Month: February 2026

  • Paşinyan da Əbu-Dabiyə gedəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan Əbu-Dabidə keçiriləcək 2026-cı il üçün Şeyx Zayed Fondunun İnsan Qardaşlığı Mükafatlarının təqdimetmə mərasimində iştirak edəcək.

    Bu barədə məlumatı Baş nazirin sözçüsü Nazeli Baqdasaryan təsdiqləyib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.
    //unikal.az

  • BDU-nun müəllimi vəfat edib

    Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.

    Bu barədə universitetin səhifəsində bildirilib.

    Qeyd olunub ki, Firəngiz Qasımova 30 mart 1959-cu ildə Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. 1980–1986-cı illərdə BDU-nun Coğrafiya fakültəsində ali təhsil alıb.

    Firəngiz Qasımova 1980-ci ildən etibarən BDU-da əmək fəaliyyətinə başlayıb, uzun illər İqtisadi və sosial coğrafiya, 2007-ci ildən isə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedralarında çalışıb. 2007-ci ildə “Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

    Elmi fəaliyyəti dövründə 55 elmi məqalənin, o cümlədən 1 dərsliyin, 2 monoqrafiyanın və 7 tədris proqramının müəllifi olub. Onun tədqiqatları əsasən Azərbaycanın regionlarının sosial və iqtisadi-coğrafi problemlərinə həsr edilib. Firəngiz Qasımova ölkə daxilində və xaricdə keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və elmi tədbirlərdə fəal iştirak edib.

    Allah rəhmət eləsin!

  • Экологическая катастрофа на озере Бёюкшор: причины загрязнения и жёсткие меры властей

    Из-за отсутствия централизованной канализационной системы в районе озера Бёюкшор – одного из крупнейших водоемов Абшеронского полуострова – значительная часть неочищенных сточных вод продолжает сбрасываться непосредственно в его акваторию, усугубляя и без того сложную экологическую обстановку.

    С официальным заявлением по этому поводу выступила Государственная служба экологического контроля за использованием и охраной водных ресурсов при Государственном агентстве водных ресурсов Азербайджана (ADSEA). Ведомство бьет тревогу, указывая на критический уровень антропогенного воздействия на водоем.

    В сообщении отмечается, что основной объем загрязняющих стоков формируется за счет густонаселенных жилых массивов, стихийно возникших вокруг озера, а также деятельности промышленных объектов, не имеющих локальных очистных сооружений. Появление на поверхности воды пугающей белой пены специалисты связывают с высокой концентрацией синтетических моющих средств (детергентов) в бытовых стоках. Однако окончательный вердикт будет вынесен только после завершения лабораторного анализа взятых проб воды.

    История экологического бедствия Бёюкшора уходит корнями в глубокое прошлое. Начиная со второй половины XIX века, в период первого нефтяного бума, вокруг озера были пробурены сотни скважин. Долгие десятилетия водоем использовался как естественный отстойник для нефтепромысловых вод, что привело к накоплению донных отложений, пропитанных углеводородами. Хаотичное расширение жилых зон в постсоветский период и прямой сброс канализации лишь усугубили ситуацию. Напомним, что согласно указу Президента Азербайджанской Республики от 26 декабря 2013 года “О дополнительных мерах в области улучшения экологического состояния, охраны и использования озера Бёюкшор”, управление водоемом было поручено Министерству экологии и природных ресурсов, что дало старт первым масштабным работам по его реабилитации, в том числе в преддверии Европейских игр 2015 года.

    Новый этап борьбы за чистоту озера начался после расширения полномочий профильного ведомства. В соответствии с указом Президента Азербайджанской Республики №403 от 4 июня 2025 года, Государственная служба экологического контроля при Агентстве водных ресурсов усилила мониторинг территории. В результате рейдов уже выявлено 30 фактов незаконного сброса сточных вод в Бёюкшор. В отношении виновных лиц составлены протоколы об административных правонарушениях, выданы обязательные для исполнения предписания по устранению недостатков. В настоящее время работы по выявлению и пресечению источников загрязнения продолжаются в усиленном режиме.

  • Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib

    Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından tullantı sularının bir qismi sözügedən gölə axıdılır.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, tullantı suları əsasən gölün ətrafında məskunlaşan əhalinin məişət tullantı suları, həmçinin həmin ərazidə fəaliyyət göstərən müəssisələrin tullantı suları hesabına formalaşır. Gölün ətrafında ağ köpüyün əmələ gəlməsinə səbəb kimi məişət tullantı sularının tərkibində böyük miqdarda yuyucu vasitələrin olması ehtimal olunur. Lakin dəqiq nəticələr götürülmüş su nümunələri analiz olunduqdan sonra bilinəcək.

