Month: February 2026

  • Ən inadkar BÜRCLƏR: Keçilərlə aralarında heç bir fərq yoxdur

    Astrologiyaya görə, hər bir bürcün özünəməxsus güclü və zəif cəhətləri var.
     
    Median.Az xəbər verir ki, bəzi bürclər çevikliyi və uyğunlaşma qabiliyyəti ilə, digərləri isə qətiyyətləri ilə seçilir.
     
    Nə deyilsə də, onlar heç vaxt inanclarından geri çəkilmirlər. Xüsusilə bəzi bürclər var ki, qərar verdikdən sonra fikirlərini dəyişdirmək mümkün deyil.

    Bəs bunlar hansı bürclərdir? Bu bürclər üçün “inadkarlıq” əslində seçim deyil; bu, onların xarakterinə əkilən ilk toxumlardan biridir.
     
    Astrologiyaya görə ən inadkar 3 bürc bunlardır…
     
    Buğa
     
    Buğa haqqında danışarkən ağla gələn ilk xüsusiyyətlərdən biri, şübhəsiz ki, inadkarlıqlarıdır. Yer bürcünə mənsub olan Buğa, rahatlıq zonasına praktik olaraq aludədir.
     
    Vərdişlərindən asanlıqla imtina etmirlər. Əgər Buğa bir şey haqqında qərar veribsə, fikrini dəyişdirmək mümkün deyil.

    Mübahisələrdə susmağa davam edə bilərlər, amma geri çəkilməzlər. Onlar üçün səbir ən böyük güclü cəhətlərindən biridir.
     
    Oğlaq
     
    Oğlaqlar intizamlı, ciddi və məqsədyönlü olmaları ilə tanınırlar. Bununla belə, bu xüsusiyyətlərin altında gizlənən güclü inadkarlığı gözardı etməmək vacibdir.
     
    Oğlaqlar özlərinə məntiqli olmayan heç nəyi qəbul etməyəcəklər. Bir məqsəd qoyduqdan sonra yollarındakı maneələr onları heç vaxt dayandırmayacaq; əksinə, bu, onları daha da iddialı edəcək.

    Onlar öz inanclarına son dərəcə sadiqdirlər. Buna görə də, bəzən soyuq və sərt görünsələr də, əslində daxillərində mülayim bir ruh var.
     
    Əqrəb
     
    Əqrəb bürcünə gəldikdə, işlər bir az daha mürəkkəbləşir. Çünki Əqrəblər zahirən soyuq görünsələr də, heç kim onların daxilindəki fırtınaları bilmir.
     
    Onlar qətiyyətlidirlər, amma sevdikləri insanlara gəldikdə, bu inadkarlığı qırmağa meyllidirlər. Əqrəbləri anlamaq çətindir.

    Əgər onların inadkar olmadığını düşünüb onları təhrik etsəniz, çətin günlərin sizi gözlədiyini görəcəksiniz. (lent.az)

  • Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüşüb.

    Median.Az xəbər verir ki, bu barədə İndoneziyanın Bakıdakı səfirliyi “Instagram” sosial şəbəkə hesabında məlumat yayıb.

    “Görüş zamanı tərəflər İndoneziya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi strategiyalarını, əməkdaşlıq mexanizmlərinin infrastrukturunu, eləcə də gələcək əməkdaşlıq proqramları üzrə təklifləri müzakirə ediblər”, – deyə səfirliyin paylaşımında vurğulanır.

  • Axtarışa verilən Hüseyn bütün borclarını bağladı

    Azərbaycan əsilli məşhur bloqer Hüseyn Həsənovun Rusiya dövlətinə olan yüz milyonlarla rubl məbləğində vergi borcunu tamamilə ödədiyi məlum olub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bloqerin vəkili Mixail Yusupov məlumat verib.

