İranın müdafiə naziri Əziz Nəsirzadə və SEPAH-ın rəisi Məhəmməd Pakpur İsrailin hücumları nəticəsində öldürülüb.
Median.Az xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Mənbələr adıçəkilən şəxsləri öldürüldüyünə inanır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi ölkənin hərbi arsenalı ilə bağlı iddialı bəyanatla çıxış edib.
Median.Az-ın məlumatına görə general bildirib ki, İran indiyədək öz raket potensialının yalnız kiçik bir hissəsindən istifadə edib və bunlar əsasən “arxa cəbhə ehtiyatları” hesab olunur:
“Tezliklə sizə hələ heç vaxt görmədiyiniz silahlarımızı nümayiş etdirəcəyik”.
Bu kəskin bəyanat fonunda maraqlı bir hadisə baş verib. İsrail mediası və beynəlxalq izləmə sistemləri Baş nazir Benyamin Netanyahunun təyyarəsinin Tel-Əvivdən uçaraq naməlum istiqamətə yola düşdüyü barədə məlumatlar yayıb.
Təyyarənin hərəkəti İranın yeni silah hədəsi ilə eyni vaxta təsadüf etdiyi üçün regionda gərginlik daha da artıb.
Talassemiya dünyada milyonlarla insanı təsirləndirən irsi qan xəstəliyidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son rəqəmlərinə görə, qlobal miqyasda təxminən 270 milyon insan talassemiya daşıyıcısıdır. Hər il dünyada 300 minə yaxın uşaq bu diaqnozla doğulur. Xüsusilə Aralıq dənizi hövzəsi, Yaxın Şərq və Cənubi Qafqazda geniş yayılan bu xəstəlik, hemoqlobinin sintezinin pozulması ilə xarakterizə olunur.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən (MHTM) modern.az-ın sorğusuna verilən cavabda hazırda ölkəmizdə 3190 nəfər talassemiya xəstəsinin rəsmi qeydiyyatda olduğu bildirilir. Pasiyentlər tam şəkildə dövlət hesabına müalicə və dərman preparatları ilə təmin olunur.
“Talassemiya xəstələrinin dərman preparatları, qan komponentləri, müayinələri və zəruri laborator analizləri dövlət tərəfindən qarşılanır. Mərkəzimizdə xəstələrə davamlı transfuziya (qan köçürmə) və dəmir yüklənməsinin qarşısını alan xelat terapiyası tətbiq edilir,” – deyə MHTM-dən bildirilib.
Həkimlər vurğulayırlar ki, vaxtında diaqnostika və sistemli müalicə talassemiya xəstələrinin normal həyat keyfiyyətini qoruması üçün həlledici amildir.

Son günlər sosial şəbəkələrdə dünya liderlərinin siyasətə gəlməzdən əvvəl hansı peşələrlə məşğul olduqları barədə paylaşımlar geniş marağa səbəb olub.
Median.Az xəbər verir ki, xüsusilə də adları siyahıda yer alan məşhur siyasətçilərin əvvəlki fəaliyyətləri izləyicilər arasında müzakirə yaradıb.
Donald Trump – biznes imperiyasından Ağ Evə
ABŞ-nin prezidenti Donald Tramp siyasətə gəlməzdən əvvəl daşınmaz əmlak maqnatı və iş adamı kimi tanınıb. O, “The Trump Organization” şirkətini idarə edib, tikinti və hotelçilik sahəsində böyük layihələrə imza atıb. Eyni zamanda televiziya layihələrində iştirak edib və prodüserlik fəaliyyəti ilə də gündəmə gəlib. Onun biznes keçmişi hələ də tez-tez müzakirə olunur.
Vladimir Putin – kəşfiyyatdan Kremlə
Rusiya prezidenti Vladimir Putinin keçmişi də maraq doğuran məqamlardandır. O, uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (KQB) çalışıb və kəşfiyyatçı kimi fəaliyyət göstərib. Hüquq təhsili alan Putin daha sonra təhlükəsizlik strukturlarında və dövlət idarəçiliyində müxtəlif vəzifələr tutaraq ölkə rəhbərliyinə qədər yüksəlib.
