Month: February 2026

  • Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı yaradılıb.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevin əmri ilə filialın direktoru vəzifəsinə Namiq Eldar oğlu Həsənov təyin edilib.

    Qeyd edək ki, əvvəllər sözügedən qurumun adı Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı olub.

    Bundan əvvəl DSMF-də filialların sayı 7-dən 8-ə yüksəlib.

    Belə ki, İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filial yaradılıb və Əlipaşa Rauf oğlu Mirzəyev direktor təyin olunub.

    Xatırladaq ki, Əlipaşa Mirzəyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondu Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri olub.

  • Жив ли Хаменеи? – ОТВЕТИЛ глава МИД Ирана

    Глава МИД Ирана Аббас Арагчи заявил, что Верховный лидер Ирана Хаменеи жив.

    Как передает Median.Az, об этом сообщает телекомпании NBC.

  • Xamenei öldürülüb? – Rəsmi açıqlama – VİDEO

    İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin zərbələri nəticəsində ölkənin bir neçə komandirini itirmiş ola biləcəyini bildirib.

    Median.Az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

    “Bildiyimə görə, İranın ali lideri Xamenei sağdır”, – A.Əraqçı qeyd edib.

    Nazirin sözlərinə görə, məhkəmə hakimiyyətinin rəhbəri, parlament sədri və bütün yüksəkvəzifəli rəsmilər sağdırlar. O əlavə edib ki, Milli Təhlükəsizlik Şurasının katibi də daxil olmaqla hamı hazırda vəzifə başındadır.

    Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı “Şir nəriltisi” adlı preventiv əməliyyata başladığını açıqlayıb. Hər iki ölkə hava məkanını bağlayıb.

    Sonradan ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon əməliyyatın “Epik qəzəb” adlandırıldığını bildirib.

    Buna cavab olaraq İran İsrail istiqamətində onlarla ballistik raket buraxıb. İsrail Müdafiə Ordusu (SAXAL) raket buraxılışlarını təsdiqləyib, ölkə üzrə hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Həmçinin İran Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran öz əməliyyatını “Doğru vəd 4” adlandırıb.

  • Время ифтара десятого дня месяца Рамазан

    Время ифтара 28 февраля, в десятый день священного месяца Рамазан, приходится на 18:44.

    Об этом Median.Az сообщает со ссылкой на календарь, объявленный Управлением мусульман Кавказа (УМК).

    Молитва, читаемая перед разговением (ифтар):

    “Аллахуммя лякя сумту ва аля рызгыкя афтарту ва алейкя таваккальту. Бисмилляхир-Рахмянир-Рахим. Я васияль-магфирати игфирли”.

    Перевод:

    “О, Аллах! Ради тебя я держал пост, в тебя уверовал и на тебя лишь уповаю, разговляюсь тем, что ты мне послал. Прости, о прощающий, мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!

  • Ramazan ayının onuncu gününün iftar vaxtı

    Bu gün ramazan ayının onuncu günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, fevralın 28-də iftar vaxtı saat 18:44-dədir.

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul eləsin!

  • Bakıda avtomobil iki qadını vurdu

    Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygun Mall” ticarət mərkəzinin qarşısında baş verib. Ticarət mərkəzinin qarşısında yolu keçən iki qadını avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün 13:20-də baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakıxanov qəsəbəsi, “Aygün Mall”un qarşısında piyada vurma səbəbi ilə çağırış qeydə alınıb.

    Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.//oxu.az

  • Иран нанес новый удар по базе НАТО в Кувейте

    Иран нанес новый удар по базе НАТО в Кувейте.

    Как передает Median.Az, об этом сообщает Al Hadath.

    По информации телеканала, ракеты перехватили, при этом их осколки упали неподалеку от авиабазы.

    Незадолго до этого глава МИД Италии Антонио Таяни на своей странице в соцсети X сообщил об ударе по взлетной полосе базы в Кувейте, где размещены 300 итальянских военных. По словам министра, они не пострадали, так как в момент атаки спустились в бункер.

  • İran NATO-nun Küveytdəki bazasına yenidən zərbə endirib

    İran Küveytdə yerləşən NATO bazasına növbəti raket zərbəsi endirib.

    Median.Az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

    Məlumata görə, raketlər havada zərərsizləşdirilib, lakin onların qəlpələri aviabaza yaxınlığına düşüb.

    Bundan bir qədər əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani “X” sosial şəbəkəsində Küveytdə 300 italyan hərbçisinin yerləşdiyi bazanın uçuş-enmə zolağına zərbə endirildiyini bildirmişdi. Nazir qeyd etmişdi ki, hərbçilər hücum zamanı bunkerlərə sığındıqları üçün xəsarət almayıblar.

  • İrandakı qızlar məktəbində 57 nəfər ölüb (YENİLƏNİB)

    İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.

    APA “Tasnim”ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 57 nəfərə çatıb.

  • İran Abu Dabiyə raket atıb

    İran şənbə günü ABŞ və İsrailin zərbələrinə cavab olaraq bir neçə Körfəz Ərəb ölkəsinə raket hücumu həyata keçirib.

    Median.Az xəbər verir ki, hadisə regionda təhlükəsizliyi ilə seçilən ərazilərə də münaqişənin yayılmasına səbəb olub.

    Birləşmiş Ərəb Əmirlikləri dövlət mediası Abu Dabidə bir nəfərin öldüyünü açıqlasa da, əlavə detal verməyib. Küveyt, Qətər, BƏƏ və İordaniya İran raketlərinin hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini bildirib.

    İranın İran İnqilab Keşikçiləri Korpusu isə açıqlamasında bölgədəki “ABŞ bazalarının və işğal olunmuş ərazilərin” raketlərlə vurulduğunu və əməliyyatların davam edəcəyini bəyan edib.

    Bəhreyn ərazisində də hücum faktı təsdiqlənib və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması xidmət mərkəzinin zərbə aldığı bildirilib. Abu Dabidə və Qətərin paytaxtı Dohada güclü partlayış səsləri eşidilib, əhaliyə sığınacaqlara çəkilmək barədə xəbərdarlıqlar göndərilib.
    Hücumlar fonunda beynəlxalq aviaşirkətlər Yaxın Şərq üzərində uçuşları dayandırıb, İran hava məkanı isə demək olar ki, boş qalıb. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir. (Reuters)