Month: March 2026

  • Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA

    Bacısını ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən Məhəmməd İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Müşavirədən sonra elan edilən hökmlə M.İsmayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

    Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

    İttiham aktına görə, Məhəmməd İsmayılov ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bacısına beş bıçaq zərbəsi vurub.

    Xəstəxanaya vaxtında çatdırılan xanımın həyatını xilas etmək mümkün olub.

    Məhəmməd İsmayılov isə şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

  • Suriya Prezidenti Əhməd əş-Şaraa İlham Əliyevə zəng edib

    Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, telefon söhbəti zamanı Yaxın Şərq regionunda yaranmış gərginlikdən narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasının zəruriliyi bildirilib.

    Telefon danışığı əsnasında, eyni zamanda, Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

  • Cavanlaşmaq üçün üzü duzla yumağın faydaları

    Son illər təbii gözəllik üsulları yenidən populyarlaşıb.

    Median.Az xəbər verir ki, xüsusilə üzü duzlu su ilə yumağın dərini cavanlaşdırdığı iddiaları sosial şəbəkələrdə geniş yayılıb.

    Mütəxəssislər bildirirlər ki, düzgün və ölçülü şəkildə istifadə edilərsə, duz dəri üçün müəyyən faydalar verə bilər.

    Dərini təmizləyir

    Duz təbii antiseptik xüsusiyyətə malikdir. O, dəridə yığılan kir və artıq yağı təmizləməyə kömək edir. Xüsusilə yağlı və problemli dəriyə sahib olanlar üçün duzlu su ilə yuma məsamələrin açılmasına dəstək ola bilər.

    Ölü hüceyrələri uzaqlaşdırır

    Xırda dənəli dəniz duzu yüngül pilinq effekti yaradır. Bu da dərinin üst qatında toplanmış ölü hüceyrələrin təmizlənməsinə və daha parlaq görünüşə səbəb olur.

    Sızanaqlara qarşı təsir

    Duz bakteriyaların çoxalmasını azalda bilər. Bu səbəbdən bəzi hallarda sızanaqların qurumasına və qızartının azalmasına kömək edir. Lakin həddindən artıq istifadə dərini qıcıqlandıra bilər.

    Qan dövranını sürətləndirir

    Duzla edilən yüngül masaj dəridə qan dövranını aktivləşdirir. Bu isə dərinin daha canlı və təravətli görünməsinə səbəb ola bilər.

    Diqqət edilməli məqamlar

    Həssas və quru dəriyə sahib olanlar duzdan ehtiyatla istifadə etməlidirlər.

    Həftədə 1-2 dəfədən artıq tətbiq etmək tövsiyə olunmur.

    Prosedurdan sonra mütləq nəmləndirici krem istifadə olunmalıdır.

    Açıq yara və ya ciddi dəri problemi olduqda bu üsuldan uzaq durmaq lazımdır.

    Üzü duzla yumaq düzgün tətbiq edildikdə dərini təmizləyə və daha təravətli göstərə bilər. Lakin “möcüzəvi cavanlaşdırma üsulu” kimi qəbul etmək doğru deyil. Hər bir dəri tipi fərqlidir və istənilən təbii üsulu tətbiq etməzdən əvvəl mütəxəssis məsləhəti almaq daha məqsədəuyğundur.

    Təbii gözəllik üçün əsas qayda – balans və düzgün qulluqdur.

  • Azərbaycanda məmurun qızı xəstəlikdən vəfat etdi – FOTO

    Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Baris Alışova ağır itki üz verib.
     
    Median.Az bildirir ki, onun qızı Xuraman Alışova 32 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
     
    Allah rəhmət eləsin!/ nocomment.az 

  • Ən cəsur bürc: Heç nədən qorxmurlar

    Astroloqlara görə, cəsarətimiz də bürclərimizin arxasında gizlənir.

    Median.Az xəbər verir ki, ən cəsur bürc və onu fərqləndirən xüsusiyyətlər açıqlanıb.

    Onlar heç vaxt parlamaqdan və diqqəti cəlb etməkdən çəkinmirlər.

