
Bu gün paytaxtda yerləşən daha bir təhsil müəssisəsində hadisə yaşanıb.

Bu gün paytaxtda yerləşən daha bir təhsil müəssisəsində hadisə yaşanıb.

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.
“Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır”.
Qazaxıstanın Atırau vilayətinin Kulsarı şəhərində 10-cu sinif şagirdi balta ilə sinif yoldaşlarına hücum edib.
Bu barədə “Tengrinews” məlumat yayıb.
Portalın məlumatına görə, hadisənin baş verməsinə səbəb şagirdin həmyaşıdları ilə münaqişə etməsi olub.
Hadisə nəticəsində iki şagird yaralanıb.
Hadisə yerinə polis cəlb olunub. Hücum edən şagird müəyyən edilərək saxlanılıb.
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 10-cu sinif şagirdi ov silahı ilə müəllimə xəsarət yetirib.
Yeniavaz.com xəbər verir ki, hadisə cəmiyyətdə ciddi rezonans doğuraraq orta məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrdə məktəblərdə təhlükəsizlik tədbirlərinin yetərincə səmərəli təşkil olunmaması ilə bağlı tənqidi fikirlər səsləndirilir. Bir çoxları bu cür halların qarşısının vaxtında alınmamasını mövcud nəzarət mexanizmlərinin zəifliyi ilə əlaqələndirir.
Bəs görəsən, orta məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu kimi xoşagəlməz hadisələrin qarşısını almağa nə dərəcədə imkan verə bilər?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bir məktəbdə 2–3 min şagird təhsil alır:
“Bu qədər uşağın hər birinin çantasını və üzərini yoxlamaq nə vaxt, nə də praktiki baxımdan mümkündür. Şagirdin çantasında silah da, bıçaq da, digər təhlükəli əşyalar da ola bilər”.
Elçin Bayramlı vurğulayıb ki, aqressiv davranışların kökündə ailə tərbiyəsinin zəifliyi dayanır:
“Əgər uşağa ailədə düzgün tərbiyə verilməyibsə, məktəbdə tətbiq olunan heç bir inzibati tədbir real nəticə verməyəcək. Sağlam tərbiyə almayan, aqressiv və eqoist psixologiya ilə böyüyən uşaq gec-tez problem yaradacaq. Bu, qaçılmazdır”.
Ekspertin sözlərinə görə, nəzarətsiz smartfon istifadəsi və zorakılıq məzmunlu kompüter oyunları da uşaqların psixologiyasına ciddi zərər vurur:
“Azyaşlı uşaqların əlinə nəzarətsiz şəkildə smartfon verilir. Onlar internetdə müxtəlif psixotron təsirlərə məruz qalırlar. Qanlı və zorakılıq dolu oyunlar uşaqlarda aqressiyanı artırır və bu aqressiya məktəb mühitində açıq şəkildə özünü göstərir”.
Elçin Bayramlı məktəb psixoloqlarının fəaliyyətini də tənqid edib:
“Məktəb psixoloqlarının fəaliyyəti demək olar ki, sıfıra bərabərdir. Ümumiyyətlə, onlar heç nə etmir və edə də bilmirlər. Problemin həlli valideyn məsuliyyətinin artırılmasından keçir. Belə hadisələr törədən uşaqların valideynləri mütləq şəkildə cəzalandırılmalıdır. Valideyn bir dəfə cəzalandırılsa, övladının tərbiyəsinə daha ciddi yanaşar. Problemin qarşısını almağın yeganə yolu budur”.
Sumqayıtda ailədaxili münaqişə qanla nəticələnib.
Median.Az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 40-cı məhəlləsində ağır məişət hadisəsi baş verib.
Şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Səfərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü İradə Səfərovaya kəsici alətlə xəsarət yetirib.
Məlumata görə, insident şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib. Yaralı qadın dərhal tibb müəssisəsinə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, hadisənin dəqiq səbəbləri araşdırılır./teleqrraf
Очередные выборы в Национальное собрание Армении пройдут 7 июня 2026 года.
Как передает Median.Az со ссылкой на армянские СМИ, соответствующий указ подписал президент Армении Ваагн Хачатурян.
Документ вступает в силу со дня, следующего за его официальным опубликованием.
Ранее в Центральной избирательный комиссии Армении заявляли, что, вероятно, выборы в парламент страны пройдут 7 июня 2026 года.
Ermənistanda Milli Assambleyaya (parlamentə) növbəti seçki 2026-cı il iyunun 7-də keçiriləcək.
Median.Az NEWS.am agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bununla bağlı müvafiq fərman imzalayıb.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Median.Az-ın məlumatına görə, Prezidentin digər Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.
Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, daha sonra isə müavini vəzifəsində çalışıb. Evlidir, iki övladı var.//qafqazinfo
Norveç şahzadəsi Mette-Marit məşhur maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə üzr istəyib.
Median.Az xəbər verir ki, şahzadə açıqlamasında bildirib: “Məyus etdiyim hər kəsdən üzr istəyirəm. Epşteynlə aramızda olan mesajlar mənim əsl kimliyimi əks etdirmir. Həmçinin Kral Sarayına, xüsusən də Kral və Kraliçaya yaratdığım vəziyyətə görə təəssüflənirəm”.
Norveç şahzadəsinin adı Epşteynin yeni sənədlərində min dəfədən çox xatırlanır. Lakin o, maliyyəçinin cinayətkar fəaliyyətindən xəbərsiz olduğunu bildirib və onunla əlaqələrindən peşmanlığını ifadə edib.
Norveç Kral Evi şahzadənin 2013-cü ildə Epşteynlə əlaqəsini dayandırdığını bildirib.
Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunub.//teleqraf