Month: March 2026

  • В İTV прокомментировали обсуждения о выборе представителя и песни на “Евровидение-2026”

    Общественная телерадиовещательная компания (İTV) опубликовала официальное заявление о представительнице Азербайджана на “Евровидении-2026” JIVA и исполняемой ею песне Just Go.

    Отмечается, что в последние дни на фоне различных обсуждений в соцсетях относительно представительницы Азербайджана, выбора песни и творческой команды возникла необходимость предоставить общественности более подробную информацию о процессе отбора.

    “Процесс определения представителя Азербайджана на международном песенном конкурсе “Евровидение-2026” был осуществлен на основе многоэтапного и профессионального отбора. Данный подход соответствует модели, последовательно применяемой делегацией с 2023 года.

    На этап отбора поступило в общей сложности 100 заявок, в рамках которых было представлено 186 песен. Из представленных песен 107 были присланы местными авторами и исполнителями, а 79 – зарубежными авторами. С начального этапа в рамках процесса отбора кандидатура JIVA рассматривалась экспертами отдельно, и ее успех как победительницы проекта Səs Azərbaycan в 2025 году также был учтен при оценке. Данный подход был обоснован тем, что она является исполнительницей, уже зарекомендовавшей себя на профессиональной сцене, обладает сильными живыми вокальными данными и сформированным годами сценическим опытом.

    Другие заявки были оценены профессиональным составом, и для участия в следующем этапе были отобраны и приглашены 18 кандидатов. На этом этапе для них были организованы живые прослушивания и индивидуальные собеседования. С особым вниманием оценивались вокальные данные кандидатов, сценическая презентация, артистический стиль выражения и потенциал для международной аудитории. По результатам прослушиваний были определены еще два кандидата, и, таким образом, итоговый короткий список состоял из трех участников.

    Окончательное решение было принято на основе результатов специально сформированной фокус-группы и экспертного заключения. Одним из основных учитываемых критериев является повторное введение с этого года голосования жюри на этапе полуфинала “Евровидения”. На фоне этого изменения сильное живое исполнение и стабильные вокальные данные имеют особое значение, поэтому при отборе данный критерий учитывался как один из главных приоритетов. Именно с этой точки зрения кандидатура JIVA проявилась наиболее ярко, и она была выбрана представителем Азербайджана на 2026 год.

    В последние дни также в социальных сетях озвучиваются различные утверждения относительно песни и ее автора, в том числе мнения о том, что произведение якобы создано с помощью искусственного интеллекта. Данные мнения не отражают действительности. Just Go – это оригинальное музыкальное произведение, подготовленное на основе профессионального творческого подхода, за которым стоят многолетний опыт, профессиональные знания и творческий труд”, – говорится в заявлении İTV.

    Отметим, что 70-й международный песенный конкурс “Евровидение” пройдет в австрийской Вене. Первый полуфинал состоится 12 мая, второй – 14 мая, а большой финал – 16 мая 2026 года.

  • İctimai Televiziya Azərbaycanın “Avroviziya”dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib

    İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Azərbaycanın “Avroviziya-2026” Beynəlxalq Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqlama yayıb.

    Azərbaycanın “Avroviziya-2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi JIVA-nın ifa etdiyi “Just Go” mahnısı ictimaiyyətə təqdim olunub.

    Açıqlamada qeyd olunub ki, son günlər sosial şəbəkələrdə təmsilçimiz, mahnı seçimi və yaradıcı heyətlə bağlı müxtəlif müzakirələr fonunda ictimaiyyətə seçim prosesi barədə daha ətraflı məlumat vermək zərurəti yaranıb:

    “Azərbaycanın builki təmsilçisinin müəyyənləşdirilməsi prosesi çoxmərhələli və peşəkar seçim əsasında həyata keçirilib. Bu yanaşma nümayəndə heyətinin 2023-cü ildən etibarən ardıcıl tətbiq etdiyi seçim modelinə uyğundur. Qeyd edilməlidir ki, son illərdə bu prosesə maraq əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəlki dövrlərdə mahnı seçimində xarici müəlliflərin payı daha yüksək idisə, son illərdə yerli bəstəkar və müəlliflərin fəallığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu il təqdim olunan mahnılar arasında da yerli müəlliflərin üstünlük təşkil etməsi sevindirici haldır.

    Seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnıların 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib. İlkin mərhələdən etibarən seçim prosesi çərçivəsində JIVA-nın namizədliyi ekspertlər tərəfindən ayrıca nəzərdən keçirilib və onun 2025-ci ildə “Səs Azərbaycan” layihəsinin qalibi kimi əldə etdiyi uğur da qiymətləndirmədə nəzərə alınıb. Bu yanaşma onun artıq peşəkar səhnədə özünü təsdiqləmiş ifaçı olması, güclü canlı vokal imkanları və illərlə formalaşmış səhnə təcrübəsi ilə əsaslandırılıb. Digər müraciətlər peşəkar heyət tərəfindən qiymətləndirilib və növbəti mərhələyə 18 namizəd seçilərək dəvət olunub. Bu mərhələdə onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Namizədlərin vokal imkanları, səhnə təqdimatı, artistik ifadə üslubu və beynəlxalq auditoriya üçün potensialı xüsusi diqqətlə qiymətləndirilib. Dinləmələrin nəticəsində daha iki namizəd müəyyənləşdirilib və beləliklə, yekun qısa siyahı üç iştirakçıdan ibarət olub. Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun və ekspert rəyinin nəticələri əsasında qəbul olunub. Nəzərə alınan əsas meyarlardan biri də bu ildən etibarən “Avroviziya”nın yarımfinal mərhələsində münsiflər səsverməsinin yenidən tətbiq edilməsidir. Bu dəyişiklik fonunda güclü canlı ifa və sabit vokal imkanları xüsusi əhəmiyyət daşıdığı üçün seçim zamanı bu meyar əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Məhz bu baxımdan JIVA-nın namizədliyi daha qabarıq şəkildə önə çıxıb və o, Azərbaycanın 2026-cı il təmsilçisi kimi seçilib.

    JIVA (Cəmilə Həşimova) güclü vokalı, təcrübəli ifası və səhnə səmimiyyəti ilə tanınan azərbaycanlı müğənnidir. Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanması ilə başlayır. 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olub. Müğənni müxtəlif musiqi layihələrində uğurla iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və Montrö Caz Festivalında səhnəyə çıxıb. Daha sonra “Hazz Band” qrupunun solisti kimi çıxış edərək caz elementlərini müasir estrada ilə birləşdirib. 2017-ci ildən etibarən JIVA solo karyerasını davam etdirir, pop, “dance” və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir. 2018-ci ildə o, “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib, 2025-ci ildə isə Röya Ayxanın komandasında “Səs Azərbaycan” layihəsinin qalibi olub.

    Azərbaycanı “Avroviziya-2026″da təmsil edəcək mahnı – “Just Go” – sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnının söz və musiqisinin müəllifi ABŞ-də yaşayan azərbaycanlı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-də müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. 1961-ci ildə Bakıda anadan olan Fuad Cavadov əvvəlcə 6 saylı musiqi məktəbində akkordeon ixtisası üzrə təhsil alıb, daha sonra Asəf Zeynallı adına Musiqi Kollecinin musiqi nəzəriyyəsi və bəstəkarlıq fakültəsinə daxil olub. Təhsil illərində paralel olaraq “Azkonsert”də İlhamə Quliyeva, Nisə Qasımova, Mübariz Tağıyev və digər tanınmış sənətçilərlə çalışıb, həmçinin öz vokal-instrumental kollektivini yaradaraq konsert proqramları ilə çıxış edib. 1986-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan bəstəkar burada xor dirijorluğu və bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. Təhsil illərində onun bəstəkarlıq müəllimləri Əziz Əzizov, Leonid Vaynşteyn və Fərəc Qarayev olub. Məhz onların rəhbərliyi altında müxtəlif musiqi alətləri və vokal üçün klassik instrumental əsərlər bəstələyib. 1995-ci ildən etibarən ABŞ-də yaşayan Fuad Cavadov beş musiqi albomu buraxıb, film və televiziya layihələri üçün musiqilər yazıb və hazırda Los-Ancelesdə yaradıcılıq fəaliyyətini davam etdirir. Qeyd edək ki, Fuad Cavadov Amerika Bəstəkarlar Assosiasiyasının üzvüdür.

    Bununla yanaşı, seçim mərhələsində təqdim olunan bütün mahnılar ümumi qaydalar çərçivəsində diqqətlə nəzərdən keçirilib və onların hazırlanma prosesi ilə bağlı zəruri meyarlar qiymətləndirilib. Son günlər sosial şəbəkələrdə mahnı və onun müəllifi ilə bağlı müxtəlif iddialar, o cümlədən əsərin guya süni intellekt vasitəsilə yaradılması barədə fikirlər səsləndirilir. Bildiririk ki, bu fikirlər həqiqəti əks etdirmir. “Just Go” peşəkar yaradıcı yanaşma əsasında hazırlanmış orijinal bir musiqi əsəridir və onun arxasında uzun illərə söykənən təcrübə, peşəkar bilik və yaradıcı əmək dayanır.

    Biz hər zaman konstruktiv tənqidə açığıq. “Avroviziya” kimi böyük bir platformada fərqli fikirlərin olması təbiidir. Bununla yanaşı, ictimai müzakirələrin qarşılıqlı hörmət, sağlam fikir mübadiləsi və obyektiv yanaşma çərçivəsində aparılmasının daha doğru olduğuna inanırıq.

