakıda yaşayış binasındakı yanğında xəsarət alan olub?

    Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfərə yerində ilkin tibbi yardım olunub.

    Bu barədə Oxu.Az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, fevralın 11-i saat 11:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu, Cavanşir küçəsindən yanğın baş verməsi səbəbi ilə çağırış qeydə alınıb:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfərə yerində ilkin tibbi yardım olunub”.

    Xatırladaq ki, bu gün Xətai rayonu, Cavanşir küçəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yanğın baş verib və qısa müddətdə söndürülüb.

  • Kimlər avara hesab olunur və onları nə qədər cərimə gözləyir? – HÜQUQİ İZAH

    Azərbaycanda son günlər avaralıqla məşğul olmağa görə cərimə növünün mövcudluğu barədə müzakirələr başlayıb.

    Bəs qanunvericilik nə deyir? Kimlərə avara deyilir?

    Bizim.Media xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsi avaralıqla məşğul olma maddəsidir.

    Həmin maddədə qeyd edilib ki, “avaralıqla məşğul olan” dedikdə – müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür. Burada “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olunurlar.

    Avaralıqla məşğul olmağa görə – vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

    Həmin maddənin digər bəndinə görə, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə – əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.

    Yəni avaralıqla məşğul olan azərbaycanlılara öncə xəbərdarlıq edilir, bu kifayət etmədikdə 10 günədək inzibati həbs tətbiq edilir, əcnəbilərə isə xəbərdarlıq və ya 20 manatdan 25 manatadək cərimə və ya ölkədən kənarda inzibati qaydada çıxarılır.

  • DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi

    Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Vasif oğlu Talışxanovun cinayət işi üzrə hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

    Bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

    Qeyd edək ki, o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

    Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

    O, sözügedən əməllərdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.

    Mirədalət Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.

  • Anasına görə gömrük əməkdaşını öldürən yeniyetmənin məhkəməsi başladı

    Dövlət Gömrük Komitəsinin əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı R.Xəlilovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baş tutan prosesin qapalı keçirilməsi qərara alınıb.

    Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində baş verib.

    1982-ci il təvəllüdlü Ayxan Mustafayevin özünə məxsus mağazanın qarşısında öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırma zamanı 2009-cu il təvəllüdlü R.Xəlilovun bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. A.Mustafayev 17 yaşlı yeniyetmə R.X tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı A.Mustafayevi bıçaqlayıb.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Onu da qeyd edək ki, qətlə yetirilən Ayxan Mustafayev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olub.
    //oxu.az

  • На Солнце произошла серия из трех сильных вспышек

    Три сильные вспышки зафиксированы в активной области на Солнце 11 февраля.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики России.

    “11 февраля в 03:09 мск (04:09 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4366 (N16W84) зарегистрирована вспышка M1.2 продолжительностью 24 минуты. В 03:44 мск (04:44 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4366 (N19W87) зарегистрирована вспышка M1.1 продолжительностью 21 минута. В 03:57 мск (04:57 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4366 (N17W87) зарегистрирована вспышка M1.4 продолжительностью 9 минут”, – уточняется в сообщении.

  • Günəşdə güclü partlayışlar baş verib

    Fevralın 11-də Günəşin aktiv bölgəsində üç güclü partlayış qeydə alınıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “11 fevralda Moskva vaxtı ilə saat 03:09-da (Bakı vaxtı ilə saat 04:09 – red.) 4 366 Günəş ləkəsi qrupunda (N16W84) rentgen diapazonunda 24 dəqiqə davam edən M1.2 partlayışı olub.

    Moskva vaxtı ilə saat 03:44-də (Bakı vaxtı ilə saat 04:44 – red.) isə 4 366 Günəş ləkəsi qrupunda (N19W87) rentgen diapazonunda 21 dəqiqə davam edən M1.1 partlayışı baş verib.

    Həmçinin, Moskva vaxtı ilə saat 03:57-də (Bakı vaxtı ilə saat 04:57 – red.) 4 366 Günəş ləkəsi qrupunda (N17W87) rentgen diapazonunda 9 dəqiqə davam edən M1.4 partlayışı müşahidə olunub”, – deyə məlumatda bildirilib.

  • Türkiyədə zəlzələ oldu

    Türkiyənin Erzincan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

    Bu barədə AFAD məlumat yayıb.

    Qeyd olunur ki, yeraltı təkanlar saat 00:38-də vilayətin Kemah rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 7,02 kilometr dərinlikdə yerləşib.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

    Fevralın 10-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində axtarışda olan 131 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.