Month: February 2026

  • Bu səhv uşaqları yalançıya çevirə bilər – AÇIQLAMA

    Razılıq almaq üçün valideynlər bəzən uşaqlara hələ kiçik yaşlardan xoş sonluqlu yalan vədlər verirlər. Bu cür vədlər uşağı sakitləşdirmək və ya istənilən davranışı əldə etmək üçün qısa müddətdə effektli görünsə də, zamanla etibar hissini zəiflədə bilər. Uşaq böyüdükcə deyilənlə edilən arasındakı fərqi anlayır və bu, həm valideyn-uşaq münasibətlərinə, həm də onun gələcəkdə verdiyi vədlərə təsir göstərir. Nəticədə, dürüstlük anlayışı şüuraltı şəkildə zədələnmiş olur.

    Uşaqlara yalan vəd vermək nə dərəcədə doğrudur? Bu, uşaqların sonradan şəxsiyyət kimi formalaşmasında hansıssa problem yarada bilərmi? Valideynlər bu kimi məsələlərdə nələrə diqqət etməlidirlər?

    Median.Az-ın məlumatına görə, mövcud suallarla bağlı sfera.az-a açıqlama verən neyropsixoloq Aytəkin Aslan bildirib ki, valideynlər “xoş” yalanların qısamüddətli həll, uzunmüddətli problem, bəzən uşağı sakitləşdirmək və ya sözə baxmasını təmin etmək üçün “indi sakit ol, sonra alarıq” və ya “söz verirəm, gələn dəfə gedərik” kimi vədlər verir:

    “Belə vədlər həmin an vəziyyəti xilas etsə də, bu cür “xoş sonluqlu” yalanlar, əslində, uşağın gələcəyinə və bizə olan etibarına zərər vurur. Bəs uşaqlar yalanı necə başa düşür? Uşaqların yaşından asılı olaraq reallığı qavrama tərzi dəyişir. Belə ki, 3-5 yaşı uşaqlar nağılla gerçəyi qarışdıra bilərlər. Onların dediyi uydurmalar çox vaxt aldatmaq məqsədi daşımır. Amma valideynin bilərəkdən verdiyi və yerinə yetirmədiyi vədlər uşağa ilk “yalan dərsi”ni keçir. Eyni zamanda, məktəb dövründə uşaq böyüdükcə səbəb-nəticə əlaqəsini anlayır. Valideynin sözü ilə əməli düz gəlməyəndə o belə bir nəticəyə gəlir: “Deməli, istədiyimi əldə etmək üçün yalan danışmaq olar””.

    Neyropsixoloqun sözlərinə əsasən, tədqiqatlar göstərir ki, valideyn uşağın ən böyük örnəyidir:

    “Əgər valideyn tez-tez yalan vəd verirsə o zaman uşaq valideyninə güvənməməyə başlayır, problemlərini yalanla həll etməyə meyillənir və özünə dəyər vermək uşağın gözündə adi, əhəmiyyətsiz bir şeyə çevrilir. Bu etibarsızlıq hissi uşağın gələcəkdə dostları, həyat yoldaşı və iş yoldaşları ilə quracağı münasibətlərə də kölgə salır. Uşaqlıq şəxsiyyətin təməlidir. Bu dövrdə yalanı “normal” görən uşaq məsuliyyət hissini itirə bilər, vicdanı qarşısında özünə haqq qazandırmağı öyrənər və dürüstlük əvəzinə, “nə yolla olur-olsun məqsədə çatmaq” prinsipi ilə yaşayar. Bu halda valideyn bəzi məqamlara diqqət yetirməlidir. Belə ki, daha sağlam bir münasibət üçün uşaq eşitdiyini deyil, gördüyünü təkrar edir. Valideynlər dürüst olarsa, uşaq da dürüst olacaq. Əgər bir şeyi etmək imkanınız yoxdursa, uşağa dərhal “yox” deyin və səbəbini izah edin. Onu yalanla sakitləşdirmək gələcəkdə daha böyük narazılığa səbəb olur. Həmçinin, uşaq yalan danışanda onu cəzalandırmazdan əvvəl “niyə?” deyə düşünün. Bəlkə, qorxduğu üçün və ya diqqət çəkmək üçün belə edir? Balaca uşaqlara sadə dildə, böyüklərə isə vəziyyətin səbəblərini məntiqlə izah edin. Uşağa doğru davranışı öyrətməyin ən qısa yolu dürüstlükdür. Unutmayın, uşaq sizin nəsihətlərinizi deyil, hərəkətlərinizi yadda saxlayır”.

  • Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ

    Xəbər verildiyi kimi Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib. Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.
     
    Median.Az bildirir ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq Əli Nağıyevin ölüm səbəbi açıqlanıb.
     
    Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatına görə 1977-ci il təvəllüdlü şəxs (kişi) 03.02.2026-cı il tarixində saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.
     
    Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
     
    Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
     
    Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.//sfera.az

  • Sabunçuda 1260 metr rabitə kabeli oğurlanıb

    Sabunçu rayonunda 1260 metr rabitə kabelini oğurlayan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı H.Quliyev saxlanılıb.

    Zabrat qəsəbəsində isə vətəndaşlardan birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 63 yaşlı A.Abaşov saxlanılıb. Onun gecə saatlarında həmin evə daxil olmağa cəhd göstərdiyi, lakin qapını aça bilmədiyi üçün elə həyətdə olan məişət əşyalarını oğurlamaqla kifayətləndiyi müəyyən olunub.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Bakıda “Yaşıl Turizm” mövzusunda beynəlxalq konfrans keçiriləcək

    Bu ilin iyun ayında Bakıda “Yaşıl Turizm” adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

    Median.Az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

    Xatırladaq ki, ötən ilin oktyabr ayında “Dairəvi Yaşıl Turizm” layihəsinin başlanması üçün onlayn açılış tədbiri təşkil edilib. Tədbir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (Conference on Interaction and Confidence-Building Measures in Asia – CICA) forumunun əhatə etdiyi regionda davamlı, resursa qənaət edən və ekoloji cəhətdən məsuliyyətli turizmi təşviq edir. İyunda layihənin yekun mərhələsi kimi, nəticələrin təqdimatı, ən yaxşı təcrübələrin paylaşılması və bu prioritet sahədə gələcək əməkdaşlıq üçün tövsiyələrin hazırlanması planlaşdırılır. Odur ki, “CİCA ölkələrində Dairəvi Yaşıl Turizm üzrə Beynəlxalq Konfrans”ın keçirilməsi qərarlaşdırılıb.

    Xatırladaq ki, CICA Asiyada sülh, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək məqsədilə yaradılmış beynəlxalq forumdur. Azərbaycan 2024–2026-cı illər üçün bu təşkilata sədrlik edir, koordinasiya və strateji prioritetlərə rəhbərlik funksiyalarını yerinə yetirir.

  • Azərbaycan daha bir ölkədən ananas tədarük etməyə başlayıb

    Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 2 min 210 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 0,3 % çoxdur.

    Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % çox) 1 min 867 ton (-13 %), Tailanddan 762 min ABŞ dolları dəyərində (+5 dəfə) 187 ton (+4 dəfə), Çindən 144,55 min ABŞ dolları dəyərində (+8 dəfə) 109,3 ton (+27 dəfə), Panamadan 27,6 min ABŞ dolları dəyərində 23 ton (1 il əvvəl tədarük olmayıb), Belçikadan 24,5 min ABŞ dolları dəyərində 20,4 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

    Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük (0,4 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.

    2024-cü ildə Azərbaycana idxal edilmiş 2 min 892 ton ananasın 98,2 %-i Kosta-Rikanın payına düşüb.

  • Göygöldə 40 yaşlı kişi qətlə yetirilib

    Göygöldə 40 yaşlı kişi qətlə yetirilib, meyiti dərəyə atılıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.

    1986-cı il təvəllüdlü Sabiq Quliyevin üzərində xəsarət izləri olan meyiti dərədən aşkarlanıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Qusarda avtobus aşıb, xəsarət alanlar var

    Qusar şəhərinin girəcəyində sərnişin avtobusu aşıb, xəsarət alanlar var.

    “Report”un Şimal bürosunun məlumatına görə, Qusar şəhərinin giriş hissəsində buzlu yolda hərəkət edən sərnişin avtobusu aşıb.

    Hadisə nəticəsində xəsarət alanlar var.