    Əqrəblər digər bürclərdən fərqli bir cəsarətə malikdirlər. Onlar ən cəsur bürc kimi tanınırlar, emosional dərinliklərə və naməlumluğa dərindən nüfuz edə bilirlər. Başqalarının qaçdığı böhran anlarında belə sakitliklərini qoruyaraq, bu bürc altında doğulanlar ən böyük qorxuları ilə üzləşməkdən çəkinmirlər.

    Küldən dirilmə qabiliyyəti onlara hər hansı bir dağıntıdan daha güclü çıxmaq üçün cəsarət verir. Onların cəsarəti sakit, lakin dərin bir gücdür.

  • Rusiya ordusu Ukraynanı bombaladı

    Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinin mərkəzinə aviabomba atıb.

    Bu barədə “Unian” məlumat yayıb.

    Məlumata görə, şəhərə atılan aviabombalardan birinin çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 4 nəfər ölüb, biri uşaq olmaqla 16 nəfər yaralanıb.

    Bildirilir ki, ümumilikdə üç aviabombanın partlaması nəticəsində şəhərdə altı çoxmərtəbəli binaya ziyan dəyib.

  • Aİ lideri: Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır

    Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə münaqişədə bütün tərəfləri maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

    Bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Aİ səfirlərinin konfransında bildirib.

    Onun sözlərinə görə, enerji qiymətlərinin artması ilə Rusiya Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün yeni resurslar qazanır və Ukrayna cəbhəsinə diqqətin azalmasından faydalanır.

    Koşta əlavə edib ki, Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır: “Ukraynaya göndəriləcək hərbi yardımın Yaxın Şərqə göndərilməsi Rusiyaya faydalıdır. Yaxın Şərqdə müharibənin gündəmə çıxması və Ukraynaya diqqətin azalması Rusiya üçün əlverişlidir”.

    O, eskalasiyanın daha da şiddətlənməsinin Yaxın Şərqlə birlikdə Avropanı və daha geniş regionu da təhdid etdiyini vurğulayıb.//APA

  • Stressin xərçəngə səbəb olduğu isbat olundu

    Alimlər stress və xərçəng arasındakı uzun müddətdir müzakirə olunan əlaqəni araşdıran yeni tədqiqatların nəticələrini paylaşıblar.
     
    Median.Az
    xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dakı Cold Spring Harbor Laboratoriyasında tədqiqatçılar tərəfindən aparılan tədqiqat, xroniki stressin bədəndəki müəyyən bioloji proseslərə təsir edərək şişin inkişafını və xərçəng hüceyrələrinin yayılmasını sürətləndirə biləcəyini göstərən əhəmiyyətli nəticələr əldə edib.

    Tədqiqatda uzunmüddətli stressin immunitet sisteminə təzyiq göstərdiyi və müəyyən hormonların xərçəng hüceyrələrinin böyüməsini asanlaşdıran bir mühit yarada biləcəyi xüsusi olaraq qeyd edilib.
     
    Mütəxəssislər vurğulayırlar ki, təkcə stress xərçəngin birbaşa səbəbi deyil, xərçəngin əmələ gəlməsində və irəliləməsində təsirli risk faktoru ola bilər.

    Alimlər həmçinin sağlam həyat tərzi vərdişlərinin, müntəzəm yuxunun, idmanın və stressin idarə olunmasının ümumi sağlamlığa əhəmiyyətli təsir göstərdiyini qeyd ediblər.

  • Üç kəndin adı dəyişdirilir – SİYAHI

    Quba rayonun üç kəndinin adı dəyişdirilir.

    Bu barədə komissiyanın üzvü Elnarə Akimova məlumat verib.

    Bildirilib ki, məsələ Milli Məclisin Toponomiya komissiyasının sabah keçirilən iclasında müzakirə edilcək.

    Belə ki, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinə daxil olan Vladimirovka kəndinin adı Elbir, Alekseyevka kənd inzibati ərazi dairəsinə daxil olan Alekseyevka kəndinin adı Çinarlı, həmin dairəyə daxil olan Timiryazev kəndinin adı isə Bəhrəli olaraq dəyişdirilir.

  • Maştağada iki gün su olmayacaq

    Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
    Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Maştağa qəsəbəsi, Nizami küçəsində diametri 1020 mm olan içməli su xəttinin qəzalı hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar martın 11-i axşam saatlarından martın 13-dək qəsəbənin bir hissəsinə suyun verilməsi dayandırılacaq.//modern.az