Month: February 2026

  • Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan sərgi və film nümayişi keçirilib

    Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Unutmadıq, Unutdurmarıq” adlı anım sərgisi təşkil olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib.

    Sərgidə 1992-ci ilin fevralında baş vermiş faciə zamanı çəkilmiş real fotoşəkillər nümayiş etdirilib. Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən sənədli film də nümayiş olunub.

    Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir:

    “Faciə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və qurbanların xatirəsinin yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur”.

    Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sənan Baxşıyev çıxışında Xocalı faciəsinin tarixi-siyasi mahiyyətindən danışıb.

    Qeyd edilib ki, Dağlıq Qarabağ bölgəsində baş verən hadisələr minlərlə ailəni doğma torpaqlarından didərgin salıb. Xocalı ağrısı uzun illər Azərbaycan xalqının yaddaşında yaşayaraq ədalət çağırışına çevrilib.

    Bu gün həmçinin Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda da anım mərasimi keçirilib.

    Baş konsul Fuad Əzizov çıxış edərək Xocalı faciəsinin tarixi-siyasi mahiyyəti, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat verib.

    Çıxış zamanı faciənin canlı şahidi olmuş Xocalı sakini mərhum İlham Quliyevin xatirəsi ehtiramla yad edilib, onun 2026-cı ilin yanvar ayında vəfat etdiyi bildirilib.

    Anım mərasimi çərçivəsində Baş Konsulluğun inzibati binasında Azərbaycanın Dövlət Bayrağı yarıya qədər endirilib, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Eyni zamanda bölgədə geniş oxucu auditoriyasına malik TV12.ge informasiya agentliyində “Xocalı soyqırımı – 34 il ötür” sərlövhəli məqalə dərc edilib.

  • Varşavada mühüm görüş: Tusk və Paşinyan Bakı-İrəvan sülh prosesini müzakirə etdilər

    Polşanın Baş naziri Donald Tusk ermənistanlı həmkarı Nikol Paşinyan ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinin təsdiqlənməsini müzakirə ediblər.

    Median.Az “Armenpress” agentliyinə istinadən xəbər verir ki, müzakirə N.Paşinyanın Polşaya rəsmi səfəri çərçivəsində Varşavada baş tutub.

    Bildirilir ki, iki ölkənin baş nazirləri görüş zamanı TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) təşəbbüsünün reallaşdırılmasına, həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın gələcək inkişafına dair məsələlərə toxunublar.

  • Sabunçuda akkumulyator oğrusu saxlanıldı

    Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.

    Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb. Həmin şəxs taladığı akkumulyatorları satıb.

    Araşdırma aparılır.

  • “Yuventus” 35 yaşlı qolkiperlə yeni anlaşma imzaladı

    “Yuventus” klubu qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    35 yaşlı qolkiperlə imzalanan yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

    “Qoca Sinyora”nın yetirməsi sayılan Pinsolyo 2010-cu ildən etibarən əsas komandanın heyətində yer alır. Müxtəlif klublarda icarə əsasında çıxış edən təcrübəli qapıçı Turin təmsilçisinin forması ilə indiyədək cəmi 6 oyunda meydana çıxıb.

  • İlham Əliyev: “İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır”

    “Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərdi.

    Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

    O qeyd edib ki, dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin:

    “Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu”.

  • Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Vətən müharibəsi qazisi, “Cəsur döyüşçü” medalı ilə təltif edilmiş Rəvan Əzizovu ziyarət edib.

    Bu barədə o, özünün “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • İlham Əliyev: “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”

    “Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

    Prezident qeyd edib ki, dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər:

    “Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdılar. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”.

    “Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edirlər. Onların, demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam”, – İlham Əliyev əlavə edib.

  • Президент: Место для Мемориала было выбрано в Баку, но что-то каждый раз удерживало меня

    После первого избрания Президентом я в своей речи на инаугурации заявил, что для нас это ключевой вопрос и что наша территориальная целостность должна быть полностью восстановлена. Подготовительный период занял много времени, и это естественно. Потому что нам нужно было набраться сил. Нам нужно было добиться признания справедливости нашей позиции на международной арене, в том числе донести информацию о военных преступлениях армянского государства. Нам нужно было донести правду о Ходжалинском геноциде, и мы это сделали.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на встрече с представителями общественности Ходжалинского района.

    Он отметил, что в последние годы многие международные организации были вынуждены принять решения и резолюции в поддержку нашей позиции, нашей справедливой позиции.

    “Это составило правовую основу урегулирования армяно-азербайджанского конфликта. Мы со многими странами установили тесные двусторонние отношения, со многими странами установили отношения стратегического партнерства. Это позволило донести реалии Азербайджана, правду о карабахском конфликте на международном уровне. Мы построили сильную независимую экономику. Мы создали мощную армию – повысили ее профессионализм и в то же время на полученные доходы закупили оружие, боеприпасы и технику. То есть каждый день, каждый месяц мы двигались к Победе. В период оккупации я неоднократно говорил, что мы каждый день должны приближать Победу, и мы ее приближали. Всего за 44 дня мы разгромили врага. Враг капитулировал, подписал акт о капитуляции, и мы остановили войну. Сегодня история последних двух с половиной лет показывает, насколько это был правильный и продуманный шаг. Правда, тогда Ходжалы, Ханкенди и некоторые другие населенные пункты еще не были освобождены от оккупации, но я знал, уверен, и азербайджанский народ знал, что этот день не за горами.

    В 2023 году в результате антитеррористической операции, которая длилась всего несколько часов, незаконный режим хунты был уничтожен, оккупанты были изгнаны с наших земель, 15-тысячная армянская армия, незаконно размещенная на наших землях, была разоружена и сдалась. Это был последний гвоздь в гроб армянского сепаратизма. Именно тогда была обеспечена справедливость для Ходжалы.

    Открытие сегодня этого Мемориального комплекса именно в Ходжалы – это торжество справедливости. Потому что – я сказал об этом два года назад на церемонии закладки фундамента, мы вместе с ходжалинцами заложили фундамент этого комплекса – тогда я сказал, что этот проект давно был подготовлен Фондом Гейдара Алиева, он построен так, как и планировался. Место было выбрано в Баку, и нужно было мое окончательное решение, чтобы мы начали его строительство. Но что-то каждый раз удерживало меня от этого. Потом я понял, что это было. Это была вера в то, что настанет день, и мы построим этот Мемориальный комплекс в Ходжалы. Так и случилось”, – сказал глава государства.

  • Prezident: “Memorial Kompleks üçün Bakıda yer seçilmişdi, ancaq məni hər dəfə nə isə bundan çəkindirirdi”

    “Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

    Prezident qeyd edib ki, son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul edib:

    “Bu, Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi əsasını təşkil edib. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaradıb. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq – həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq və mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, ancaq mən bilirdim və əminəm, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil.

    2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi”.

    “Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu”, – Azərbaycan Prezidenti vurğulayıb.

  • Paytaxtın sıxlıq müşahidə olunan küçələri

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    7. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    10. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    16. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    17. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    18. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.