Month: February 2026

  • Азербайджан и ОАЭ обсудили перспективы развития военного сотрудничества

    Руководящая делегация Министерства обороны Азербайджана совершила рабочий визит в Объединенные Арабские Эмираты (ОАЭ).

    Как передает Median.Az со ссылкой на военное ведомство, в рамках визита состоялась двусторонняя встреча министра обороны Азербайджана генерал-полковника Закира Гасанова с государственным министром по делам обороны ОАЭ Мухаммедом бен Мубараком Фаделем Аль Мазруи.

    В ходе встречи было обсуждено текущее состояние и перспективы развития сотрудничества между двумя странами в оборонной области. Было отмечено, что проведение совместных учений и взаимные визиты способствуют расширению и укреплению двусторонних военных связей.

    Стороны также провели подробный обмен мнениями по вопросам сотрудничества в военной, военно-технической и военно-образовательной сферах.

  • Azərbaycan və BƏƏ hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

    Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfər edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş keçirilib.

    Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

    Həmçinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb.

    Baş Qərargah rəisləri, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Sülh Qalxanı – 2026” birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar.

    Daha sonra, Müdafiə Nazirliyinin rəhbər heyəti “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

    Qeyd edək ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən birgə əməliyyat-taktiki təlimini izləyiblər.

  • “Tərtər işi”ndə ölən leytenantın ailəsinə 50 min manat veriləcək

    “Tərtər işi”ndə işgəncə nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilən leytenant Təmkin Nizamioğlunun ailəsi 50 min manat mənəvi təzminat alacaq.

    Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qətnamə qəbul edib.

    Lakin Təmkinin atası Nizami Quliyev qərardan apellyasiya şikayəti verib. O, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinə görə 509,654 manat, mənəvi zərərə görə isə 10 milyon manat Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Nizami Quliyevin apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, leytenant Təmkin Nizamioğlu Tərtərdə N saylı hərbi hissədə xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub.

    Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu baş verib. Belə ki, zabit təlimdən çağırılacaq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib. 2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib. Təmkinin nəşi atasının iştirakı olmadan Ordubadın Darkənd kəndində torpağa tapşırılıb.

    Dəfn prosesində tabutun açılmasına icazə verilməyib, onun ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub.

    Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib.

    2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman, bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Cinayət işinin nəticəsi ilə sonradan müəyyən edilib ki, Təmkin Nizamioğlun günahı olmayıb, o, vətənə xəyanət etməyib.

  • Türkiyə ABŞ və İran arasında vasitəçi olmağa hazırdır – Ərdoğan

    Türkiyə İran və ABŞ arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır.

    Bunu Rəcəb Tayyib Ərdoğan “Asharq Al-Awsat” qəzetinə müsahibəsində bildirib.

    Ərdoğan qeyd edib ki, Türkiyə bütün beynəlxalq platformalarda İrana qarşı hər hansı hərbi addımın qəbuledilməz olduğunu açıq şəkildə ifadə edib.

    Türkiyə Prezidenti fevralın 3-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər çərçivəsində o, Krallığın vəliəhdi və Baş naziri Məhəmməd bin Salman ilə görüş keçirib.

  • Bakıdan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatdı

    Rusiyadan Azərbaycandan keçməklə göndərilən taxıl yüklü vaqonlar Ermənistana çatıb.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Ümumi çəkisi 1746 ton olan taxıl daşıyan iyirmi beş vaqon Azərbaycan üzərindən tranzit keçməklə Ermənistana çatıb.

  • Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı

    Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin paytaxtın Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.

    Median.Az xəbər verir ki, faktı “Teleqraf”a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.

    Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.

    “Obyektlər Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1 200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəyəm”, – deyə Q.Salahzadə bildirib.

    Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb. Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.

  • Azarkeşlərə səfər qadağası qoyuldu

    İtaliya A Seriyasının lideri “İnter”in azarkeşləri cəzalandırılıb.

    “Reuters”in məlumatına görə, İtaliya Daxili İşlər Nazirliyi Milan klubunun fanatlarına martın 23-nə qədər səfər oyunlarına getməyi qadağan edib.

    Bu sərt qərara səbəb bazar günü “Kremoneze” ilə matçda qonaq sektorundan qapıçı Emil Auderoya tərəf yandırıcı maddənin (fayer) atılması olub.