    Qəza ilə əlaqədar Qusar-Quba avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Azərbaycana ötən il Avropadan ən çox turist Böyük Britaniya, Ukrayna və Almaniyadan gəlib – ARAŞDIRMA

    2025-ci ildə Azərbaycana Avropa ölkələrindən 223 486 turist səfər edib.

    “Report”un əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 4,3 % çoxdur.

    O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 111 040 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 3,4 % çoxdur.

    Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib – 37 221 nəfər. Bu, illik müqayisədə 3 % çoxdur.

    Bundan əlavə, Belarusdan 26 312 nəfər (eyni qalıb), Polşadan 11 165 nəfər (+8,6 %), Macarıstandan 5 034 nəfər (+29 %), Moldovadan 4 791 nəfər (-2 %), Rumıniyadan 3 798 nəfər (+8,4 %), Çexiyadan 3 597 nəfər (+34,3 %), Litvadan 2 975 nəfər (-17,5 %), Bolqarıstandan 2 574 nəfər (-4,7 %) Latviyadan 2 398 nəfər (-12,7 %), Serbiyadan 2 215 nəfər (+4,2 %), Slovakiyadan 1 933 nəfər (-9,4 %), Estoniyadan 1 897 nəfər (+5,6), Xorvatiyadan 1 627 nəfər (+21,6 %), Sloveniyadan 889 nəfər (+31,7 %) Kiprdən 783 nəfər (-2,4 %), Bosniya və Hersoqovinadan 522 nəfər (-0,6 %), Monteneqrodan 512 nəfər (+33,3 %), Albaniyadan 403 nəfər (-12,8 %), Şimali Makedoniyadan 394 nəfər (+12,3 %), turist gəlib.

    İl ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 112 446 nəfər turist gəlib. Bu da əvvəlki ilə nisbətən 5,3 % çoxdur.

    Qərbi Avropa ölkələri arasında ən çox turist 26 682 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 3,8 % çoxdur.

    Bundan əlavə, Almaniyadan 24 140 nəfər (+11,1 %), İtaliyadan 15 445 nəfər (+13,7 %), İspaniyadan 7 637 nəfər (+0,5 %), Niderlanddan 7 775 nəfər (+27,5 %), Fransadan 7 400 nəfər (+ 0,5 %), Belçikadan 3 176 nəfər (+7,2 %), Avstriyadan 3 073 nəfər (+6,4 %), Portuqaliyadan 2 795 nəfər (+ 2 %), İsveçdən 2 564 nəfər (-22,7 %), İsveçrədən 2 451 nəfər (-2,8 %), Yunanıstandan 2 446 nəfər (+ 25,6 %), , İrlandiyadan 1 833 nəfər (-6,2 %), Norveçdən 1 559 nəfər (-24,1 %), Danimarkadan 1 409 nəfər (−28,1 %), Finlandiyadan 961 nəfər (-18,3 %), Lüksemburqdan 520 nəfər (+16,3 %), İslandiyadan 307 nəfər (-28,7 %), Maltadan 257 nəfər (-21,4 %), Andorradan 16 nəfər (-15,9 % ) turist gəlib.

    2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

  • В Баку задержана несовершеннолетняя по подозрению в убийстве отца

    В Баку задержана несовершеннолетняя девушка, подозреваемая в убийстве своего отца.

    Как сообщили в пресс-службе Генеральной прокуратуры, следствием установлены обоснованные подозрения в том, что 2 февраля в одной из квартир Низаминского района несовершеннолетняя дочь Руфата Гашимова (1977 г.р.) нанесла ему телесные повреждения.

    Мужчина был доставлен в медицинское учреждение, однако спустя сутки скончался от полученных травм.

    Предположительно, девушка ударила отца ножом из-за избиения им матери.

    Подозреваемая задержана, прокуратурой Низаминского района возбуждено уголовное дело по соответствующей статье Уголовного кодекса.

  • Bakıda atasını öldürməkdə təqsirləndirilən yeniyetmə qız tutulub

    Bakının Nizami rayonu ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan qızı tərəfindən xəsarət yetirilməsi nəticəsində növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

    Qeyd edək ki, qızın atasını anasını döydüyü üçün bıçaqlandığı iddia olunur.