    JIVA bu il Azərbaycanı beynəlxalq səhnədə təmsil edəcək istedadlı, zəhmətkeş və layiqli sənətçidir. O, bu fürsəti peşəkar hazırlığı, illərlə formalaşmış yaradıcılığı və səhnə bacarığı ilə qazanıb”, – açıqlamada vurğulanıb.

    Qeyd edək ki, 70-ci “Avroviziya” Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək və canlı şoular 12, 14 və 16 may 2026-cı il tarixlərində baş tutacaq.

  • Daha bir ölkə İrandakı səfirliyini bağladı

    İsveçrə Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən İrandakı səfirliyinin fəaliyyətini dayandırır, lakin ABŞ ilə İran arasında əlaqə kanalını dəstəkləməkdə davam edir.

    Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. “Yaxın və Orta Şərqdəki müharibə və artan təhlükəsizlik təhdidi ilə əlaqədar İsveçrə Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib”, – deyə açıqlamada qeyd olunur.

    Bildirilir ki, Tehrandakı səfir və səfirliyin beş əməkdaşı İranı tərk ediblər. Onlar “vəziyyət imkan verən kimi” geri qayıdacaqlar.

  • Azər Qasımlı 12 il azadlıqdan məhrum edildi

    Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.

    Hökmə əsasən, Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

    İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

    A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb.
    Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.
    Bundan başqa, A.Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.

    Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Naxçıvanda dəmir yolu xətti yenidən qurulur – Video

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.

    ADY-dən verilən məlumata görə, layihə çərçivəsində 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

    Məlumata görə, bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

  • Pensiyalar tam ödənildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb.

    Bu barədə ƏƏSMN-dən məlumat verilib.

    Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

    Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları da qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödəniləcək.

  • “Neftçi” 23 min manat cərimələndi

    AFFA İntizam Komitəsi “Neftçi”ni 23000 manat cərimələyib.

    Bu barədə qərar qurumun iclasında qəbul edilib.

    Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda Bakı klubunun azarkeşlərinin təhqiredici pankart açmasına görə klub 15000 manat cərimələnib. Bundan əlavə, həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8000 manat cərimə olunub.

    Bundan başqa, “Şamaxı” – “İmişli” oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb. Eyni aqibəti “Kəpəz” komandası da yaşayıb. Gəncə klubundan 4 oyunçu “Zirə” ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.

  • Azərbaycanda 198 uşaq vərəmə yoluxub

    Azərbaycanda 2025-ci ildə 198 uşaqda vərəmə yoluxma halı aşkarlanıb.

    Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər İnstitutunun direktoru İradə Axundova deyib.

    Onun sözlərinə görə, Azərbaycanda vərəmə yoluxmada müsbət göstərici müşahidə olunur: “Əgər 2015-ci ildə 436 uşaqda aktiv vərəm xəstəliyi aşkarlanırdısa, 2025-ci ildə bu say 198-ə düşüb. 10 il bundan əvvəl hər min nəfərdə 45-42 vərəm faktı aşkarlanırdısa, 2025-ci ildə bu say 21-25-dir.

  • Estoniya Parlamenti Naxçıvana dron hücumunu qınayan bəyanat yaydı

    Estoniya Parlamenti İranın pilotsuz uçuş aparatı ilə Azərbaycanın Naxçıvan bölgəsinə etdiyi hücumu qınayıb.

    Azərbaycanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, Estoniya Parlamenti Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar bəyanat yayıb.

    Bəyanatda qeyd olunur ki, Estoniya Parlamentinin Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu martın 5-də Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.

    “Azərbaycana qarşı bütün hücumlar əsassızdır və yalnız münaqişənin gərginləşməsinə gətirib çıxaracaq. Mülki infrastruktura edilən hücumlar xüsusilə qəbuledilməzdir. Biz Azərbaycanda hücumdan zərər çəkmiş bütün şəxslərlə həmrəyliyimizi ifadə edir və Azərbaycanın bütün ərazisində sülhün dərhal bərpa olunmasını dəstəkləyirik”, – deyə bəyanatda bildirilib.

  • Qurban Qurbanovun köməkçiləri cəzalandırıldı

    AFFA İntizam Komitəsi Milsi Premyer Liqasının 22-ci turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda baş verən dava ilə bağlı cəzaları açıqlayıb.

    Federasiya “Qarabağ”ın 2 məşqçisi – Müşfiq Hüseynov və Zaur Tağızadəyə 6 oyunluq cəza verib.

    Həmçinin Ağdam klubu 12 min manat cərimə olunub.

    “Sabah”ın qeyri-etik jest edən məşqçisi Valerio Zuddasa isə 7 oyunluq cəza verilib. Klubu isə 15 min manat cərimə edilib.