Month: March 2026

  • СМИ: Вдова Али Хаменеи выжила после ударов США и Израиля по Ирану

    Вдова погибшего верховного лидера Ирана Али Хаменеи выжила, информация о ее смерти была ошибочной.

    С таким утверждением выступило агентство Fars, не уточняя источник сведений.

    “Настоящим сообщается, что жена погибшего революционного лидера жива и первоначальная информация о ее гибели была неверной”, – сказано в сообщении.

    О смерти Мансуре Ходжасте Багерзаде, вдовы бывшего верховного лидера Ирана, спустя несколько дней после ранения сообщал Al Alam. Опозиционный телеканал Iran International утверждал, что женщина находилась в состоянии комы.

  • Əli Xameneinin öldüyü deyilən həyat yoldaşının sağ olduğu bildirilir

    İranın mərhum ali rəhbəri Əli Xameneinin fevralın 28-də İsrailin zərbələri nəticəsində öldürülən həyat yoldaşı Mənsurə Xocəstə Baqerzadənin ölümü barədə məlumat yanlış olub.

    Median.Az bu barədə “Fars” agentliyinə istinadən xəbər verir.

    “Son bir neçə gün ərzində inqilab liderinin ölməsindən sonra bəzi KİV səhvən böyük ayətullahın həyat yoldaşının da ölümü xəbərini dərc edib”, – deyə məlumatda bildirilir.

    Fevralın 28-də İsrail HHQ-nin Tehranda ayətullanın iqamətgahına endirdiyi zərbədən sonra onun ağır yaralandığı və komaya düşdüyü bildirilirdi.

    Mənsurə Xocəstə Baqerzadə 79 yaşındadır. O, dini bir ailədə doğulub. Atası iş adamı idi. Əli Xamenei ilə 1964-cü ildə tanış olub. Növbəti il onlar evləniblər. Evləndikdən sonra o, ictimaiyyət qarşısında demək olar ki, görünməyib. Onların evlilikdən dörd övladı olub.

  • Президент Ильхам Алиев: Мы начали торговлю с Арменией

    Мы сняли все ограничения на транспортировку грузов в Армению из разных направлений. Мы даже начали торговлю с Арменией.

    Об этом заявил Президент Азербайджана Ильхам Алиев в своем выступлении на церемонии открытия XIII Глобального бакинского форума.

    Глава государства отметил, что начало экспорта нефтепродуктов, имеющих жизненно важное значение для Армении, демонстрирует приверженность Азербайджана миру – и миру не долгосрочному, а вечному.

    “Это наша стратегия и наша политика, и мы еще раз демонстрируем, что Азербайджан – мирная страна. А те, кто обвинял нас во время второй Карабахской войны, а затем и антитеррористической операции, были либо близоруки, либо предвзяты, поскольку проделанная нами работа соответствовала международному праву: мы применили силу для достижения мира, и сегодня мы демонстрируем это”, – сказал азербайджанский лидер.

    Напомнив о том, что Азербайджан отдает предпочтение прямому диалогу в мирном процессе, Президент Ильхам Алиев подверг резкой критике деятельность Минской группы.

    “Мы достигли мира с Арменией, – когда я говорю мы, я имею в виду Азербайджан – настояв на том, чтобы не было никаких посредников. 28 лет так называемого посредничества Минской группы были настоящей катастрофой. Цель сопредседателей заключалась в замораживании конфликта, в сохранении его навсегда и в использовании его как рычага давления на обе страны. Поэтому мы решили, что нам нужно избавиться от этого так называемого посредничества, и как только мы начали взаимодействовать на двусторонней основе, без какой-либо третьей стороны, мы достигли мира”, – заявил глава государства.

  • İlham Əliyev: “Ermənistanla ticarət əlaqələrini bərpa etmişik”

    “Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik”.

    Bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

    Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanılması Azərbaycanın uzunmüddətli yox, əbədi sülhə sadiq olduğunu nümayiş etdirir:

    “Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ Müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk”.