    Qərara əsasən, Lombardiya bölgəsində yaşayan azarkeşlərə “Sassuolo”, “Leççe” və “Fiorentina” ilə səfər oyunları üçün bilet satışı dayandırılıb. Ancaq martın 8-də əzəli rəqib “Milan”la keçiriləcək derbi matçı bu qadağaya şamil edilməyib. Nazirlik bunu oyunun eyni şəhərdə keçirilməsi və azarkeşlərin səfər etməsinə ehtiyac olmaması ilə əsaslandırıb.

    Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən “İnter” ən yaxın izləyicisini 8 xal qabaqlayır. Komanda bu bazar günü “Sassuolo”nun qonağı olacaq.

  • Bakıda sevgilisinin evindən 7400 manat oğurlayan qadın həbs olundu

    Bakıda qadın sevgilisinin evini qarət edib.

    Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

    2002-ci il təvəllüdlü Aysel Ağacanova (ad və soyad şərtidir) Bakıda Şakir adlı şəxslə tanış olub. Bir müddətdən sonra Şakirlə Aysel arasında sevgi münasibəti yaranıb və onlar mütəmadi olaraq Şakirin evində görüşüblər.

    Növbəti dəfə Aysel Şakirin evində onunla görüşərkən, ev sahibinin pulu saxladığı yeri müəyyən edib. Daha sonra Aysel evi qarət etmək qərarına gəlib. O, bu məqsədlə Şakirin evdən çıxarkən açarı gizlətdiyi yeri də müəyyən edib.

    Bir gün Şakir evdən çıxıb işə gedəndən sonra Aysel onun yaşadığı evə gələrək mənzilə daxil olub. O, mənzildən 7 400 manat, samovar və digər usta alətlərini götürərək qapını açarla bağlayıb və hadisə yerindən uzaqlaşıb.

    Şakirin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisədə şübhəli bilinən Aysel saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

    Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Aysel Ağacanova 2 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • İşə düzəltmək adı ilə qohumlarını aldatdı – 20 min manatlıq dələduzluq

    İşlə təmin edəcəyinə dair vəd verməklə qohumlarına qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Ü.Ə.-yə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ev dustaqlığında saxlanıldığı 2 ay 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, Ü.Ə. qohumlarından birinə onu “Euro Klima” şirkətində işlə təmin edəcəyinə söz verib. Daha sonra bankdan onun adına 3500 manat kredit müqaviləsi rəsmiləşdirib. Həmçinin zərərçəkmişin adına “Kontakt Home” mağazasından isə 4899 manat dəyərində noutbuk kreditə götürüb.

    Ü.Ə. qohumunu inandırıb ki, kreditlər işə düzələcəyi şirkət tərəfindən ödəniləcək. O, digər qohumunu da oxşar üsulla aldadaraq onun adına 12 000 manat kredit rəsmiləşdirib.

    Qohumlar aldadıldıqlarını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə zamanı Ü.Ə. özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.

  • “Epşteyn sənədləri”ndə Angela Merkelin də adı hallanır

    “Epşteyn sənədləri”ndə Almaniyanın keçmiş kansleri Angela Merkelin də adının keçdiyini iddia edilir.

    Bununla bağlı Almaniyanın “Merkur” nəşri məlumat yayıb.

    Bildirilib ki, həmin sənədlərdə Merkel xüsusi rolda təqdim olunur.

    Hesabatlarda o, daha çox “qlobalist Avropa Birliyinin simvolu” kimi xarakterizə edilib.

    Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon Epşteynlə Avropanın sağçı partiyaları ilə bağlı yazışmalar aparıb. Həmin yazışmalarda Bennonun “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri, İtaliyanın Baş nazirinin müavini Matteo Salvini və Macarıstanın Baş naziri Viktor Orbanla əlaqələrindən söz açdığı qeyd olunur.

    Qeyd olunur ki, sənədlərdə Angela Merkellə bərabər, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla, onlarla tanınmış Qərb siyasətçisinin adına rast gəlinir. Ümumilikdə 3 milyondan artıq faylı özündə birləşdirən bu iri arxivdə 2000-dən çox video və 180 mindən artıq fotoşəkil mövcuddur.