Month: February 2026

  • Böyük fişinq şəbəkəsi çökdürüldü: 400 min manatlıq kiberdələduzluq

    Bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsi ifşa edilib

    Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.

    Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400 min manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.

  • Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub

    Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsində təyin olunub.

    Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

  • Bakıda 2 nəfər kafedən oğurluq etdi – Video

    Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq hadisəsi qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, naməlum şəxslər kafenin arxa hissəsində yerləşən pəncərədən içəri daxil olaraq 160 manat pul və 400 manat dəyərində 2 mobil telefon oğurlayıblar.

    Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Fərzəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar. Onların taladıqları telefonları satdıqları məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Arayik və digərlərinin məhkəməsi fevralın 5-də davam etdiriləcək

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

    Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

    Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

    Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

    Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

    “Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, – səfir qeyd edib.

    Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

  • 3 yaşadək uşağa qulluğa görə nə qədər ödəniləcək? (AÇIQLAMA)

    Baş nazir Əli Əsədov “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və müavinətlərin hesablanması və ödənilməsi” Əsasnaməsinin yeni variantını təsdiqləyib. Yeni qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq, dəfn, həmçinin sanatoriya-kurort müalicəsi üzrə müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi qaydaları müəyyənləşdirilib.

    Qərar qüvvəyə mindiyi tarixədək baş vermiş və ya davam edən sosial sığorta hadisələrinə əvvəlki normalar tətbiq olunacaq. Hamiləlik, üç yaşına qədər uşağa qulluq və digər müavinətlər isə yeni qaydalara uyğun hesablanacaq.

    Bəs üç yaşına qədər uşağa qulluğa görə ödənişin məbləği nə qədərdir?

    İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, uşağın üç yaşına qədər qulluq edilməsinə görə müavinət yeni qaydalara əsasən ödəniləcək:

    “Rəsmi mənbələrə əsasən, uşağın 1,5 yaşına qədər olan dövr üçün aylıq müavinət 44 manat, 1,5 yaşdan 3 yaşadək dövr üçün isə 28 manat müəyyən edilib. Bu ödənişlər uşağın 3 yaşı tamam olanadək aylıq şəkildə verilir və qismən ödənişli sosial məzuniyyət dövründə tətbiq olunur”.

    Ekspertin sözlərinə görə, yeni təsdiqlənmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələr” Əsasnaməsi qüvvəyə mindiyi tarixədək baş vermiş və ya davam edən hallar üçün əvvəlki normalar qüvvədə qalacaq:

    “Lakin ümumilikdə, uşağa qulluğa görə müavinətin məbləği yuxarıda qeyd olunan həcmdə saxlanılır”.

  • Kamran Əliyevdən daha bir təyinat

    Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

    Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsində təyin olunub.

    Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.l/APA

  • Президенты Азербайджана и ОАЭ наблюдали за совместными оперативно-тактическими учениями “Щит мира – 2026” в Абу-Даби (ФОТО)

    3 февраля Президент Азербайджанской Республики Ильхам Алиев и президент Объединенных Арабских Эмиратов (ОАЭ) Шейх Мухаммед бен Заид Аль Нахайян наблюдали за совместными оперативно-тактическими учениями “Щит мира – 2026”, проходящими в Абу-Даби с участием военнослужащих Вооруженных сил двух стран.

    Как сообщает АЗЕРТАДЖ, в ходе совместных учений, проходящих в условиях населенного пункта, горной местности и морской среды, были выполнены задачи по выявлению и нейтрализации незаконных вооруженных формирований, восстановлению контроля над захваченным судном, нейтрализации террористических элементов и освобождению заложников, эвакуации раненых, предотвращению беспорядков и диверсионных действий, создающих угрозу общественной безопасности в населенном пункте, а также проведению противопожарных мероприятий.

    Отметим, что основной целью учений является совершенствование профессиональных навыков военных контингентов государств-участников в сфере антитеррористических операций, содействие обеспечению устойчивого мира, а также взаимный обмен опытом.


























  • Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər (FOTO)

    Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.

    Qeyd edək ki, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.


























  • Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

    Yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb. Onların 6-sı Əlcəzair, 4-ü Azərbaycan, 4-ü İraq, 3-ü Pakistan vətəndaşı оlub.

    Bu barədə DSX-nin aylıq hesabatında məlumat verilir.

    Bildirilir ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 3 nəfər saxlanılıb.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 117 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.