Month: March 2026

  • “Черный дождь” в Тегеране: повлияет ли загрязненный воздух на Азербайджан? – ВИДЕО

    В столице Ирана Тегеране наблюдается так называемый “черный дождь”. Возникшая ситуация вызвала бурные обсуждения.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, по словам экологов, подобные осадки, возникающие в результате высокого уровня загрязнения, содержат в себе токсичные вещества, могут вызвать кожные заболевания и болезни дыхательных путей, а также отравить питьевую воду.

    Специалисты отмечают, что в ближайшие дни такие погодные условия могут сместиться в сторону стран Центральной Азии, Китая, Пакистана и Афганистана.

    Возникает вопрос: представляет ли это какую-либо угрозу для Азербайджана?

    Заместитель начальника Национальной службы гидрометеорологии Гюльнара Аббасова заявила, что нестабильные погодные условия, наблюдаемые в настоящее время на территории нашей страны, связаны с синоптическими процессами, формирующимися в регионе.

    По ее словам, в связи с текущей ситуацией специалисты регулярно оценивают основные воздушные потоки, а также анализируют данные наземных станций мониторинга качества воздуха и метеорологических станций. При этом каких-либо изменений в концентрации загрязняющих веществ зафиксировано не было.

  • Tehranda “qara yağış”: Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? – Video

    İrandakı mövcud vəziyyətlə bağlı Tehrana “qara yağış” lar yağır. Yağışın qara çöküntülərlə müşahidə olunması isə ciddi müzakirələrə səbəb olub.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ekoloqların sözlərinə görə, şəhərdəki yüksəksəviyyəli çirklənmə nəticəsində yaranan bu yağış tərkibində zəhərli maddələr daşıyır, dəri və tənəffüs yolu xəsətlikləri yaradır, içməli suları zəhərləyir.

    Mütəxəssislərin bildirdiyinə görə, mövcud hava şəraiti yaxın günlərdə Mərkəzi Asiya ölkələri, Çin, Pakistan və Əfqanıstan ərazilərinə doğru hərəkət edəcək.

    Bəs Azərbaycan üçün hər hansısa təhlükə varmı?

    Milli Hidrometeorologiya Xidməti rəisinin müavini Gülnarə Abbasova deyib ki, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti regionda formalaşan sinoptik proseslərlə bağlıdır.

    Onun sozlərınə görə, mövcud şəraitlə əlaqədar, mütəmadi olaraq ölkə ərazisində aparıcı hava axınları qiymətləndirilir, həmçinin yerüstü hava keyfiyyəti stansiyaları, eyni zamanda, meteoroloji stansiyanın məlumatları təhlil edilir. Təyin olunan çirkləndiriciərdə heç bir dəyişiklik izlənilmir.

  • Ильхам Алиев: Международный центр Низами Гянджеви является одним из ведущих международных институтов

    Международный центр Низами Гянджеви сегодня является одним из ведущих международных институтов, и здесь обсуждается множество вопросов. Организация пользуется высокой международной репутацией.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в выступлении на церемонии открытия XIII Глобального бакинского форума.

    Глава государства отметил, что организация играет важную роль в формировании системных подходов и позиций по вопросам, связанным с меняющейся международной ситуацией.

  • Prezident: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir”

    “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.

  • На имя жителя Баку без его ведома оформили бытовую технику на 6 000 манатов? – ВИДЕО

    Житель Баку Шахмар Нифталиев утверждает, что без его ведома на его имя была заказана бытовая техника на сумму 6 000 манатов.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, по словам мужчины, ему позвонили из одной из сетей магазинов бытовой техники и сообщили, что он уже три месяца не оплачивает товары, приобретенные онлайн.

    Обеспокоенный ситуацией Ш.Нифталиев отправился в главный офис компании. В отделе проблемных кредитов ему сказали, что техника была оформлена через интернет и доставлена по указанному адресу.

    Мужчина выразил опасение, что из-за задолженности ему могут ограничить выезд из страны по решению суда. В связи с произошедшим он обратился в полицию.

    Сотрудник пресс-службы Министерства внутренних дел Джасарат Ганбарли заявил, что по данному факту совместно с сотрудниками соответствующих органов проводится расследование.

  • Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edir – Video

    Vətəndaşın özünün xəbəri olmadan adına onlayn formada məişət texnikaları sifariş verilib, həm də düz altı min manatlıq.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir iddianı paytaxt sakini Şahmar Niftəliyev edib.