    Bildirilib ki, Böyükşor gölünün ətrafında XIX əsrin II yarısından başalyaraq neft sənayesinin sürətli inkişafı nəticəsində bir çox neft quyuları qazılıb və bu gölün çirklənməsinə səbəb olub. Ətrafdakı yaşayış sahələrinin genişləndirilməsi və burada yaranan tullantı sularının birbaşa gölə axıdılması gölün çirklənmə səviyyəsini artırıb. 26 dekabr 2013-cü il tarixli “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

    Azərbaycan Respublikasının Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyət dairəsi genişləndikdən sonra Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Böyükşor gölünə tullantı suların axıdılması ilə bağlı 30 fakt üzrə təqsirkar şəxslər barədə inzibati xəta haqqında protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

  • Kreml Putinlə Zelenskinin görüşə biləcəyi yeganə yeri açıqladı

    Kreml Putinlə Zelenskinin görüşə biləcəyi yeganə yeri açıqladı

  • В ИВ Гарадагского района произошли кадровые изменения

    В Исполнительной власти (ИВ) Гарадагского района произошли кадровые изменения.

    Как сообщает Oxu.Az, советник отдела по работе с документами и обращениями граждан Ровшан Панахлы освобождён от занимаемой должности и назначен советником-психологом комиссии по защите прав детей при исполнительной власти.

    Руководитель сектора информационно-аналитической поддержки Шамама Агамурадова также была освобождена от должности и назначена заведующей сектором по работе с документами и обращениями граждан.

    Кроме того, отдел социально-политических и гуманитарных вопросов был упразднён. Его главный советник Самайя Шихалиева новой должности не получила.

    Сообщается также, что в недавно созданном секторе по организации работы с участниками войны и семьями шехидов увеличено число сотрудников. Так, главный советник упразднённого отдела социально-политических и гуманитарных вопросов Аббас Гусейнов освобождён от прежней должности и назначен советником указанного сектора.

    Также отметим, что накануне распоряжением главы государства Сулейман Микаилов был освобождён от должности главы ИВ Гарадагского района Баку.

    На следующий день были ликвидированы департаменты права, социально-политических и гуманитарных вопросов, а также по анализу и прогнозированию социально-экономического развития. В связи с этим свои посты потеряли Кямран Абдуллаев, Мунис Байрамов и Шикар Гасаналиев.

  • İcra başçısı işdən çıxarılan Qaradağda yeni təyinatlar

    Qaradağ Rayon İcra Hakimiyyətində yeni kadr dəyişiklikləri olub.

    Oxu.Az-ın məlumatına görə, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi olmuş Rövşən Pənahlı tutduğu vəzifədən azad edilib. O, icra hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə təyin edilib.

    Əvvəllər İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamama Ağamuradova isə vəzifəsindən azad edilərək, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.

    Bundan başqa icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və bu şöbənin Baş məsləhətçisi Səmayə Şıxəliyeva isə yeni işlə təmin edilməyib.

    Məlumatda bildirilir ki, icra hakimiyyətində yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb və daha bir təyinat olub. Belə ki, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyən Abbas Hüseynov vəzifəsindən azad edilərək Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsində təyin olunub.

    Qeyd edək ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Bir gün sonra isə icra hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib.

    Müvafiq olaraq, həmin şöbələrin müdirləri – Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.

  • Gəncədə kanalizasiya xəttində partlayış: 3 nəfər yaralandı

    Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.

    Şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 42 yaşlı A.Zamanov, 58 yaşlı Ə.Paşayev və daha bir nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır./APA

  • ВС РФ взяли под контроль Придорожное в Запорожской области

    Российские войска взяли под контроль населенный пункт Придорожное в Запорожской области.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в Минобороны РФ.

  • Rusiya ordusu Zaporojyedə bir kəndi tutdu

    Rusiya ordusu Ukraynanın Zaporojye vilayətindəki Pridorojnoye kəndini nəzarətə götürüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi kəndin Şərq qoşunları qrupunun bölmələri tərəfindən ələ keçirildiyini açıqlayıb.

    Rusiyalı hərbçilər düşmənin müdafiə xətlərini yararaq, dərinliklərə irəliləyə biliblər.