Month: March 2026

  • “Bank əməkdaşı” vətəndaşın 13 min manatını ələ keçirdi

    Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı vəsaitin talandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən vətəndaşa zəng edərək onun kartına müdaxilə olunduğunu bildirib və kömək adı ilə kart məlumatlarını istəyib. Bilgiləri həmin şəxsə göndərəndən sonra zərərçəkənin 13 min manatı ələ keçirilib.

    Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Sahiblərinə ən çox xərc çıxaran 5 lüks avtomobil

    Yeni avtomobil alarkən nəzərə alınmalı əsas amillərdən biri təkcə vitrin qiyməti deyil, həm də zaman keçdikcə yaranacaq texniki xidmət və təmir xərcləridir. Əslində, avtomobilin real dəyəri onu nə qədər uzun müddət istifadə etdikcə artır — çünki aşınma baş verir, mexaniki hissələr sıradan çıxır və qəza riskləri yaranır.

    Bütün bunlar bir avtomobil üçün gözlədiyinizdən qat-qat artıq xərc çəkməyinizə səbəb ola bilər.

    Bu yaxınlarda CarEdge geniş avtomobil məlumatlarını təhlil edərək, beş il ərzində saxlanılması ən baha başa gələn lüks avtomobilləri müəyyən edib.

    Hər bir marka yüksək keyfiyyət və statusla tanınsa da, zaman keçdikcə son dərəcə yüksək təmir və texniki xidmət xərcləri tələb edir. Məsələn, Bentley və ya BMW alarkən siz yalnız avtomobili almaq üçün deyil, onu işlək vəziyyətdə saxlamaq üçün də ciddi məbləğlər ödəməli olacaqsınız.

    1. Bentley

    5 illik texniki xidmət xərci: 12,032 ABŞ dolları

    2. Land Rover

    5 illik texniki xidmət xərci: 5,752 ABŞ dolları

    3. BMW

    5 illik texniki xidmət xərci: 5,145 ABŞ dolları

    4. Jaguar

    5 illik texniki xidmət xərci: 4,933 ABŞ dolları

    5. Mercedes-Benz

    5 illik texniki xidmət xərci: 4,217 ABŞ dolları

    Əgər lüks avtomobil almağı planlaşdırırsınızsa, mütləq ətraflı araşdırma aparın və texniki xidmət xərclərini avtomobilin satış qiyməti ilə müqayisə edin — əks halda gözlədiyinizdən xeyli artıq xərcə düşə bilərsiniz.
    //valyuta.az

  • 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

    Mingəçevirdə kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

    Hadisə bu gün saat 18 radələrində baş verib.

    Belə ki, 1981-ci il təvəllüdlü Mahmudov Zaur Musa oğlu elektrik stansiyasında iş görərkən onu cərəyanı vurub.

    45 yaşlı kişi vəfat edib.

  • Ramazanın 15-ci gününün imsak, iftar vaxtı

    Sabah Ramazan ayının on beşinci günüdür.

    Ramazan təqviminə əsasən, martin 5-i Bakıda imsak vaxtı saat 05:43, iftar isə 18:51-ə təyin olunub.

    Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

    Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

    İftardan qabaq oxunan dua:

    İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

    On beşinci günün duası:

    İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!

    Allah orucunuzu qəbul eləsin!

  • Ramazanda təmtəraqlı iftar süfrələri vermək olar?

    Ramazan ayı paylaşmaq, yardımlaşmaq və cəmiyyət daxilində həmrəyliyi gücləndirmək ayıdır.

    Bu ayda oruc yalnız qida və sudan uzaq durmaq deyil, eyni zamanda mənəvi təmizlənmə, səbir və nəfsə nəzarət deməkdir.

    Müsəlmanlar ibadətlərini artırır, Quran oxuyur, dualar edir və iftar süfrələri təşkil edirlər.

    Son illər isə bəzi iftar məclislərinin həddindən artıq dəbdəbəli və təmtəraqlı keçirilməsi müzakirələrə səbəb olur. Belə süfrələrin təşkil edilməsi İslamın prinsiplərinə uyğundurmu?