Recep Tayyip Erdoğan – futboldan siyasətə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da gənclik illərində fərqli sahədə fəaliyyəti olub. O, peşəkar səviyyədə olmasa da, uzun müddət futbol oynayıb və idmana böyük maraq göstərib. Daha sonra siyasətə qoşularaq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, ardınca isə ölkə rəhbəri olub.
Dünya liderlərinin əvvəlki peşələri ilə bağlı məlumatlar sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər onların keçmiş fəaliyyətlərinin indiki siyasi qərarlarına təsir edib-etmədiyi barədə müxtəlif fikirlər səsləndiriblər.
Bu faktlar bir daha göstərir ki, siyasətə gedən yol hər zaman eyni olmur və bir çox liderlər tamam fərqli sahələrdən dövlət idarəçiliyinə gəliblər.
Median.Az dövlət başçılarının əvvəlki peşəsini təqdim edir:
Ukrayna Prezidenti Volodimir Zelenski – Aktyor
Kanada Baş naziri Castin Trüdo – Mühafizəçi
Hindistan Baş naziri Narendra Modi – Çayçı
İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni – Müğənni
Albaniya Baş naziri Edi Rama – Rəssam
Pakistanın keçmiş baş naziri İmran Xan – Kriketçi
Vatikan dövlətinin başçısı, Papa Frensisk – Gecə klubu mühafizəçisi
Fransa Prezidenti Emmanuel Makron – Maliyyə məmuru
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson – Jurnalist
Almaniyanın keçmiş kansleri Angela Merkel – Fizik
İtaliya Baş naziri Corciya Meloni – Ofisaint, Jurnalist
ABŞ-nin keçmiş prezidenti Barak Obama – Dondurma satıcısı
Ətraflı videoda:

Lənkəranın Nərimanabad qəsəbə sakini 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyevi elektrik cərəyanı vurub.
Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Liman şəhəri ərazisində o, transformatorun yerləşdiyi əraziyə daxil olarkən baş verib.
Belə ki, ağır yanıq xəsarətləri alan A.Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.
Ona ilkin tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər A.Əliyevin vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı araşdırma aparılır.
İran İslam Respublikasının Dövlət İnformasiya Şurası, İsrail rejimi və ABŞ-nin İran ərazisinə hücumundan sonra açıqlama yayıb.
Median.Az-ın məlumatına görə, hökumət əmin edib ki, bütün nazirliklər və dövlət qurumları xalqın yanındadır və ölkənin gündəlik işləri, xidmətləri tam gücü ilə davam etdiriləcək.
“Artıq uzun müddət əvvəl bütün ehtiyat tədbirləri görülüb, buna görə də vətəndaşlar heç bir qıtlıq və ya çatışmazlıqdan narahat olmamalıdır. Əsas ərzaq məhsulları, yanacaq və dərman kifayət qədər mövcuddur. 24 saat fəaliyyət göstərən tibbi mərkəzlər və seçilmiş apteklər fəaliyyətini davam etdirəcək, banklar isə xidmət verməyə davam edəcək”.
Hökumət həmçinin universitetlərin və məktəblərin müvəqqəti olaraq bağlanacağını açıqlayıb və xalqdan sakitlik və səbir göstərmələrini xahiş edib. İnsanların şəhərlərarası hərəkəti üçün zəruri tədbirlər görülüb və vətəndaşların təhlükəsizliyi təmin edilir.
Hər bir dövlət orqanı öz xidmətlərinin necə davam edəcəyini ətraflı və müntəzəm şəkildə açıqlayacaq. Hökumət əmin edir ki, İran xalqı və ölkənin təhlükəsizliyi qorunacaq.
Məktəbləri hədəf alanlara eyni cür cavab verəcəyik.
Median.Az xəbər verir ki, bunu “Al-Jazzera”ə İranın yüksək vəzifəli şəxsi bildirib:
“Məktəbləri və mülki şəxsləri hədəf alanlara qarşı eyni cür cavab veriləcək”.