    Azərbaycanın sülh prosesində birbaşa dialoqa üstünlük verdiyini xatırladan İlham Əliyev Minsk qrupunun fəaliyyətini sərt tənqid edib:

    “Biz Ermənistanla sülhə nail olduq, – biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq”.

  • “Onu basdırdım, silahı dənizə atdım” – Ərini qətlə yetirən qadın

    Ərini qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham aktını elan edib.

    Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.

    Daha sonra Elmira Əliyeva ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşı ilə ər-qadın münasibətləri yaxşı olmayıb:

    “21 ildir idi ki, ailəli idik. Son 5 ili artıq aramızda ər-arvad münasibətləri yox idi. Çarpayılarımız ayrı idi. Ailəmiz mən, övladlarım, qaynana və qaynatamdan ibarət idi. Telefon işlətməyə qoymurdu. Qızımın telefonunu işlədirdim. Həmin vaxt narkotik vasitənin təsiri altında idi. Hətta mənə təklif etdi. Məni vurdu çənəm yerə dəydi. Dirsəklənib üzü divara uzanmışdı. Məni söyərək ov tüfəngini istədi. Silahın dolu olduğunu bilmirdim. Silahın modeli vinçestr idi. Onu sadəcə stoldan aparıb ona verdim. Silah ona tərəf açılanda qıc oldum. O hündür idi idmanla məşğul olurdu. Prastinanı üstünə sərdim və bir müddət oturdum fikirləşdim. Onu prastinaya büküb ayağından dartaraq həyətə çıxartdım. Bel ilə səhərə kimi torpağı qazdım və basdırdım. Evi qandan təmizlədim. Divanı da iki hissəyə bölüb atdım zibil yeşiyinə. Bu işi görəndə çöldə heç kəs yoxdu. Oğlum hadisə olanda da bu işləri görəndə də oyanmamışdı. Çünki o bərk yatır. Sonra 3 uşağımı götürüb getdim anamgilə. Qaynatama zəng edib dedim ki, davamız olub Samir gedib. Özümü inandırmağa çalışırdım ki, onu mən öldürməmişəm. Sanki o özü evdən çıxaraq itkin düşüb. Onun telefonunu da və silahı da dənizə atdım. Mən bu işləri görəndə narkotikin təsiri altında olmuşam.
    //unikal.az

    Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin olunub.

    Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb.
    Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Rusiya səfiri Azərbaycana təşəkkür etdi

    Bir neçə gün əvvəl Rusiya və İran prezidentləri arasında telefon danışığı olub. Bu danışıq zamanı Rusiya Prezidenti Vladimir Putin İran tərəfinin xahişi ilə ölkəyə tibbi ləvazimatlar çatdırmağı tapşırıb.

    Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə bildirib.

    “Tibbi ləvazimatları daşıyan təyyarənin Azərbaycanda qəbul edilməsi ilə bağlı qarşı tərəfə müraciət nəzərdən keçirilib və Preizdent İlham Əliyev tərəfindən qərar bir saat ərzində qəbul edilib. Azərbaycan tərəfinə çox təşəkkür edirəm. Hər şeyin necə gözəl təşkil olunduğunu görürsünüz. 13 ton tibbi ləvazimatın İrana çatdırılması çox xoşdur”, – deyə o əlavə edib.

  • Azərbaycanda dollar ucuzlaşa bilər?

    “Dollar manata qarşı ucuzlaşmayacaq, həmişə belə qalacaq. İlk növbədə neft qiymətlərinin bahalaşması müvəqqəti prosesdir. Məlum olduğu kimi, müharibə ilə bağlıdır”.

    Bunu “Unikal”a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, dolların manat qarşısında ucuzlaşması iqtisadiyyatda inflyasiyanı aşağı sala bilər:

    “Eyni zamanda iqtisadiyyatı daha da bahalaşdıra bilər. Yəni, neftin qiyməti bu gün bahalaşıb, sabah enməsi mümkündür. Bu baxımdan dollar heç vaxt manata qarşı ucuzlaşmayacaq”.

