Month: February 2026

  • “Çelsi” xal itirdi, “Nyukasl” “Tottenhem”ə qalib gəldi

    İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.

    “Çelsi” doğma meydanda “Lids”lə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

    Digər görüşdə isə “Nyukasl” “Tottenhem”ə 2:1 hesabı ilə qalib gəlib.

    Hazırda “zadəganlar” 44 xalla 4-cü pillədə qərarlaşıb.

    “Nyukasl” isə 36 xalla 10-cu yerdədir.

  • Naxçıvanın 101 yaşlı sakini vəfat etdi

    Naxçıvanın uzunömürlü sakini, müharibə veteranı Vəli Qasımov dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, 101 yaşlı V.Qasımov yaşadığı Culfa rayonunun Xanəgah kəndində vəfat edib.

  • Paşinyan separatçıların həbsindən danışdı

    “Əgər sülh mühiti yaxşılaşmasaydı, Vaqif Xaçaturyan geri qayıtmazdı”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

    “Qarabağın hərbi-siyasi rəhbərliyinin hökmləri mənim üçün çox ağrılı və çətindir, amma başa düşməliyik ki, münaqişənin ətaləti var və onu tək bir vasitə ilə dayandırmaq olmaz. Sülh problemi həll etməyin mümkün olduğu mühitdir.

    Emosiyalarımızı başa düşürəm, bilirəm ki, bir çox hallarda cavab vermədiyimiz üçün tənqid olunuruq. Amma sülh gündəliyinə diqqət yetirsək konkret nümunələr bizi uğura gətirib çıxaracağı qənaətinə gətirir”, – Paşinyan bildirib.
    //unikal.az

  • Somalidə sərnişin təyyarəsi qəzaya düşdü – Video

    Somalidə sərnişin təyyarəsi qəzaya uğrayıb.

    Paytaxt Moqadişudan havaya qalxan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən geri dönmək məcburiyyətində qalıb. Təyyarə eniş etmək istəyərkən enmə zolağından çıxıb və qanadı qırılıb.

    Göyərtəsində 55 nəfər olan “StarSky” aviaşirkətinə məxsus təyyarədə xəsarət alan olmayıb.

  • Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş

    Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-da davam etdirilib.

    R.Vardanyan son söz çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib. O, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin şeirini oxuyub.

    Median.Az unikal-a istinadən xəbər verir ki, sözügedən şeir Məhəmməd Füzulinin “Padişahi-mülk” qitəsidir.

    Sözügedən qitəni rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da bunu rus dilində səsləndirib.

    Qeyd edək ki, Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir.

  • Bakıda məktəbli qız vəfat etdi – FOTO

    Fevralın 9-da Bakıda məktəbli qız vəfat edib.

    Median.Az xəbər verir ki, Sulutəpə qəsəbə sakini 12 yaşlı Mirvari Vəliyeva dünyasını dəyişib.

    Orta məktəb şagirdi olan Mirvarinin ölüm səbəbi açıqlanmayıb./news24.az

  • Aşıq Tellinin qardaşı iş yerində öldü

    Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə oranın işçisi, paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib.

    60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib.

    Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır./qafqazinfo

  • Güllələnən müəllimdən yeni XƏBƏR VAR

    Bakıda “İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlanıb.

    Median.Az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin davam etdirildiyi bildirilib:

    “1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir”.

    Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəlliməsi odlu silahdan atəş açaraq Şəhla Kamilovanı güllələyib.

  • “Qəbələ”dən yeni transfer

    “Qəbələ” transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

    “Qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valansyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

    Sonuncu komandası “Valansyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.

    O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

  • Son günlər trend olan bu əməllər qanun pozuntusudur? – DYP-dən açıqlama – Video

    Bakıda avtomobilin arxasına elan yapışdıran qadın müzakirələrə səbəb olub.

    “Qafqazinfo” xəbər verir ki, görüntüləri Təhminə adlı xanım “TikTok” səhifəsində paylaşıb. O, maşının arxasına doğum günü ilə bağlı kağız yapışdırıb və bunu oxuyan digər sürücülərdən səs siqnalı verərək onu təbrik etmələrini xahiş edib.

    Görüntülərdən məlum olur ki, digər sürücülər hərəkətdə olarkən səs siqnalı verərək qadını təbrik edirlər. Pozitiv görüntülər isə birmənalı qarşılanmayıb. Bir çoxları bu əməllərin yol hərəkətinin təhlükəsizliyi baxımından yolverilməz olduğunu vurğulayıb.

    Son günlər qonşu Türkiyə və digər ölkələrin “TikTok” seqmentində bu kimi elanlar trend olub. Belə ki, bəzi insanlar övladının dünyaya gəlməsi, doğum günü, boşanması və digər əlamətdar günləri ilə bağlı avtomobillərinə elanlar yapışdıraraq diqqəti özlərinə cəlb edirlər. Hətta maşının üzərinə bank kartının nömrəsini yazıb yardım istəyənlərin olduğu da bildirilir.

    Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli saytımıza bildirdi ki, yollarda avtomobillərin lüzumsuz olaraq səs siqnalından istifadə etməsi qanun pozuntusudur: “Nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən belə hallar istər-istəməz sürücülərin marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.

    Bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildiririr ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir.

    Mövcud qanunvericiliyin tələblərinə əsasən səs siqnallarında iki halda, yəni yol-nəqliyyat hadisəsinin qarşısının alınması məqsədilə və yaşayış yerlərindən kənarda ötmə əməliyyatını həyata keçirərkən icazə verilir. Digər hallarda isə lüzumsuz olaraq səs siqnallarından istifadə etmək qadağandır.

    AR İXM-nin 329.3-cü maddəsinə əsasən səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 30 manat məbləğində cərimə də nəzərdə tutulub”.