O qeyd edib ki, artıq ABŞ və İsrailə məxsus hər şey İran Silahlı Qüvvələri üçün qanuni hədəfə çevrilib.
Fransa Prezidenti Emmanuel Makron, ABŞ, İsrail və İran arasında gərginliyin artması ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili şəkildə toplanmasını tələb edib.
Median.Az xəbər verir ki, Makron bu barədə X hesabında paylaşım edib.
Fransa, vəziyyətin daha da pisləşməsindən ciddi narahatlıq duyduğunu və münaqişənin azaldılması üçün diplomatik səylərin artırılmasını çağırır.
ABŞ-nin hücumları əsasən İranın raket proqramı və raket buraxılış qurğularını hədəfləyir, İsrailin hücumları isə yüksək vəzifəli iranlı rəsmi şəxslərin aradan qaldırılması və raket proqramına yönəlib.
Median.Az xəbər verir ki, bu barədə “Axios” məlumatı yayıb.
Qeyd edək ki, ABŞ Müdafiə naziri Pit Hegset və Birləşmiş Ştatlar Qərargah Rəisləri Komitəsinin sədri general Dən «Raizin» Keyn, ABŞ-ın İran əleyhinə hücum kampaniyasını hazırda Floridadakı Mar-a-Lago iqamətgahından izləyirlər; burada prezident Donald Tramp yerləşir. (Reuters)
“Əslində bu təkliflər Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanıb”.
Bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklifinə aydınlıq gətirərkən deyib.
Deputat bildirib ki, İnsan hüquqları komitəsinə təqdim olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2025-ci il üzrə məruzəsində bir sıra təkliflər yer alıb:
“Bu təkliflərin hər biri iclasda səsləndirildi. Əslində bunlar Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanmış və onların hüquqi müstəviyə keçirilməsini nəzərdə tutan təkliflərdir. Onların arasında 60 yaşdan yuxarı şəxslərin təqaüd yaşına qədər işdən çıxarılmaması, eyni zamanda 35 il dövlət qulluğunda çalışmış şəxslərin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun t
“Əslində bu təkliflər Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanıb”. Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklifinə aydınlıq gətirərkən deyib.
Deputat bildirib ki, İnsan hüquqları komitəsinə təqdim olunmuş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2025-ci il üzrə məruzəsində bir sıra təkliflər yer alıb:
“Bu təkliflərin hər biri iclasda səsləndirildi. Əslində bunlar Milli Məclisə təqdim olunmuş çoxsaylı şikayətlər əsasında hazırlanmış və onların hüquqi müstəviyə keçirilməsini nəzərdə tutan təkliflərdir. Onların arasında 60 yaşdan yuxarı şəxslərin təqaüd yaşına qədər işdən çıxarılmaması, eyni zamanda 35 il dövlət qulluğunda çalışmış şəxslərin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun tanınması kimi bir sıra məsələlər var idi”. 
Deputat bu məsələlərin hər birinin aktual olduğunu vurğulayıb:
“Mənə elə gəlir ki, bunların təmin olunmasına zərurət var. Çünki nəticə etibarilə uzun müddət işlədikdən sonra təqaüd yaşı yaxınlaşarkən vətəndaşın birdən-birə işdən çıxarılması onun əmək pensiyası almaq hüququna zərbə vurur”.
Deputat hesab edir ki, səsləndirilən bu təkliflər İnsan hüquqları komitəsinin üzvləri tərəfindən dəstəklənib:
“Gələcəkdə bu təkliflər qanunvericilik təşəbbüsünə çevrilə bilər. Nəticədə biz vətəndaşlarımızın hüquqlarını, o cümlədən əmək, sağlamlıq və digər oxşar hüquqlarını daha yaxşı təmin etmək üçün qanunverici baza yaratmış olarıq”.
Qeyd edək ki, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində yaşı 60-dan yuxarı olan şəxslərlə bağlı təklif yer alıb. Məruzədə 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklif edilir.