Month: March 2026

  • Orta aylıq əməkhaqqı artıb

    2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 1103,8 manat təşkil edib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artıb.

    2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olmuş, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Али Асадов: Годовая инфляция составила 5.2%, а среднегодовая – 5.6%

    В 2025 году инфляция находилась в целевом диапазоне. Так, годовая инфляция составила 5.2%, а среднегодовая – 5.6%.

    Как сообщает Oxu.Az, об этом заявил премьер-министр Али Асадов во время представления отчёта о деятельности Кабинета министров за 2025 год в Милли Меджлисе Азербайджана.

    По словам главы правительства, качество макроэкономического управления также отчётливо проявляется в показателях финансовой дисциплины и фискальной устойчивости.

    “В 2025 году доходы государственного бюджета были исполнены в размере приблизительно 39.2 млрд манатов (на 5.4% больше), а расходы – 38.6 млрд манатов (на 2.4% больше)”, – сказал он.

  • Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA

    “2025-ci ildə inflyasiya hədəf diapazonunda olub. Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib”.

    Bunu baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib.

    Hökumət başçısının sözlərinə görə, makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür:

    “2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 mlrd. manat (5.4% çox), xərcləri isə 38,6 mlrd. manat (2.4% çox) icra olunub”.
    //oxu.az

  • Tərtərdə 19 yaşlı qadın doğuşda öldü

    Tərtər rayonunda gənc qadın xəstəxanada doğuş zamanı ölüb.

    Hadisə martın 12-də baş verib.

    Rayonun Hacıqərvənd kənd sakini, 2007-ci il təvəllüdlü Röya Allahverdiyeva hamiləliklə bağlı Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. O, doğuş zamanı dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • В Баку до 2040 года планируется строительство 200 000 квартир

    В Баку до 2040 года планируется строительство 200 000 квартир.

    Как сообщает AПA, это отражено в “Отчёте о деятельности Кабинета министров Азербайджанской Республики за 2025 год”, который вынесен на обсуждение на сегодняшнем заседании Милли Меджлиса.

  • Bakıda 200 MİN MƏNZİL inşa ediləcək

    Bakıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

    Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plana əsasən, 2040-cı ilə qədər adambaşına düşən ümumi mənzil sahəsinin 20.8 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur və əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142.82 min mənzilə tələbat yaranacaq. Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min ha sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq. Bu isə 2027-ci ilədək yaranacaq 49.97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92.85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.

    Nəzərə çatdırılıb ki, 2023-cü ildə Bakı şəhərində 6 443 (481.6 min m2) mənzilin, 2024-cü ildə 11 min mənzilin (933.6 min m2), 2025-ci ildə isə 9 711 mənzilin (870.8 min m2) istismarına icazə verilib. Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi planlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasında verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə tikintiyə icazələr verilir. Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondunun ümumi həcmi 2023-cü il üzrə 1 745.47 min m2, 2024-cü il üzrə 1 632.37 min m2, 2025-ci il üzrə isə 1 760.99 min m2 təşkil edib.

  • Baş nazir hökumətin alternativ enerji ilə bağlı planını açıqladı

    “2025-ci il ərzində ölkə üzrə 539 km, o cümlədən regionlarda 332 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib, yenidən qurulub və əsaslı təmir olunub, 84 km dəmir yolu xətti yenidən qurulub, 7 dəmir yolu tuneli və körpüsü tikilib və əsaslı təmir olunub”.

    Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib.

    Hökumət başçısı əlavə edib ki, 2025-ci ildə enerji istehsalı 28.6 milyard kVt/saat təşkil edib, istehlak həcmi isə 24.7 milyard kVt/saata yüksəlib:

    “Hazırda Hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir.

    Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik”.
    //oxu.az

  • В Азербайджане предложено создать черный список: какое мясо хотят запретить?

    В Азербайджане предложено подготовить перечень нетрадиционных животных, мясо которых не употребляется в пищу населением страны, и запретить продажу мяса этой категории.

    Как сообщает Oxu.Az, данное предложение нашло отражение в отчёте Кабинета министров о деятельности за 2025 год.

    В документе отмечается, что в последнее время на прилавки попадает мясо неизвестного происхождения, что уже привело к случаям массовых отравлений, распространению определенных заболеваний и вызвало серьезную обеспокоенность среди населения.

    Указывается, что некоторые недобросовестные торговцы злоупотребляют отсутствием запретов в сфере торговли мясом.

    В отчете подчеркивается, что существует необходимость в подготовке списка нетрадиционных животных, мясо которых не употребляется в пищу в стране, и введении запрета на продажу мяса данной категории.

  • Ət satışında qadağalar olsun – TƏKLİF

    Azərbaycanda ənənəvi olmayan, ölkədə əti yeyilməyən heyvanların siyahısının hazırlanması və bu kateqoriyaya aid ət satışının qadağan edilməsi təklif edilir.

    Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

    Sənəddə qeyd olunur ki, son zamanlar satışa mənşəyi bilinməyən ətin çıxarılması kütləvi zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur və insanlarda ciddi narahatlıq yaradır.

    Qeyd olunur ki, ət satışında qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər. Bildirilir ki, ənənəvi olmayan və ölkəmizdə əti yeyilməyən heyvanların siyahısının hazırlanmasına və bu kateqoriyadan olan ətlərin satışının qadağan edilməsinə ehtiyac var.
    //oxu.az

  • Bakıdakı universitetlər buraya KÖÇÜRÜLƏ BİLƏR

    Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb.

    Sənəddə Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti nümunə kimi çəkilərək digər bölgələrdə də bu modeldən istifadə edilməsi təklif olunub:

    “Bunun üçün Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Əsas odur ki, yerlərdə təhsil mühiti və sosial həyat olduqda insanlar axınla bölgələrə gedəcəklər, çünki paytaxtdakı tıxaclarda insanların nə qədər əziyyət çəkdiyini hamı gündəlik həyatında müşahidə edir”.

    Hesabatda həmçinin Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir:

    “Hazırda Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində qeyd edilən ixtisaslar üzrə geniş tədris proqramları istifadə edilməkdədir. Bakı şəhəri və paytaxt ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələri fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur. Bu baxımdan Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir. Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada təhsil müəssisəsinin açılması böyük fayda verə bilər”.