Month: February 2026

  • DİN-in keçmiş rəis müavini Rasim İldırımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb

    Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə sənədlər tədqiq edilib.

    Sonra çıxışlar mərhələsi başlayıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prokurora çıxışa hazırlaşmaq üçün vaxt verib.

    Növbəti iclas fevralın 10-a təyin olunub.

    İstintaq məlumatlarına görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub.

    Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb.

    İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzadədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

    İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

    Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

    Qeyd edək ki, Rasim İldırımzadənin qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

    Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir.

  • Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer edib

    Azərbaycanın I Liqasında çıxış edən “Şahdağ Qusar” heyətini anqolalı futbolçu ilə gücləndirib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesse ilə 5 ay+1 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, o, karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb.

  • Задержан экс-начальник Центральной военно-врачебной комиссии

    Задержан бывший начальник Центральной военно-врачебной комиссии Министерства обороны Азербайджана майор медицинской службы Расим Гасанов.

    Как сообщает Oxu.Az, он был задержан сотрудниками Главного управления по борьбе с коррупцией при генеральном прокуроре.

    Согласно информации, в отношении Р.Гасанова выдвинуты обвинения по статьям 308 (злоупотребление должностными полномочиями) и 311 (получение взятки) Уголовного кодекса Азербайджанской Республики.

  • Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb

    Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti mayoru Rasim Həsənov saxlanılıb.

    Oxu.Az-ın məlumata görə, R.Həsənov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

    Məlumata görə, Rasim Həsənova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb.

  • Sabiq icra başçısının Rumıniyada 40 villa alan oğlundan açıqlama – FOTO (Yenilənib)

    “Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik”.

    Median.Az demokrat.az-a istinadən xəbər verir ki, bunu Rumıniyada 40 villa aldığı deyilən Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli açıqlamasında bildirib.

    “Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, – o əlavə edib.

    * * * * *

    Azərbaycan mənşəli biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.

    “Unikal” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə jurnalist Elçin Alıoğlu paylaşıb.

    O bildirib ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.

    Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

    Xatırladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə bu postdan azad olunmuşdu.

  • Paytaxtın sıxlıq müşahidə olunan küçələri

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    3. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    6. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Mançesterdə yüngülmotorlu təyyarə qəzaya uğradı

    Britaniyada iki nəfərin olduğu yüngülmotorlu təyyarə Böyük Mançester qraflığında, Roçdeyl yaxınlığında qəzaya uğrayıb.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Polisin məlumatına görə, bütün fövqəladə xidmətlər dərhal hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır. Polis yerli sakinlərə hadisə yerinə yaxınlaşmamağı tövsiyə edib.

  • Bakıda ağac təhlükəsi: Sakinlər heç bir nəticə əldə edə bilmirlər – Video

    Küləkli hava şəraitində ağacların aşması təhlükəli vəziyyət yaradır.

    Lakin nə ağacı kəsməyə, nə də onu budamağa icazə verilmir.

    Sözügedən hal Xətai Rayonu, Qaçaq Nəbi küçəsi, 2 ünvanında müşahidə edilir.

    Ərazidə yaşayan sakinlər “Xəzər” TV-yə bildiriblər ki, uzun müddətdir məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

    “Məsələ ilə bağlı aidiyyəti qurum olan Dövlət Ekoloji Ekspertiza Mərkəzinə müraciət edilməlidir. Onlar məsələni araşdırıb, kəsilmə səbəbini ortaya çıxarmalı və buna uyğun olaraq rəy verməlidirlər”, – deyə videomaterialda bildirilib.

  • “Kometa-A” ölkədən 310 min dollar çıxarıb – Cərimə olundu

    Mərkəzi Bank “Azlayihə İnşaat” şirkətinə qoşulan “Kometa-A” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) külli miqdarda cərimələyib.

    Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank sözügedən şirkət tərəfindən 310 000 ABŞ dolları məbləğində vəsaitin 21 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülməsi faktını aşkar edib.

    Ödənişin aparıldığı gündən 2 ildən çox müddət keçməsinə baxmayaraq, həmin 310 000 dollar hesabına alınan mallar və ya xidmətlər ölkəyə idxal olunmayıb və ya bu məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

    Mərkəzi Bank tərəfindən “Kometa-A” MMC-nin qanuni təmsilçisi Eyvazov Samran Tahir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub və iş məhkəmədə baxılıb.

    Məhkəmənin hökmü ilə Samran Eyvazov İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və xətanın birbaşa obyekti olan 310 000 dolların 20%-i, yəni 62 000 dollar miqdarında cərimə olunub.

    Qeyd edək ki, ötən ilin aprel ayında “Kometa-A” MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv edildiyini elan edib.

  • Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəldi

    Hindistanın Azərbaycandakı yeni səfiri Abhay Kumar Bakıya gəlib.

    Bu barədə Hindistan səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

    “Səfir Abhay Kumar bu gün Bakıya gəlib və vəzifəsinin icrasına başlayır”, – diplomatik nümayəndəliyin məlumatında qeyd olunur.