    İlahiyyatçı Fərid Abdullah mövzu ilə bağlı BAKU.WS-ə bildirib ki, israf və nümayiş xarakterli məclislər Ramazanın ruhuna uyğun deyil:

    “Quranda Allah-Taala buyurur: “Yeyin, için, lakin israf etməyin. Həqiqətən, Allah israf edənləri sevməz”. (Əraf, 31) İftar süfrələrinin möhkəm qohumluq və dostluq bağlarını gücləndirməsi, kasıblara yardım etməsi və paylaşma ruhunu artırması müsbət haldır.

    Lakin gözdənsalma, israf və təkəbbür nümayiş etdirmək məqsədilə təşkil olunursa, bu, dinin mahiyyətinə ziddir. Peyğəmbər (s) və İmam Əli (ə) sadə iftar etməyi tövsiyə edər və iftarı az qida ilə açıb, qalanını yoxsullara paylamağa üstünlük verərdilər.

    İftar süfrəsi təmtəraq və israf üçün yox, paylaşma və birlik ruhunu gücləndirmək üçün təşkil edilməlidir. Əgər bir insan həqiqətən ehtiyacı olanları da bu süfrəyə dəvət edir və onlarla nemətləri bölüşürsə, bu, daha çox savab qazandıran bir iş olar”.

    Beləliklə, Ramazanda iftar süfrəsi vermək təqdirəlayiqdir. Ancaq əsas məqsəd nümayiş deyil, birlik, mərhəmət və paylaşma olmalıdır. Ramazanın ruhu sadəlik və səmimiyyət üzərində qurulub.

  • 90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? – Psixoloq cavabları açıqladı

    Yaşlılıq tez-tez müdrikliklə əlaqələndirilir. Lakin bəzi dünya liderlərinin hörmətli yaşlarında etdiklərinə baxanda biz buna şübhə ilə yanaşa bilərik, amma bir şeydə şübhə yoxdur: yaşanmış illərin verdiyi perspektivlə keçmişdəki səhvlər daha aydın görünür.

    Psixoloq Lahlan Braun yaşlı insanlar arasında (90 yaş və yuxarı) kiçik bir sorğu keçirib: təqaüdə çıxandan sonra hansı səhvləri etdiklərini soruşdu. Ümumilikdə Braun 20 nəfəri sorğulaya bilib və cavabların əksəriyyəti oxşar oplub. Psixoloq bu mini-sorğunun nəticələrini “Veg Out” nəşrində paylaşıb.

    Fiziki aktivlikdən imtina

    Bu, ən çox edilən şikayət olub. Onun danışdığı demək olar ki, hamı “könüllü fəaliyyətsizlik” etdiklərini etiraf edib və nəticədə bədənin ümumi zəifləməsi baş verib.

    “Mən düşündüm ki, yetmiş yaş artıq qocalıqdır. Ona görə də yaşlı kimi davrandım. Səhər gəzintilərimi dayandırdım, üzməkdən imtina etdim. Səksən yaşa çatanda bədənim düzgün hərəkət etməyi unutmuşdu”, deyə sorğulananlardan biri danışıb.

    Özünü inkişaf etdirməmək

    “Birdən-birə bütün bu vaxt mənim üçün açıldı. Amma həyatımın mənasını verən şeylərə daha dərindən dalmaq əvəzinə televizora baxırdım və nəzarət edə bilmədiyim məsələlərə görə narahat olurdum”, deyə əvvəllər müəllim olmuş bir təqaüdçü etiraf edib.

    Pul yığmaq

    Bir çox yaşlı insanlar etiraf edir ki, əslində xərcləyə biləcəklərindən daha çox pulları olub. Braunun sorğuladığı şəxslər bildirib ki, təqaüdə çıxmalarına baxmayaraq, vərdiş üzrə pulu qənaətlə xərcləyirdilər və gələcək üçün saxlayıblar. Bəziləri indi peşmandır ki, sağlamlıq imkan verəndə səyahət və restoran ziyarətlərindən imtina etmişdilər.

    “Səksən və doxsan yaşlarımda hər qəpiyimi yığıb saxlayırdım. Amma indi səyahət edə bilmirəm, istədiyim yeməkləri yeyə bilmirəm, demək olar ki, bu otaqdan çıxmaq mümkün deyil. İndi nə üçün yığıram?”, deyə bir kişi izah edib.

    Paylaşılmamış xatirələr

    90 yaşlılar həyatlarının çox detallarını unutduqlarından şikayətlənirlər. Lakin etiraf edirlər ki, 20 il əvvəl onları xatırlayırlar, amma uşaqlarına və nəvələrinə danışmayıblar. Bu, paylaşmalı olduqları itirilmiş təcrübədir.

    “Nəvələrim mənim kim olduğumu bilmir. Onlar məni nənə kimi tanıyırlar, amma mənim macəralarımı, çətinliklərimi, necə onların babası ilə tanış olduğumu, onların doğulmasından əvvəl həyatın necə olduğunu bilmirlər”, deyə bir qadın göz yaşları ilə etiraf edib.

    Bağışlanmamış incikliklər

    Bu, 90 yaşlıların ən böyük emosional yükünü daşıyan şeylərdən biridir. Braunun sorğuladığı yaşlılar illər əvvəl küsülü olduqları qardaşlar, bacılar, uşaqlar və uzun illər əvvəl dostlarını xatırlayıblar.

    “Mən qardaşımla iyirmi ildir danışmıram. Biz niyə küsülmüşdük, hətta xatırlamıram”, deyə bir qadın söyləyib.
    //qaynar.az

  • Президент Ирана Масуд Пезешкиан обратился к лидерам стран Ближнего Востока

    Президент Ирана Масуд Пезешкиан обратился к лидерам стран Ближнего Востока после ударов по объектам государств региона.

    Cоответствующее послание опубликовано в его аккаунте в социальной сети Х.

    “Уважаемые лидеры дружественных и соседних стран, мы пытались избежать войны с вашей помощью и дипломатическим путем, но американо-сионистская военная атака не оставила нам иного выбора, кроме как защищаться. Мы уважаем ваш суверенитет и по-прежнему считаем, что мир в регионе должен обеспечиваться странами региона”, – подчеркнул политик.

    Ранее СМИ сообщили, что США пытаются убедить страны Ближнего Востока, пострадавшие в результате эскалации ситуации в регионе, присоединиться к нанесению ударов по Ирану. При этом отмечается, что сейчас страны Персидского залива рассчитывают на скорую деэскалацию конфликта и окончание военной операции.

  • Pezeşkian qonşu və dost ölkələrin liderlərinə müraciət etdi

    “İran diplomatiya yolu ilə ABŞ və İsraillə müharibədən qaçınmağa çalışıb, lakin onların hərbi təcavüzü müdafiə olunmaqdan başqa seçim qoymayıb”.

    Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian “X” platformasında qonşu və dost ölkələrin liderlərinə müraciətində bildirib.

    “Hörmətli dost və qonşu dövlətlərin liderləri, biz sizin köməyiniz və diplomatiya yolu ilə müharibədən qaçınmağa çalışdıq, lakin ABŞ-İsrail təcavüzü bizə müdafiə olunmaqdan başqa seçim qoymadı. Biz sizin suverenliyinizə hörmət edirik və hələ də hesab edirik ki, regional sülh region ölkələrinin kollektiv səyləri ilə təmin edilməlidir”, – deyə prezident vurğulayıb.

  • NATO İranın Türkiyəni hədəfə almasını qınayıb

    NATO İranın Türkiyəni hədəfə almasını qınayıb.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilir ki, İrandan atılan bir raket Türkiyə hava məkanına yönəlib. Bu səbəbdən Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vurulub.

    NATO isə bəyan edib ki, İranın Türkiyəni hədəf almasını pisləyir:

    “Hava və raketdən müdafiə də daxil olmaqla, çəkindirmə və müdafiə qabiliyyətlərimiz güclü şəkildə davam etdirilir. İranın bütün bölgədə ayrı-seçkilik etmədən həyata keçirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla, bütün müttəfiqlərinin yanında qətiyyətli şəkildə dayanmaqdadır”, – deyə NATO nümayəndəsi əlavə edib.

  • Xamanei ilə vida mərasimi təxirə salındı

    Bu gün Tehranda İranın ali lideri Seyid Əli Xamenei ilə 3 gün davam edəcək vida mərasimi təxirə salınıb.

    Bu barədə İran KİV məlumat yayıb.

    Mərasimin təxirə salınma səbəbi olaraq təhlükəsizlik amili əsas gətirilib.

    Xatırıadaq ki, fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində Xamanei və yüksək vəzifəli şəxslər vəfat edib.