Month: March 2026

  • Sabah hava necə olacaq?

    Martın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 9-dan 10-da keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında arabir intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.

  • İsrail Livandakı “Rus Evi”ni vurdu

    İsrail Livandakı “Rus Evi”ni vurub.

    Bu barədə Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov özünün “Telegram” kanalında bildirib.

    “İsrail hava hücumları Livanın Nəbatiyyə şəhərindəki “Rus Evi”nə zərbə endirib. Mədəniyyət mərkəzinin direktoru Əsəd Deyya sağ və salamatdır”, – deyə o açıqlayıb.

    Primakov əlavə edib ki, Beyrutdakı “Rus Evi” livanlı həmkarları ilə əlaqə saxlayır.
    //unikal.az

  • Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub – Azərbaycandakı qətlin təfərrüatı

    Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gənc məhkəmə prosesi başa çatıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının “TikTok”da tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları görən gənc Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirərək onu öldürüb.

    Maraqlıdır ki, gənc oğlan qətldən öncə “ChatGPT” ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman “ChatGPT” ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.

    Hadisə zamanı A.Lətifovun atası və qardaşı evdə olmayıblar. O, daha sonra qonşuluqda yaşayan əmisigilə gedib və anasını öldürdüyünü deyib. Gənc oğlan əməlindən peşman olduğunu bildirib.

    Məhkəmədə K.Lətifovanın “TikTok”da yazışdığı iddia olunan şəxs də ifadə verib. O, həmin şəxsi tanımadığını, evli olduğu üçün mesaj bölməsinə başqa qadınlardan gələn SMS-lərə baxmadan sildiyini bildirib:

    “Ümumiyyətlə, “TikTok”da mesaj bölməsində operativ cavab kimi üç “smayl” işarəsi var – ürək, gülüş və ağlamaq. Mən də həmin şəxsə bir dəfə ürək “smaylı” atmışam. Qarşı tərəf özünü təqdim etməyib. Cinayət işi ilə bağlı prokurorluğa dəvət olunmağıma dair çağırış vərəqəsi göndəriləndə, “TikTok”da xəbəri görəndən sonra qadının kim olduğunu bilmişəm. Lakin qadının ölümü ilə aramızda nə kimi əlaqə olduğunu bilməmişəm”.

    Qeyd edək ki, A.Ləitfov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

  • “Карабах” намерен подписать малийского форварда – ФОТО

    Стало известно, какого игрока азербайджанский футбольный клуб “Карабах” намерен привлечь в свой состав.

    Как сообщает Median.Az со ссылкой на sport24.az, чемпион Азербайджана заинтересовался Мустафой Сангаре, выступающим за болгарский “Левски”.

    “Скакуны” планируют подписать 27-летнего нападающего в летнем трансферном окне. Однако контракт малийского форварда с клубом из Софии действует до лета 2027 года.

    Поэтому представителю Агдама придется заплатить определенную сумму другой стороне за трансфер игрока. В настоящее время переговоры между сторонами продолжаются.

  • “Qarabağ”ın yeni transfer hədəfi bəlli oldu – FOTO

    “Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

    Median.Az Sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Levski” klubunda çıxış edən Mustafa Sanqare ilə maraqlanır.

    “Köhlən atlar” 27 yaşlı hücumçunu ilk növbədə yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin Malidən olan forvardın Sofiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

    Bu səbəbdən də Ağdam klubu futbolçunun transferi üçün qarşı tərəfə müəyyən məbləğ ödəməli olacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.

    Sanqare cari mövsüm Bolqarıstan çempionatında 20 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

    Mali millisinin üzvü Azərbaycan azarkeşlərinə də müəyyən qədər tanışdır. O, ötən ilin avqustunda UEFA Konfrans Liqasında “Sabah”a qarşı keçirilən oyunda meydanda olub.

    Qeyd edək ki, Mustafa Sanqarenin ötən ilin sonunda yenilənən bazar dəyəri 1.5 milyon avro təşkil edir.

  • Bərdədə kişi boşanmaq istəyən arvadını bazarda yaxaladı, 20 bıçaq zərbəsi ilə öldürmək istədi

    Bərdə rayonunda kişi həyat yoldaşını bazarda öldürməyə cəhd edib.

    Hadisə Bərdənin Bakı küçəsindəki bazarın ərazisində olan mağazada baş verib.

    Rayon sakini, 1976-cı il təvəllüdlü Ayaz Qasımov həyat yoldaşı Gülnar Qasımova ilə mübahisə edib və onlar ayrılıblar. Bundan sonra Ayaz işləmək üçün evini tərk edib, Bakı şəhərinə gedib. Həyat yoldaşı isə iki uşaqla birlikdə Bərdə rayonundakı evində qalıb. Qadın ailəni dolandırmaq üçün Bərdədəki bazarda olan mağazalardan birində işə düzəlib.

