Month: February 2026

  • Xırdalanda şagirdi təkləyib döydülər

    Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub.
     
    Median.Az bildirir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Lent.az-a bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.
     
    Qeyd edək ki, Xırdalanda məktəblinin həmyaşıdları tərəfindən təklənərək döyülməsi barədə görüntülər yayılıb.//sfera.az

  • “340 manat maaşla ailəmi dolandıra bilmirdim” – Qumar oyunları təşkil edən dəstə üzvü

    Sosial şəbəklər üzərindən qumar oyunları təşkil edərək kibercinayətkarlıq etməkdə təqsirləndirilən dəstə üzvləri Elmidar İsmayılzadə, İntiqam Rüstəmov, Şamil Məhərrəmli, Zamiq Məhərrəmli, Cavid Əsədov, Elvin İsmayılzadə, Elmin Quliyev, Nemət Qurbanov, Elnur Nağıyev, Eldəniz İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    “Unikal” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib.

    Təqsirləndirilən şəxs Zamiq Məhərrəmli bildirib ki, bu işdə işçi kimi olub:

    “Əvvəl pambıq yığımında işləmişəm. 340 manat maaşla ailəmi dolandıra bilmirdim. Atam xəstə olduğu üçün məcbur oldum bu işə qol qoydum. Aya kartıma müştərilər uduşları təşkil etmək üçün 10-15 min pul vurulurdu. Amma aylıq maaşım isə 600 manat idi. Mən ancaq müştərilərin zənginə cavab verirdim və kazino oynamaq istəyəndə kartı müştəriyə atırdıq”.

    Təqsirləndirilən şəxs Cavid Əsədov bildirdi ki, dəstənin rəhbəri olan Elmidarı uşaqlıqdan tanıyıb:

    “Elmidarla söhbət edəndə bildirdim ki işsizəm və məni də onlayn mərc oyunlarına düzəltsin. Əsas vəzifəm evə bazarlıq etmək idi. Hər dəfə bazarlığa 300 – 500 manat xərcləyirdim. Buna görə də mənə 500 manat əməkhaqqı verilirdi. Kassalarda oyun oynalırdı ki mənim orda uduşum olmayıb. Bu şəxslərlə heç bir işbirliyi müzakirəsi olmayıb. Mən heç bir köçürülmə və nağdlaşdırmada iştirak etməmişəm. İstintaqda təzyiqlərə məruz qalmışam”.

    Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən “İnstagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər. Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib.

    Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə, 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.

    Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açmış və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

    “Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.

    Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub.

    Belə ki, bu hüquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb.

    Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub.

    İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz
    yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

    Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

  • Суд в Армении перевел под домашний арест осужденного архиепископа Аджапахяна

    Глава Ширакской епархии армянской апостольской церкви архиепископ Микаель Аджапахян, приговоренный к двум годам лишения свободы за призывы к захвату власти в стране, переведен под домашний арест.

    Об этом сообщает Median.Az со ссылкой на армянские СМИ.

    “Суд также постановил, что на период получения стационарного лечения местом отбывания домашнего ареста будет считаться лечебное заведение. Суд также ввел ограничения на посещения священнослужителя, которые не касаются родственников, адвокатов, священнослужителей и административных работников Ширакской епархии”, – добавил судья.

    Ранее суд в Ереване признал архиепископа виновным в публичных призывах к свержению власти в Армении и приговорил его к двум годам лишения свободы.

  • Ermənistan məhkəməsi din xadiminin cəzasını dəyişdi

    Ölkədə hakimiyyəti ələ keçirməyə çağırış etdiyinə görə iki il müddətinə azadlıqdan məhrum edilən Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın cəzası ev dustaqlığı ilə əvəz olunub.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    “Məhkəmə, həmçinin qərar verib ki, stasionar müalicə müddətində ev dustaqlığı yeri tibb müəssisəsi hesab ediləcək. Məhkəmə ruhaninin qohumları, vəkilləri, ruhaniləri və Şirak yeparxiyasının inzibati işçiləri istisna olmaqla ziyarətlərinə məhdudiyyətlər qoyub”, – deyə hakim bildirib.

    Bundan əvvəl İrəvan məhkəməsi arxiyepiskopu Ermənistanda hökuməti ələ keçirməyə açıq çağırış etməkdə günahkar bilərək, iki il müddətinə azadlıqdan məhrum etmişdi.

  • Bakıda ağacları kəsdilər – Təbiətə 25 min manat ziyan vuruldu

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

    Araşdırma zamanı Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonu Mərdəkan qəsəbəsi Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonu Abay döngəsi 360-cı məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

  • Paytaxtda sıxlıq olan küçələrin siyahısı

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Alı Mustafayev küçəsi,”20 Yanvar” dairəsi istiqamətində;

    8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    13. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    14. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • İki milli park haqqında əsasnamə təsdiqləndi

    “Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında Əsasnamə” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

    Fərmanla, həmçinin “Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında Əsasnamə” təsdiq edilib.

  • Призванный 10 дней назад солдат умер в военном госпитале

    Скончался солдат N-ской воинской части Министерства обороны Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, солдат Джошгун Садыгов умер в Центральном клиническом военном госпитале.

    Похороны состоялись в селе Гызылагадж Масаллинского района.

    По данным Unikal, Дж.Садыгов, проходивший службу в сухопутных войсках, был призван в армию за 10 дней до своей смерти – 26 января.

  • 10 günün əsgəri hospitalda öldü

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əsgər Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda dünyasını dəyişib.

    Mərhum Masallı rayonunun Qızılağac kəndində dəfn edilib.

    “Unikal”ın məlumatına görə, Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl – yanvarın 26-da hərbi xidmətə gedibmiş.

  • “İdrak” liseyində müəllimini güllələyən şagirdin FOTOSU

    Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş müəllimini güllələyib.

    Müəllimini güllələyən şagirdin fotosunu əldə edib. O, şəkildə ən soldakıdır.

    Qeyd edək ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.

    Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. (demokrat.az)