Month: February 2026

  • Saleh Məmmədov vəzifəsindən çıxarıldı -SƏRƏNCAM

    Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilibb.

    Median.Az bildirir ki, bu barədə prezident İlham Əliyev fərman imzalayıb.

  • İlham Əliyev onu sədr təyin etdi – SƏRƏNCAM

    Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
     
    Median.Az bildirir ki, prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

  • Liseydə müəllimin güllənməsi: ata həbs edilə bilər

    Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “İdrak” liseyində 10-cu sinif şagirdi ehtiyatsızlıqdan müəllimini güllələyib. Diqqətçəkən məqamlardan biri isə 15 yaşlı uşağın evdən nəzarətsiz odlu silah gətirməsidir.
     
    Bu məsələdə valideynlərin məsuliyyət daşıyırmı?
     
    Median.Az  bildirir ki, globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, uşağın atasına Cinayət Məcəlləsinin 320-ci maddəsi (Odlu silahı diqqətsiz saxlama) ilə cinayət işi açıla bilər:
     
    “Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda – iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

  • Ombudsman uşaqların iştirakı ilə baş vermiş neqativ hallarla bağlı açıqlama yaydı

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) son zamanlar uşaqların iştirakı ilə baş vermiş neqativ hallarla bağlı açıqlama yayıb.

     Median.Az xəbər verir ki, açıqlamada deyilir: “Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur. Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır”.

    Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə məlumatlar verilib: “Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir. Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin düzgün məlumatlandırılması zəruridir”.

    Ombudsman tərəfindən mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı media subyektlərinə və jurnalistlərə ünvanlanmış açıq müraciətdə bu sahədə onların vəzifələri və məsuliyyəti əks etdirilmiş, onlara peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmaları və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirmələri tövsiyə olunub: “06 fevral 2026-cı il tarixində “İdrak” liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur. Bir daha media nümayəndələrinə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm”.

    “Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirəm” – məlumatda qeyd olunur.//teleqraf

  • Bu dərmanlar sizi kor və kar edə bilər – XƏBƏRDARLIQ

    Səhiyyə sahəsində aparıcı mütəxəssislər arıqlama məqsədilə istifadə olunan preparatlaın potensial olaraq ciddi yan təsirlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

    Sfera.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu yan təsirlər arasında görmə qabiliyyətinin ciddi pozulması və hətta geri dönməyən korluq halları da var.
     
    Bir sıra elmi araşdırmalar bu preparatların qəbulu ilə qeyri-arteritik ön işemik optik neyropatiya (NAION) arasında əlaqə olduğunu göstərib. Bu nadir xəstəlik zamanı görmə sinirinin qanla təchizatı pozulur və nəticədə qəfil, geri dönməz görmə itkisi baş verə bilər.
     
    Keçən il “JAMA Ophthalmology” jurnalında ABŞ-dƏ bu səbəbdən görmə qabiliyyətini itirmiş doqquz pasiyentlə bağlı məlumatlar dərc olunub. Onlardan yeddisinə “NAION” diaqnozu qoyulub. Hadisələrdən birində qadın semaqlutidin ilk inyeksiyasından sonrakı səhər sol gözündə tam görmə itkisi ilə üzləşib. Preparat müvəqqəti dayandırıldıqdan və sonradan yenidən qəbul edildikdən sonra isə o, ikinci gözünün də görmə qabiliyyətini itirib.
     
    Digər hallarda pasiyentlər göz önündə qəfil ağrısız “kölgə” yaranmasından, torlu qişa damarlarının zədələnməsindən və göz daxili qanaxmalardan şikayət ediblər. Bəzi vəziyyətlərdə preparatın qəbulu dayandırıldıqdan sonra görmə qismən və ya tam bərpa olunub, lakin bir sıra pasiyentlərdə pozuntular qalıcı olub.
     
    Alimlər vurğulayırlar ki, bu ağırlaşmaların dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Ehtimal olunur ki, qanda şəkərin kəskin azalması gözün xırda damarlarına zərər verərək görmə sinirinin qidalanmasını poza bilər./baku.ws

  • İcra başçısının ailəsinə itki

    Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun ailəsinə ağır itki üz verib.
     
    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun qayınatası Nəzər Şahbazov Xaçmaz rayonunda vəfat edib.
     
    Qeyd edək ki, N.Şahbazov uzun illər Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Xaçmaz Peşə Məktəbinin direktoru vəzifəsində çalışıb. Onun oğlu Fuad Şahbazov isə Xaçmaz RİH-də şöbə müdiri vəzifəsini icra edir.

  • QHT sədri yol qəzasında öldü – FOTO

    Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
     
    Sfera.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə bildiriblər.
     
    Məlumata görə, Qardaş Fətullayev yol-nəqliyyat hadisəsindən dərhal sonra xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
     
    Allah rəhmət eləsin!

  • Azərbaycanda beş idarə ləğv edildi

    Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib.
     
    Median.Az bildirir ki, İqtisadiyyat.az xəbər verir ki, bunlar Neftçala Melioservis İdarəsi və Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsidir.
     
    Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin rəisi Nizami Nəsirovdur. İdarənin hazırda dövlətə 93285.84 manat borcu vardır. Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və rəisi Ramis İsmayılovdur. Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, rəisi Cəsarət Zülüyevdir. Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, rəisi Nüsrət Məmmədovdur. İdarənin hazırda dövlətə 8532.45 manat borcu vardır.//sfera.az

  • Азербайджан направил ноту протеста России

    6 февраля 2026 года посол России в Азербайджане Михаил Евдокимов был вызван в Министерство иностранных дел Азербайджана.

    Как передает Median.Az, об этом говорится в сообщении МИД Азербайджана.

    “В ходе встречи азербайджанская сторона выразила решительный протест в связи с заявлением первого заместителя председателя комитета Государственной думы РФ по делам СНГ, евразийской интеграции и связям с соотечественниками, члена партии “Единая Россия” Константина Затулина от 5 февраля, касающимся осуждения в Азербайджане граждан Республики Армения. По данному поводу российской стороне была вручена соответствующая нота”, – говорится в информации.

    В МИД подчеркнули, что Константин Затулин на протяжении длительного времени выступает против суверенитета и территориальной целостности Азербайджана, открыто поддерживает сепаратизм, а также предпринимает попытки исказить судебные решения в отношении граждан Армении, признанных виновными в совершении преступлений против мира и человечности, а также военных преступлений в результате военной агрессии Армении против Азербайджана. Подобные заявления были названы недопустимыми.

    Азербайджанская сторона призвала Россию принять соответствующие меры для прекращения деструктивной деятельности лиц, подобных Затулину, чьи действия, как было отмечено, наносят ущерб миру и стабильности в регионе, а также азербайджано-российским отношениям.//oxu.az

  • Azərbaycan Rusiyaya nota verdi

    6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

    K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

    Görüşdə Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.//oxu.az