    Bir müddət sonra Ayaz qadına zəng vuraraq, barışmaq istədiyini bildirsə də, qadın onun bu təklifini rədd edib. Rədd cavabından əsəbiləşən Ayaz Bakıdan Bərdəyə qayıdaraq, mağazadan mətbəx bıçağı alıb və həyat yoldaşının işlədiyi mağazaya gəlib. O, arxadan qadına hücum edərək bıçaqla ona 20 zərbə endirib. Qadının öldüyünü zənn edən Ayaz mağazada özünə də 7 bıçaq xəsarəti yetirib.

    Hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Həkimlərin səyi nəticəsində onların həyatlarını xilas etmək mümkün olub. A.Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq, polisə təhvil verilib.

    Faktla bağlı cinayət işi başlanılıb, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.Qasımov 15 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • ВИДЕО с рынка в Сальяне взорвало соцсети: продавщица плевала на яблоки и возвращала их на прилавок – Видео

    В социальных сетях появилось видео, на котором видно, как женщина-продавец на рынке в Сальяне протирает яблоко тряпкой, плюя на него, и возвращает его на прилавок. Инцидент вызвал резкую критику общественности. Многие отметили, что такое поведение нарушает санитарные нормы и может быть опасным для здоровья покупателей.

    Сама продавщица Хатира Гашимова, пояснила Bizim.media, что яблоки предназначались не для продажи, а для её внуков, и она хотела лишь очистить их от грязи. Другие продавцы поддержали коллегу, отметив, что в тот день шёл дождь, и продукты были загрязнены.

    Эксперты подчёркивают, что случай отражает не только действия одной продавщицы, но и уровень гигиенической культуры, устоявшиеся бытовые привычки и условия работы на рынке. В открытых и неорганизованных базарах продукты быстро загрязняются из-за дождя, пыли и грязи, что способствует подобным ситуациям. По их мнению, важно обучать продавцов правилам гигиены и упорядочивать работу рынков в соответствии с санитарными нормами.

    Сальянский рынок расположен в центре города: часть территории занимает автовокзал, а остальная тянется вдоль главного проспекта. Рынок не имеет организованной инфраструктуры, и торговля там остаётся хаотичной, как на традиционных районных базарах.

  • Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? – Video

    Sosial şəbəkələrdə yayılan videoda Salyan rayonunda bazarda meyvə satan qadının almanı tüpürərək sildiyi görünür. Kadrlarda satıcının almanı təmizlədikdən sonra yenidən piştaxtaya qoyduğu əks olunub.

    Hadisə ictimaiyyət tərəfindən kəskin tənqid olunub. Bir çox istifadəçi bu cür davranışın gigiyena qaydalarına zidd olduğunu və alıcıların sağlamlığı üçün risk yarada biləcəyini bildirib.

    Məsələ ilə bağlı videoda görünən satıcı – Salyan bazarında uzun illərdir göyərti satışı ilə məşğul olan Xatirə Həşimova Bizim.media-ya danışıb.

    O bildirib ki, almaları satış üçün deyil, nəvələri üçün alıb və çirkli olduğu üçün təmizləmək istəyib.

    Bazardakı digər satıcılar isə həmkarlarını müdafiə edərək həmin gün yağan yağışdan sonra məhsulların çirkləndiyini bildiriblər.

    Ekspertlərin fikrincə isə, bu hadisə sadəcə bir satıcının davranışı deyil, gigiyena mədəniyyəti, köhnə məişət vərdişləri və bazar şəraitinin toqquşması kimi qiymətləndirilir. Onlar qeyd edirlər ki, açıq və nizamsız bazarlarda məhsulların yağış, toz və palçıq səbəbindən tez çirklənməsi bu cür hallara təsir göstərir. Buna görə satıcıların gigiyena qaydaları ilə bağlı maarifləndirilməsi və bazarların sanitariya tələblərinə uyğun nizamlanması vacibdir.

    Qeyd edək ki, Salyan bazarı şəhərin mərkəz hissəsində yerləşir və bir hissəsi avtovağzal ərazisinə, digər hissəsi isə əsas prospektin yol kənarına qədər uzanır. Bazarın nizamlı infrastrukturu olmayıb, ənənəvi rayon bazarlarına xas olan xaotik ticarət mənzərəsi diqqət çəkir.

  • Dələduzluğa görə axtarışda olan 14 nəfər tutulub

    Polis əməkdaşlarının martın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • İlham Əliyev Müctəba Xameneyini təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Möhtərəm Ayətullah Xameneyi həzrətləri.

    İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

    Atanız – İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.

    Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.

    Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm”.