Month: March 2026

  • Tanınmış vəkil vəfat etdi – FOTO

    Vəkillər Kollegiyasının üzvü Qabil Hümbətov vəfat edib.
     
    Median.Az bildirir ki, o, bu gün dünyasını dəyişib.
     
    Qeyd edək ki, Q.Hümbətov Naxçıvanda vəkillik fəaliyyəti ilə məşğul olub. O, 41 illik vəkillik təcrübəsinə malik idi./e-hüquq
     
    Allah rəhmət eləsin!
     

  • Ceyhun Bayramov həmkarı ilə regionu müzakirə etdi

    Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
     
    Bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında yayılıb.
     
    Bildirilib ki, söhbət zamanı son regional proseslər və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

  • Mingəçevirdə maşın yolu keçmək istəyən piyadaları vurdu

    Mingəçevirdə maşın yolu keçmək istəyən iki piyadanı vurub.

    “Unikal”ın bölgə müxbirinin məlumatına görə, hadisə Ü.Hacıbəyov və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. İlkin məlumata görə, “Mercedes” markalı avtomobil yolu keçmək istəyən kişi və xanım piyadanı vurub. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma başlanıb.

  • “Əl enerjisi” ilə müalicə edən əcnəbiyə otağı kirayə verən şəxs DANIŞDI – Video

    Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində “əl enerjisi” ilə müalicə apardığı iddia olunan əcnəbi saxlanılıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, özbəkistanəsilli şəxs insanlara əli ilə bio müalicə vəd edirmiş.

    Buna inanan onlarla şəxs onun qəbuluna düşmək üçün növbə gözləyib.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan izdihamın səbəbkarı kimi göstərilən özbəkistanəsilli şəxsin insanları “Bİ Es” adlı klinikada qəbul etdiyi bildirilir.

    Adıçəkilən klinikanın vəkili Əsəd Əhmədli isə məsələ ilə bağlı bildirib ki, klinikanın həmin şəxslə hər hansı əlaqəsi yoxdur. Onun sözlərinə görə, sözügedən şəxslə klinika arasında heç bir müqavilə bağlanmayıb.

    Vəkil qeyd edib ki, klinikanın fəaliyyət göstərdiyi məkanda rəsmi şəkildə icarədə olan digər şəxslər də fəaliyyət göstərirlər və qəbul da həmin şəxslərdən birinin icarəyə götürdüyü otaqda həyata keçirilib.

    Sözügedən özbəkistanəsilli vətəndaşa otağı icarəyə verən şəxs isə məsələ ilə bağlı “Xəzər Xəbər” proqramına açıqlama verib.

  • На страницах Президента в соцсетях опубликованы кадры о XIII Глобальном бакинском форуме – ВИДЕО

    В официальных аккаунтах Президента Азербайджана Ильхама Алиева в социальных сетях опубликованы кадры в связи с XIII Глобальным бакинским форумом.

    Median.Az представляет данную публикацию:

  • İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb – Video

    Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumu ilə bağlı videoçarx paylaşılıb.

    Median.Az paylaşımı təqdim edir:

  • Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan çıxarıldı

    Ötən gün Bakıda polis tərəfindən saxlanılan özbəkistanlı ekstrasens İqbol Soliyev sərbəst buraxılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, polis idarəsində İqbol Soliyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

    Onun ölkədən çıxarılması təmin olunub.

    Qeyd edək ki, ötən gün İqbol Soliyevin polis əməkdaşları tərəfindən saxlanılması barədə xəbər vermişdik.

  • В Физулинском районе в результате подрыва на мине погиб 58-летний мужчина

    В результате взрыва мины в Физулинском районе погиб человек.

    Как сообщает Median.Az со ссылкой на Trend, инцидент произошел в селе Ашагы Вейсалли.

    Согласно информации, житель Агдамского района Рамиль Гаджиев (1968 г.р.) подорвался на мине во время выпаса скота.

    В результате взрыва мужчина скончался на месте происшествия.

    По данному факту ведется расследование.

  • Füzulidə mina partlayışı: Ölən var

    Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

    Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Ramil Maşallah oğlu Hacıyev atla hərəkətdə olarkən minaya düşüb.

    Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah Sumqayıtda 2000 abonent qazsız qalacaq

    Sumqayıtda martın 13-də saat 10:00-dan işlər yekunlaşanadək 2 000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Stansiya Sumqayıt Qaçqın şəhərciyi ünvanında “Abşeron Modul” tipli mini QPS-də əhali və sənaye ölçü qovşaqlarının baypas xətləri üzərində qapayıcı vasitənin quraşdırılmasıdır.