    Vəkilin sözlərinə görə, Hüseyn 170 milyon rublluq əsas vergi borcu ilə yanaşı, hesablanmış cərimə və sanksiyaları da daxil olmaqla, ümumilikdə 300 milyon rubl (təxminən 6,6 milyon manat) ödəniş edib.

    Qeyd edək ki, dünən Moskvanın Presnenski Məhkəməsində bloqqerə qarşı qaldırılmış cinayət işi üzrə qiyabi məhkəmə prosesi başlayıb. İstintaq materiallarına görə, H. Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərərək real gəlirlərini gizlədib və büdcədən yayınmağa cəhd edib.

    Xatırladaq ki, 2025-ci ilin sentyabrında bloqerin suşi istehsalı ilə məşğul olan sonuncu şirkəti “Banda Foods” da borcları səbəbindən ləğv edilmişdi. Rusiyanı tərk edən Hüseyn Həsənov ötən ilin noyabrında ikinci dəfə axtarışa verilmişdi.

  • Oyuna çıxmayan iki klub cəzalandırıldı

    AFFA İntizam Komitəsi oyuna çıxmayan iki Region Liqası klubunu cəzalandırıb.

    “Qobu” – “Crystal” oyunu qonaq komandanın təyin edilən vaxtda meydanda olmadığına görə ikincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

    Eyni aqibəti “Dirçəliş” klubu da yaşayıb. Onlar “Universal Football Academy” kollektivi ilə görüşdə adı protokolda olmayan Ələkbər Əliyevi meydana buraxdıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.

  • Əksər yerlərdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Fevralın 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Ağdam, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəlilabad, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

  • Gəncədə 5 avtomobil toqquşdu

    Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Unikal”ın məlumatına görə, qəza şəhərin Gəncə şəhərində, Heydər Əliyev prospektində baş verib.

    Belə ki, hərəkətdə olan “Chevrolet”, “BYD”, “VAZ 21015”, “Nissan” və “Toyota” markalı minik avtomobilləri toqquşub. Zəncirvari qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ciddi maddi ziyan dəyib.

    Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb yağışlı hava şəraiti olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı

    Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq materialları tədqiq olunduqdan sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.

    Zərərçəkmiş şəxsin vəkili çıxışının sonunda vəsatət qaldıraraq əlavə şahidlərin məhkəmədə dindirilməsini istəyib.

    Proses zamanı o da məlum olub ki, zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur.

    Martın 5-nə təyin edilmiş növbəti iclasda məhkəmə istintaqının yekunlaşdırılması və hökmün elan olunacağı gözlənilir.

    Qeyd edək ki, 2025-ci il iyulun 26-da, səhər saat 5 radələrində Bülbülə qəsəbəsində yerləşən İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı müəyyən edilib ki, Elvin Məmmədov namaz otağında yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Suraxanı Rayon Prokurorluğu tərəfindən ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddələri ilə yekun ittiham elan edilib.

  • Marketlərə müştəri kimi daxil olub oğurluq edən şəxslər saxlanıldılar

    Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.

    Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar. Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.

    Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Ramazanın 9-cu gününün duası – İftar və imsak vaxtı

    Sabah Ramazan ayının 9-cu günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 27-də Bakıda imsak saat 05:53-də, iftar isə saat 18:43-dədir.

    Ramazan ayının 9-cu gününün duası:

    “Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin”.

    Tərcüməsi:

    “İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”

    Allah orucunuzu qəbul etsin!

  • Sarkisyana qarşı sübutların araşdırılmasına başlanılıb

    Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın məhkəməsi davam etdirilib.

    Bu gün hakim Aram Qriqoryanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyana qarşı müdafiə naziri vəzifəsində çalışdığı dövrdə İsakov prospektindəki torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı cinayət işinə baxıb.

    Bugünkü məhkəmə iclasında sübutların araşdırılması başlayıb.

    Xatırladaq ki, prokurorlar əvvəlki iclasda ittiham aktını oxuyublar.