Month: March 2026

  • Минобороны Азербайджана решительно осудило ракетную атаку на территорию Турции

    Министерство обороны Азербайджана категорически осуждает ракетный удар, направленный на территорию Турции. Снаряд был успешно нейтрализован в небе над Газиантепом.

    Об этом сообщили в оборонном ведомстве республики.

    “Подобные инциденты несут существенную опасность для стабильности и мира в регионе, что является абсолютно неприемлемым. Мы заявляем о нашей всесторонней солидарности с братской Турецкой Республикой. Мы всецело одобряем шаги руководства Турции, направленные на защиту своих граждан и государственных границ. Азербайджанское государство твердо поддерживает Турцию”, – подчеркивается в официальном заявлении.

    Министерство обороны Азербайджана

  • Azərbaycan MN: “Türkiyə ərazisinə həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik”

    “Türkiyə ərazisinə həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik”.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    “Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir. Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – deyə məlumatda deyilir.

    Qeyd edək ki, bu gün günorta saatlarında İrandan Türkiyə hava məkanına doğru atılan ballistik raket Aralıq dənizinin şərqində NATO qüvvələri tərəfindən məhv edilib. Raketin qəlpələri Türkiyənin Qaziantep bölgəsində boş sahələrə düşüb.

  • İrandan Türkiyəyə atılan raket məhv edildi

    “İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib”.

    Bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

    Qeyd edilib ki, sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb:

    “Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır. Türkiyənin bu istiqamətdə xəbərdarlıqlarının nəzərə alınmasının hər kəsin maraqlarına uyğun olduğunu xatırladırıq”.

  • İsrail və Qazaxıstan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

    İsrailin xarici işlər naziri Gideon Saar qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə telefon danışığı aparıb, nazirlər Yaxın Şərqdəki eskalasiyanı müzakirə ediblər.

    Bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

    “Mən onu (Koşerbayevi – red.) İrana qarşı müharibəmizdə hadisələrin inkişafı və Tehranın qonşu dövlətlərə hücumları barədə məlumatlandırdım. Həmçinin Qazaxıstanla ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bildirdim”, – G.Saar deyib.

  • Azərbaycanda qızla intim görüntülərini paylaşan tiktoker saxlanıldı

    İntim görüntülər paylaşan tiktoker saxlanılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Həmidxan Qafarov (soyad şərtidir) fevralın 26-da “TikTok” sosial şəbəkəsində saxta hesab yaradaraq qızla olan intim görüntülərini paylaşıb.

    Bu əməlinə görə o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

    Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və bir daha belə hallara yol verməyəcəyini deyib. Zərərçəkən şəxs də Həmidxan Qafarovla barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

    Məhkəmənin qərarı ilə H.Qafarov 500 manat cərimələnib.

  • Gəncədə avtomobillər toqquşdu: Xəsarət alanlar var

    Gəncə şəhərində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində VAZ-2110 avtomobili ilə “Hyundai “markalı nəqliyyat vasitəsi toqquşub.

    Qəza zamanı xəsarət alanların olduğu bildirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Almaniya Azərbaycana təşəkkür etdi

    Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

    Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.

    Almaniya naziri İranın Azərbaycan qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, bu ölkə ilə həmrəy olduğunu bildirib.

    Almaniyalı nazir ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

    Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • DİM buraxılış imtahanı keçirdi, 9 nəfərdə mobil telefon aşkarlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

    DİM-dən verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb.

    İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.

    İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

    Bu gün saat 15:30-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

    Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

    İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.

    İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

    İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.

    Qeyd edək ki, imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulurdu.

  • ВС РФ взяли под контроль населенный пункт в Донецкой области.

    Российские войска за минувшие сутки взяли под контроль населенный пункт Голубовка в Донецкой области.

    Об этом сообщили в Минобороны России.

  • Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Rusiya qoşunları Qolubovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.