Month: March 2026

  • Tahir İmanov onları məhkəmə ilə hədələdi

    Əməkdar artist Tahir İmanov onunla bağlı sosial şəbəkədə yazılanlara cavab verib.

    Median.Az xəbər verir ki, aktyor dini mənsubiyyətini müzakirə edənlərə qarşı tədbir görüləcəyini bildirib.

    Əməkdar artrist həmin şəxslərin müəyyən edilərək məhkəməyə veriləcəyini bildirib:

    “Mənə müxtəlif ləqəblər qoşursunuz. Qanun baxımından bizdə dində azadlıqdır. yaüzırsınız ki, Tahirin dini təriqəti belədir… Mən müsəlmanam. Sizdən fərqli olaraq heç kimə ləqəb qoşmuram. Mənim üçün Azərbaycanda yaşayan qardaş, bacı müsəlmandır. Heç kimi təriqətlərə bölmürəm. Xahiş edirəm, bizim şəxsi həyatımıza qarışmayın. Bu, davam edərsə, qanun çərçivəsində addım atacağam. İndi sizə xəbərdarlıq edirəm. Bu, şantaj deyil. Qanun mənə nə icazə verirsə, bunu edəcəyəm. Sonra mənə yalvarmayın ki, ərizəmi geri götürüm”.

    Qeyd edək ki, qardaşı, Əməkdar artist Cabir İmanovun vəfatından sonra bir çoxları T.İmanovun vahabi olduğunu yazıb.

  • İran İsrailə yeni raket zərbələri dalğasına başladı

    İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisinə və ABŞ bazalarına qarşı cavab zərbələrinin 35-ci dalğasına başladığını elan edib.

    Median.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradioşirkəti IRIB məlumat yayıb.

    Buraxılan raketlərin sayı barədə məlumat verilmir.

    Xatırladaq ki, İsrail Müdafiə Ordusu fevralın 28-də İrana zərbələr endirməyə başlayıb.

  • Зеленский: Трехсторонние переговоры с РФ и США перенесены на следующую неделю

    Президент Украины Владимир Зеленский сообщил, что по инициативе американской стороны трехсторонние переговоры с РФ и США пока перенесены на следующую неделю.

    Как передает Median.Az со ссылкой на “Европейская правда”, об этом украинский лидер сказал, отвечая на вопросы журналистов.

    Глава государства сообщил, что переговоры планировалось провести “во вторник-среду” в Турции, однако они были перенесены по инициативе американской стороны из-за войны на Ближнем Востоке.

    “Мы были готовы ехать в Турцию. Перенесли эту встречу. Именно американская сторона отложила, сказала: “Давайте на следующей неделе”. Это информация, которая есть на сегодня”, – отметил Зеленский.

    Однако он добавил, что разговоры с американской стороной происходят ежедневно, поэтому “посмотрим, какая будет следующая дата”.

    Ранее сообщалось, что трехсторонние переговоры с РФ и США откладываются.

  • Zelenski: “Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar gələn həftəyə təxirə salınıb”

    Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqtonun təşəbbüsü ilə Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar hələlik növbəti həftəyə təxirə salınıb.

    Median.Az “Yevropeyskaya pravda”ya istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə jurnalistlərin suallarını onlayn cavablandırarkən deyib.

    Dövlət başçısı məlumat verib ki, danışıqların Türkiyədə çərşənbə axşamı və ya çərşənbə günü keçirilməsi planlaşdırılırdı, lakin Yaxın Şərqdəki müharibə səbəbindən ABŞ tərəfinin təşəbbüsü ilə təxirə salınıb.

    “Biz Türkiyəyə getməyə hazır idik. Bu görüşü təxirə saldılar. Məhz ABŞ tərəfi dedi: “Gəlin növbəti həftə edək”. Bu, hazırda olan məlumatdır”, – deyə Zelenski qeyd edib.

  • “Google Maps”dən Bakı ilə bağlı YENİLİK

    “Google Maps” platformasında Bakı şəhərinin ictimai nəqliyyat marşrut şəbəkəsi üzrə məlumatlar yenilənib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, yenilənmədən sonra paytaxtda fəaliyyət göstərən avtobus marşrutları, dayanacaqlar və hərəkət istiqamətləri xəritədə daha dəqiq və ətraflı şəkildə göstərilib.

    Yenilənmiş məlumatlar sayəsində istifadəçilər şəhər daxilində hərəkəti daha rahat planlaşdıra biləcəklər. Xəritədə konkret avtobus marşrutunun hansı küçələrdən keçdiyini, dayanacaqların dəqiq yerləşməsini və marşrutun istiqamətini görmək mümkün olacaq. Bu isə xüsusilə gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün böyük rahatlıq yaradır.

    Qeyd edək ki, sistemdə edilən yeniləmələr nəticəsində istifadəçilər marşrut seçərkən daha düzgün qərar verə, alternativ yolları müqayisə edə və səfər vaxtını daha dəqiq hesablaya biləcəklər. Bundan əlavə, turistlər və şəhəri yaxşı tanımayan şəxslər üçün də bu dəyişikliklər navigasiyanı xeyli asanlaşdırır.

  • “İt kimi tutmuşam” deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə şok faktlar

    Bakıda vətəndaşa əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edildikdən sonra prokuror Tural Yaqubov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəmədən Aydın Qurbanovun 9 il, Turan Rufullayevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Çıxış üçün söz vəkillərə verilsə də, onlar hazır olmadıqlarını bildirərək məhkəmədən vaxt istəyiblər.

    Növbəti məhkəmə iclası martın 31-dək təxirə salınıb.

    İstintaqla müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan “Elnur” adlı şəxslə birlikdə 2024-cü ilin may ayının əvvəllərində “TikTok” sosial şəbəkəsində Elşən İbrahimovla “Elnur” adlı şəxs arasında yaranmış mübahisə ilə əlaqədar onu görüşə çağırıblar.

    Onlar Elşən İbrahimovun yaşadığı Bakı şəhərinin Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evinin qarşısına gələrək onu mübahisənin həlli məqsədilə yaxınlıqdakı çay evlərindən birinə dəvət ediblər.

    Bundan sonra Elşən İbrahimov onlara məxsus avtomobilə mindikdən sonra arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq onun boynuna keçirib və ona fiziki əzab verib. Bildirilir ki, o, Elşən İbrahimovu təhqir edərək “it kimi tutmuşam” və buna bənzər ifadələr səsləndirib.

    Bu zaman “Elnur” adlı şəxs mobil telefonu vasitəsilə “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq Elşən İbrahimovun zorakılığa məruz qalmasını nümayiş etdirib.

    Bundan başqa, Aydın Qurbanov və Turan Rufullayev satış məqsədilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satmaqda da ittiham olunurlar.

    Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev 2024-cü il iyunun 24-də saat 15:55-də qeyd olunan ünvanda saxlanılaraq idarənin inzibati binasına gətiriliblər.

    Onlara qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələrin hazırlanması, daşınması və saxlanılması) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ittiham irəli sürülüb.
    //oxu.az

  • Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur

    Rusiyada Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovadan 5 milyon rubl məbləğində mənəvi təzminat tələb edib.

    Median.Az xəbər verir ki, bu barədə o, RİA Novosti agentliyinə açıqlamasında bildirib. Borodin qeyd edib ki, iddia şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması ilə bağlı qaldırılıb.

    Onun sözlərinə görə, tələb olunan 5 milyon rubl məbləğində təzminat xüsusi hərbi əməliyyatın ehtiyaclarına yönəldiləcək.

    Borodin iddianı Puqaçovanın jurnalist Yekaterina Qordeyeva ilə müsahibəsindən sonra qaldırdığını bildirib. Onun sözlərinə görə, müğənni həmin müsahibədə Borodin haqqında təhqiramiz ifadələr işlədib və xüsusi hərbi əməliyyatla bağlı mənfi fikirlər səsləndirib.

    Məlumata görə, Moskvanın Presnenski Rayon Məhkəməsi iddia ilə bağlı ilkin baxışı martın 10-da keçirəcək.

    Qeyd edək ki, Borodin daha əvvəl Alla Puqaçovanın Rusiyada musiqi əsərlərindən gəlir əldə etməsinin qadağan edilməsini də təklif etmişdi.

  • Britaniya Yaxın Şərqə təxliyə üçün gəmi göndərir

    Böyük Britaniya Yaxın Şərqdə mülki şəxslərin təxliyəsi üçün gəmi göndərməyə hazırlaşır.

    Bu barədə “The Telegraph” məlumat yayıb.

    Məlumata görə, Britaniyanın Kral Dəniz Donanmasının mülki dəstək bölməsinin desant gəmisi olan “RFA Lyme Bay” yüksək hazırlıq vəziyyətinə gətirilib.

    Gəmi həm aviasiya platforması kimi fəaliyyət göstərə bilər, həm də tibbi avadanlıqlarla təchiz olunduğundan humanitar və fəlakət zamanı yardımı missiyaları üçün də əlverişlidir.

  • Неизвестные открыли огонь по консульству США в Торонто

    В Канаде неизвестный устроил стрельбу возле консульства США в Торонто, по факту произошедшего правоохранителями начало расследование.

    Как передает Median.Az, об этом сообщает издание The Guardian.

    “Полиция Торонто сообщила в социальных сетях, что отреагировала на сообщения о выстрелах, поступившие во вторник”, – говорится в материале.

    Согласно источнику, информации о пострадавших в результате стрельбы не сообщается. На месте инцидента были обнаружены следы выстрелов из огнестрельного оружия.

    Ранее сообщается о похожем случае, произошедшем в посольстве США в Осло 8 марта, где неизвестный мог заложить самодельное взрывное устройство рядом со входом в здание дипмиссии.

  • ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma baş verib

    Kanadada naməlum şəxs ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma törədib.

    Median.Az bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.

    Atışma nəticəsində mümkün xəsarət alanlar barədə məlumat verilmir.

    Hadisə yerində odlu silahdan açılan atəş izləri aşkar edilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.