    Müraciət edən şəxsin iddiasına görə, məişət texnikası satılan mağazalar şəbəkələrindən birindən ona zəng gəlib ki, onlayn formada aldığı məhsulların ödənişini üç aydır gecikdirib.

    Bundan narahat olan Şahmar Niftəliyev həmin mağazalar şəbəkəsinin baş ofisinə gedib. Orada problemli kreditlər şöbəsindən bildiriblər ki, məhsullar onlayn formada sifariş verilib və ünvana da çatdırılıb.

    Şahmar Niftəliyev həm də ona görə narahatdır ki, ödəniş olunmadığı üçün məhkəmə vasitəsi ilə onun ölkədən çıxışına qadağa qoyula bilər. Şikayətçi həmin məsələ ilə bağlı polisə də məlumat verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, aidiyyəti hüquq-mühafizə orqanının əməkdaşları ilə birgə araşdırma aparılır.

  • Proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı açıqlandı

    2026-cı ilin yanvar-fevral aylarında 28 234 nəfər şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Bildirilib ki, bunun 58.3%-ni kişilər, 41.7%-ni isə qadınlar təşkil edib.

  • Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək

    Şəhər naviqasiyasında müxtəlif seçimlərin mövcudluğu ümumilikdə müsbət hal hesab olunur. Çünki bütün nəqliyyat və xidmət qurumlarının əsas məqsədi sərnişinlərin məmnunluğunu təmin etməkdir.

    BAKU.WS-in məlumtına görə, bu təkcə yeni, sürətli, komfortlu və təhlükəsiz avtobusların istifadəyə verilməsi ilə məhdudlaşmır.

    Eyni zamanda marşrutların hansı istiqamətlər üzrə hərəkət etməsi, səfərlərin uzlaşdırılması, avtobusların gəlmə vaxtı və digər məlumatların sərnişinlər üçün əlçatan olması da böyük əhəmiyyət daşıyır.

    Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, bu baxımdan məlumatların həm mobil tətbiqlərdə, həm də dünyada geniş istifadə olunan xəritə platformalarına inteqrasiyası vacibdir:

    “Belə olduqda vətəndaşların seçim imkanları genişlənir. Onlar istər mobil tətbiqlər, istərsə də “Google Maps” kimi platformalar vasitəsilə səfərlərini əvvəlcədən planlaşdıra, hansı marşrutun daha rahat olduğunu, nə qədər müddətə təyinat nöqtəsinə çatacağını və nəqliyyatın neçə dəqiqədən sonra gələcəyini asanlıqla öyrənə bilirlər.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “AYNA Maas”dakı məlumatları Google Maps- inteqrasiya edib. Sevindirici haldır ki, bu, Bakı ilə məhdudlaşmır. Yenilənmiş Gəncənin avtobus marşrutları barədə məlumatı “Google Maps” dan əldə etmək mümükündür. Ümid edilir ki, növbəti mərhələlərdə Naxçıvan və digər şəhərlərdə də yenilənən avtobus parkları ilə yanaşı, bu cür rəqəmsal məlumatların inteqrasiyası daha da genişləndiriləcək.

    Belə addımlar vətəndaşların səfərlərini əvvəlcədən planlaşdırmasına, şəhər daxilində daha rahat istiqamətlənməsinə və ictimai nəqliyyatdan daha səmərəli istifadə etməsinə mühüm töhfə verir”.

  • Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı

    Gəncədə məktəb direktoru işdən çıxarılıb.

    Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub.

    Məlumata əsasən, Mehriban Mahmudovaya üç töhmət verilib.
    Direktor vəzifəsinin müvəqqəti icrası isə Aygün Abbasovaya həvalə edilib.

    Qeyd edək ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

  • İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi

    İrandakı mövcud vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyə prosesi davam etdirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu gün günorta saatlarından etibarən Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə bir neçə ölkənin vətəndaşı ölkəmizə daxil olub.

    Saat 16:00-dan 19:00-dək olan müddətdə İndoneziyanın 36 (onlardan üçü diplomatdır) və Çinin üç vətəndaşı İrandan Azərbaycana keçib. Axşam saat 19:00-dan 21:00-dək isə daha üç Nigeriya vətəndaşının təxliyəsi baş tutub. Bununla da İrandan ölkəmizə təxliyə olunan Nigeriya vətəndaşlarının ümumi sayı 13-ə çatıb.

    Təxliyə olunan şəxslər sərhəd-buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.