    Neft qiymətinin nə qədər bahalaşa biləcəyinə gəlincə, ekspert qeyd edib ki, bu, müharibənin müddətindən asılıdır: “Əgər uzun müddət davam edərsə, neft qiymətləri 150 dollara çata bilər. Müharibə 1 həftə ərzində dayanarsa, neft qiymətləri kəskin düşə bilər. Burada söhbət 70-80 dollardan gedir. Burada hər şey müharibənin nə qədər davam edəcəyinə bağlıdır”.

  • Xəlil Köçərli vəfat etdi

    Tarix elmləri doktoru Xəlil Köçərli 100 yaşında vəfat edib.

    Bu barədə “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkədə paylaşım edib.

    Qeyd edək ki, Xəlil Köçərli 1925-ci ildə Gədəbəydə anadan olub. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışaraq təxminən 50 il professor kimi fəaliyyət göstərib. Mərhum alim Qarabağ tarixinə dair bir sıra elmi araşdırma və məqalələrin müəllifi olub.

  • Vətəndaşları işə düzəltmək adı ilə dələduzluq – 300 min manat…

    Vətəndaşları işə düzəltmək adıyla 300 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilən Sahil Göyüşovun cinayət işi üzrə məhkəməsi ilk baxış iclası başlayıb.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham aktını elan edib.

    Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.

    Zərərçəkmiş şəxs Səmid Kərimli bildirib ki, təqsirləndirilən şəxsə guya Ədliyyə Nazirliyində işə düzəldəcəyinə görə 14 min manat pul verib.

    Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin olunub.

    Qeyd edək ki, iş üzrə 16 zərərçəkmiş var və ümumilikdə dəymiş ziyan isə 300 min manatdan artıqdır. İttihama görə, təqsirləndirilən şəxs vətəndaşları müxtəlif işlərə düzəldəcəyi ilə bağlı yalan vəd verərək onlardan pul alıb.

    Sahil Göyüşova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

  • Məktəbdə müəllim işinə düzəldəcəyi adı ilə vətəndaşları aldatdı

    Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduz etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən zərərçəkmişlər dindirilib.

    Zərərçəkmiş P. Əliyev bildirib ki, həyat yoldaşını müəllimə düzəltmək üçün Zaur Mustafayevə müraciət edib:

    “Yoldaşımı işə düzəltmək istəyirdim. Zaur bizə dedi ki, Şamaxı Pedaqoji Kollecinə ingilis dili müəlliməsi düzəldəcək. Nərimanovda 19 may 2023-cü ildə görüşdük və 15 min manatı şəxsən təqsirləndirilən şəxsin özünə vermişəm. Pulumuzu istədik 8 min manat verib, 7 min manatı qalıb”.

    Zərərçəkmiş Tünzalə Məmmədova bildirib ki, sertifikasiyadan kəsildiyi səbəbindən təqsirləndirilən şəxsə müraciət edib:

    “Atam dedi ki, Zaur adlı şəxs var o kömək edəcək. 12 min 500 min manat bankdan götürüb verdik. Ancaq işimizi düzəltmədi”.

    Gülnarə Yusifova isə ona təqsirləndirilən şəxsin 7 min manat zərər vurduğunu deyib.

    Digər zərərçəkən Rəna Məmmədova isə bildirib ki, təqsirləndirilən şəxs onu məktəb direktoru düzəldəcəyi ilə bağlı yalan vəd verərək 110 min manat pulunu alıb.

    Daha sonra məhkəmə sənədlərinin tədqiqinə başlanılıb.

    Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.

    Xatırladaq ki, cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur. Təqsirləndirilən şəxslər zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. İş üzrə 15 zərərçəkmiş var.

    Təqsirləndirilən şəxs Zaur Mustafayev isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.

    Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az