Month: February 2026

  • Cəlilabadda selin uçurduğu körpü bərpa edildi: Üç kəndin yolu açıldı

    Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən və sel suları nəticəsində qəzalı vəziyyətə düşmüş müvəqqəti körpü bərpa olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən aparılan təmir-bərpa işləri nəticəsində nəqliyyatın hərəkəti yenidən təmin edilib.

    Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat əlaqəsi idi. Körpünün yararsız vəziyyətə düşməsi nəticəsində üç kəndin rayon mərkəzi ilə əlaqəsi müvəqqəti olaraq kəsilmişdi.

    Aparılan operativ tədbirlər nəticəsində keçid qısa müddətdə bərpa edilib və hazırda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yoxdur.

  • İDDİA: İranda hakimiyyət xalqın ixtiyarına verilir – Müvəqqəti hökumət yaradıldı

    İranda hakimiyyətin təhvil verilməsi üçün müvəqqəti hökumət yaradılıb.
     
    Median.Az
    xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “İlaaf” qəzeti məlumat yayıb.
     
    İddia olunur ki, İranın Milli Müqavimət Şurası xalqın ixtiyarına hakimiyyətin verilməsi məqsədilə müvəqqəti hökumət yaradıldığını açıqlayıb.
     
    Qeyd olunur ki, bu hökumət keçid dövründə Məryəm Rəcəvinin on maddəlik proqramına əsasən fəaliyyət göstərəcək.

  • Qar yağacaq, yollar buz bağlayacaq

    Martın ilk gününə olan hava proqnozu açıqlanıb.
     
    Median.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     
    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
     
    Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-5° isti olacaq.Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
     
    Azərbaycanın rayonlarında bəzi yerlərdə  arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
     
    Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
     
    Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

  • Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var – VİDEO

    Qaradağ rayonunda 66 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

    İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün tutulub. Ondan isə 23 kiloqram 975 qram marixuana aşkarlanaraq götürülüb.

    İdarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı da narkotiklərin paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, yaşıdı Nazir Tağıyev və 34 yaşlı Urfan Məmmədli Lökbatan qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən isə Bakı şəhərinə müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə gətirdikləri 20 kiloqram 250 qram
    marixuana tapılıb.

    Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı ümumilikdı 66 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 80 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.//sfera.az

  • Tanınmış aktyor vəfat etdi

    Tanınmış aktyor 27 yaşlı İbrahim Yıldız vəfat edib

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Gənc aktyor İstanbulda güclü fırtına zamanı aşan ağacın altında qalmış və ağır yaralanmışdı.

  • İran Ümrə və Həcc ziyarətlərini dayandırdı

    İran hökuməti Ümrə və Həcc ziyarətlərini təxirə salıb.

    Median.Az bildirir ki, bu qərar ABŞ-İsrail qüvvələrinin İrana hücumu nəticəsində hava məkanının bağlanması ilə əlaqədardır.

    Qeyd olunub ki, davam edən müharibə səbəbilə Ümrə və Həcc ziyarətləri müvəqqəti olaraq ləğv edilib.

  • Израиль заявил о массированном ударе по стратегической обороне Ирана

    Армия обороны Израиля (ЦАХАЛ) сообщила о нанесении массированного удара по системе стратегической обороны Ирана.

    Об этом передает Median.Az со ссылкой на публикацию ЦАХАЛ в соцсети Х.

    “ЦАХАЛ, руководствуясь данными разведки, нанес массированный удар по стратегической системе обороны, принадлежащей иранскому режиму. Один из ударов был направлен по передовой системе ПВО СА-65, расположенной в районе Керманшаха на западе Ирана”, – говорится в заявлении армейской пресс-службы.

  • İsrail ordusu İranın strateji müdafiə sistemlərinə genişmiqyaslı zərbələr endirib – VİDEO

    İsrail Müdafiə Ordusu (SAXAL) İran rejiminin strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

    Median.Az xəbər verir ki, bu barədə SAXAL-ın “X” sosial şəbəkə hesabında qeyd edilib.

    Fevralın 28-də İranın qərbində, Kermanşah bölgəsində yerləşən müasir “SA-65” hava müdafiə sistemi də daxil olmaqla bir neçə strateji zenit-raket kompleksi vurulub.

  • МИД Турции: Атаки США и Израиля на Иран ставят под угрозу будущее региона

    МИД Турции заявил об угрозе региональной и глобальной стабильности из-за атак США и Израиля на Иран и осудил подстрекателей эскалации.

    Как передает Median.Az, об этом говорится в заявлении МИД Турции.

    “События, начавшиеся с нападения Израиля и США на Иран и продолжившиеся атаками Ирана на третьи страны, являются ставящими под угрозу будущее нашего региона и глобальную стабильность. Мы глубоко обеспокоены любыми действиями, нарушающими международное право и угрожающими жизни невинных мирных жителей. Осуждаем подстрекательство, которое может привести к эскалации насилия. Мы призываем все стороны немедленно прекратить боевые действия”, – говорится в сообщении.

    В ведомстве отметили, что “проблемы региона должны решаться мирными путями”.

    “Турция готова оказать необходимую поддержку в качестве посредника. Безопасность наших граждан, проживающих в затронутых эскалацией странах, является для нас приоритетом, и в этом отношении принимаются все необходимые меры”, – добавили в министерстве.

  • Türkiyə XİN-dən ABŞ və İsrailin İrana hücumları ilə bağlı AÇIQLAMA

    Türkiyə ABŞ və İsrailin İrana hücumlarının regional və qlobal sabitliyə təhdid yaratdığını bəyan edib.

    Median.Az xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

    Açıqlamada bildirilir ki, İsrail və ABŞ-nin İrana hücumları ilə başlayan və daha sonra İranın üçüncü ölkələrə qarşı zərbələri ilə davam edən hadisələr regionun gələcəyini və qlobal sabitliyi risk altına salır.

    Türkiyə XİN tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb.

    Qurum vurğulayıb ki, regiondakı problemlər sülh yolu ilə həll edilməlidir. Türkiyə vasitəçi qismində zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirib. Nazirlik həmçinin eskalasiyadan təsirlənən ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyinin prioritet olduğunu və bununla bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib