Month: March 2026

  • Bu gecə Xamenei ilə üç günlük vida mərasimi başlayır

    Bu gün Tehranda İranın öldürülən ali lideri Ayətullah Əli Xameneinin cənazəsi ilə vida mərasimi başlayacaq.

    Qaynarinfo Tasnim-ə istinadən xəbər verir ki, İran İslam Koordinasiya Şurasının rəhbəri Mohsün Mahmudiin məlumatına görə, vida mərasimi üç gün məsciddə gecə-gündüz davam edəcək.

    Mərasim başa çatdıqdan sonra ali liderin cənazəsi Məşhəd əhərinə aparılaraq dəfn olunacaq.

    Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri ölkədə dağıntılara və insan tələfatına səbəb olub. İran da buna cavab olaraq İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. Fevralın 28-də baş verən hücumlar nəticəsində Əli Xameneinin və digər yüksək vəzifəli şəxslər həlak olub.

    Xatırladaq ki, vida mərasimi İran vaxtı ilə bu gecə saat 22:00-da başlayacaq.

  • Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi (FOTO)

    Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli şəxsi dünyasını dəyişib.

    Median.Az ehüquq.az-a istinadən xəbər verir ki, məhkəmənin icra şöbəsinin rəisi Mübariz Abdullayev uzun sürən xəstəlikdən sonra martın 3-də günorta saatlarında vəfat edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin şöbə rəisi vəfat etdi

    Məlumata görə, mərhum ağciyər xərçəngindən əziyyət çəkib.

    Qeyd edək ki, Mübariz Abdullayev bundan əvvəl Göyçay regional ədliyyə idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

  • Çayla qəhvənin insult və infarkt riskinə təsiri: Alimlərdən təəccübləndirən kəşf

    Qəhvə və çay dünyanın ən populyar içkiləridir. Alimlər onların sağlamlığa faydalarını aktiv şəkildə araşdırır – qəhvənin uzunömürlülüyə təsirindən tutmuş çayın iltihabı azaltma qabiliyyətinə qədər. İndi bu siyahıya alimlər yeni bir üstünlük əlavə ediblər: qəhvə və çay ürək-damar xəstəlikləri riskini, həmçinin 2-ci tip diabet və ya insult inkişafı ehtimalını azalda bilər.

    “The Journal of Clinical Endocrinology & Metabolism” jurnalında dərc olunan araşdırma 37–73 yaş arası 188 min insanın qəhvə və çay istehlak vərdişlərini təhlil edib. İştirakçılar 24 saat ərzində içdikləri içkilər barədə anket doldurublar.

    Bu qrupdan tədqiqatçılar təxminən 172 min nəfərin cavablarını seçiblər, çünki onlar kofeinli qəhvə və ya çay içdiklərini bildiriblər. Araşdırmanın əvvəlində heç kimdə kardiometabolik xəstəliklər yox idi (bu termin ən azı üç vəziyyətdən ikisinin mövcudluğunu nəzərdə tutur: 2-ci tip diabet, iskemik ürək xəstəliyi və insult).

    Təxminən 12 il sonra iştirakçılar yenidən müayinə olunub. Məlum olub ki, gündə iki-üç stəkan qəhvə və ya üç stəkana qədər çay içmək kardiometabolik sağlamlıq üçün optimaldır. Gündə təxminən 200–300 milliqram kofein qəbul edən insanlar, gündə 100 mq-dan az kofein qəbul edənlərlə müqayisədə, kardiometabolik xəstəliklərin inkişaf riski daha aşağı olub.

    Alimlərin sözlərinə görə, ən aşağı risk — təxminən 50% — qəhvə içənlərdə müşahidə olunub. 200–300 mq kofeini çaydan və ya hər iki içkinin kombinasiyasından alanlarda isə risk təxminən 40% azalıb. Yalnız çay içənlərdə ən faydalı hədd gündə üç stəkana qədərdir, bundan artıq istehlak faydanı azaldır.

    Daha da maraqlısı, araşdırma göstərib ki, gündə 400 mq-dan çox kofein qəbul edənlərdə (bu yalnız kofein istifadə edən iştirakçıların 4%-i) stimulyator kardiometabolik sağlamlığa mənfi təsir göstərməyib.

    Qəhvə və çayın sağlamlığa təsiri

    Tib doktoru, preventiv kardioloq Adedapo İlujomade bildirir ki, kofeinli qəhvə və çay hüceyrələri zədələnmədən qoruyan, xüsusilə antioksidant maddələr ehtiva edir:

    “Qəhvə və çay qlükozanın orqanizm tərəfindən emalını yaxşılaşdıra, iltihabı azalda və damar sağlamlığını dəstəkləyə bilər ki, bu da 2-ci tip diabet, ürək xəstəlikləri və insult kimi vəziyyətlərin qarşısını almağa kömək edir”.

    Kardioloq qeyd edib ki, bu içkilərin mülayim istehlakı bədənə zərərli təsirləri azaldır, ümumi sağlamlığı yaxşılaşdırır və göstərilən xəstəliklərin riskini azaldır.

    İlujomade vurğulayıb ki, qəhvə və çay hər ikisi kardiometabolik riskləri azaldır, lakin fərqli yollarla təsir göstərir:

    * Qəhvə qan şəkərinin səviyyəsini daha effektiv idarə edir.
    * Çay, xüsusən yaşıl çay, damar funksiyasını yaxşılaşdırır və qan təzyiqini aşağı salır.

    Bu, müxtəlif tip antioksidantların unikal xüsusiyyətləri ilə izah olunur: qəhvə daha yüksək xlorogen turşuları, çay isə flavonoidlər, xüsusən katexinlərlə zəngindir.

    Araşdırma kofeinli içkilərə fokuslanıb. Lakin mütəxəssislər bildirirlər ki, kofeinsiz qəhvə və çay da çoxlu faydalı polifenol və antioksidantlar ehtiva edir.

    “Bundan əlavə, kofein özlüyündə maddələr mübadiləsini sürətləndirə və şəkərin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edə bilər”, deyə İlujomade əlavə edib və bildirib ki, kofeinə həssaslığı yüksək olanlar üçün kofeinsiz variantlar daha uyğundur.

    Kardioloqun sözlərinə görə, digər kofeinli içkilər eyni üstünlüklərə malik olmaya bilər. Enerji içkilərində kofein var, lakin onlar tez-tez yüksək şəkər və süni əlavələr ehtiva edir ki, bu da ürəyə mənfi təsir göstərə bilər.

    “Qəhvə və çay təbii faydalı birləşmələrlə zəngindirsə, enerji içkiləri bu üstünlüklərə malik deyil və hipertoniya riskini artıra bilər. Buna görə təbii kofein mənbələrini və emal olunmuş enerji içkilərini ayırmaq vacibdir”, deyə o izah edib.
    //qaynar.az

  • Xaricdə təhsil alan tələbələr diplomlarının tanınması üçün nə etməlidirlər? (Video)

    Son illər gənclərin xaricdə təhsilə maraq və tələbatı artıb. Amma Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğudan aydın olur ki, xaricdəki universitetləri sevinclə bitirən məzunların bir çoxu diplomunun tanınmaması problemi ilə qarşılaşır.

    “Mənim ətrafımda, tanışlarımda da olub. Gedib xaricdə oxuyub, diplomla gəlib Azərbaycana, amma keçməyib”, – deyə sakin qeyd edib.

    2025-ci ilin dekabrında Dövlət İmtahan Mərkəzinin keçirdiyi peşə tanınması üzrə sınaq imtahanında 150 nəfər iştirak edib ki, onlardan da yalnız 67-si keçid balını toplaya bilib. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi isə cəmi 45 faiz təşkil edib. Bəs imtina halları ilə rastlaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

    Təhsil eksperti Elçin Əfəndi mövzunu belə şərh edib: “Tövsiyə edirik ki, onlar dövlət proqramına qoşularaq xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaqda maraqlı olsunlar. Çünki bu zaman onlar təkcə nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı deyil, o cümlədən azı beş il ölkədə əmək fəaliyyətinə başlamaq üçün müəyyən bir öhdəlik götürürlər. Bu da gənclərə gələcəkdə ölkəyə qayıdandan sonra müvafiq əmək fəaliyyətinə başlamalarına imkan yaradan faktordur”.

  • Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir

    Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar uçuşları ləğv edilmiş Azərbaycan vətəndaşlarının Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

    Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” tipli təyyarənin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi ilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin olunur.

    Hazırda AZAL milli aviadaşıyıcı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə reyslərin təhlükəsiz və planlı icrasını həyata keçirir.

    Qeyd edək ki, yaxın günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya əlavə təxliyə reyslərinin təşkili planlaşdırılır.

    Əlavə suallar yarandığı təqdirdə, vətəndaşlar callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

  • 50 min manatdan artıq vəsaitin leqallaşdırılması iddiası – Zamin Zəki üçün 8 il həbs istənildi

    “QHT işi” üzrə ittiham olunanlardan biri – sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra dövlət ittihamçısı çıxış edərək Zamin Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Növbəti məhkəmə prosesi martın 11-nə təyin edilib.

    Qeyd edək ki, Zamin Zəkiyə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın xeyli miqdarda leqallaşdırılması) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İttihama görə, o, 50 min manatdan artıq vəsaiti leqallaşdırıb.

    Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

    Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatlarının, onların rəhbərlərinin, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində qanun pozuntuları araşdırılır.

    “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi” və “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, eləcə də Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

    “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi və hüquq müdafiəçisi Zamin Zəki, eləcə də Əhməd Abbas oğlu Məmmədzadə həbs ediliblər.

  • СМИ: ОАЭ оставляют открытыми несколько воздушных коридоров

    Воздушное пространство ОАЭ полностью не закрывалось, сейчас действует несколько коридоров для прибытия и отправки самолетов из местных аэропортов.

    Как передает Median.Az, об этом сообщил ТАСС источник в авиадиспетчерских кругах региона.

    Ранее аэропорт Домодедово сообщил, что авиакомпания Emirates приостановила все рейсы в Дубай и из него до 00:59 мск 5 марта (01:59 по Баку 5 марта – ред.) “в связи с закрытием воздушного пространства по всему региону”.

    “Воздушное пространство ОАЭ закрыто частично, для полетов определен ряд коридоров, по которым самолеты, в том числе пассажирские, могут следовать в аэропорты и обратно”, – сказал собеседник агентства.

    Он отметил, что выделенные трассы ведут в воздушное пространство соседнего Омана, которое в связи с событиями на Ближнем Востоке не закрывалось, а также в воздушное пространство Саудовской Аравии. “Режим частичного закрытия неба ОАЭ для полетов действует пока до 12:00 по всемирному времени субботы, 7 марта”, – напомнил собеседник агентства.

  • BƏƏ hava məkanındakı məhdudiyyətlərin müddəti məlum oldu

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səması uçuşlar üçün tamamilə qapadılmayıb, hazırkı vaxtda yerli aeroportlardan uçan və oraya enən təyyarələr üçün müəyyən hava dəhlizləri fəaliyyət göstərir.

    Bu barədə TASS agentliyinə bölgədəki mənbə informasiya verib.

    Bundan öncə Domodedovo hava limanı tərəfindən yayılan məlumatda bildirilmişdi ki, “Emirates Airlines” aviaşirkəti “regiondakı hava məkanının bağlanması səbəbindən” Moskva vaxtı ilə 5 mart saat 00:59-dək (Bakı vaxtı ilə 5 mart saat 01:59 – red.) Dubay istiqamətində və əksinə bütün reysləri təxirə salıb.

    Məlumata görə BƏƏ-nin hava sahəsi yalnız qismən məhdudlaşdırılıb və uçuşların həyata keçirilməsi üçün bir neçə dəhliz ayrılıb. Bu da hava gəmilərinin, o cümlədən sərnişin təyyarələrinin aeroportlara enişinə və oradan qalxmasına şərait yaradır.

    Qeyd olunub ki, təyin edilmiş marşrutlar Yaxın Şərqdəki hadisələrə görə qapadılmayan qonşu Oman və Səudiyyə Ərəbistanının hava məkanına istiqamətlənir. Mənbə onu da xatırladıb ki, BƏƏ səmasının uçuşlar üçün qismən bağlanması rejimi martın 7-i şənbə gününə, qədər qüvvədə qalacaq.

  • Bakının bu ərazisində su kəsiləcək

    Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq.

    Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, su kəsintisi martın 6-sı, saat 00:00-dan etibarən nəzərdə tutulub.

  • Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

    “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Monteneqro Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd olunub ki, Ramil Mənsimovun mənimsəmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

    R.Mənsimovun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

    Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.