Month: March 2026

  • Azərbaycanda “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair” Qaydalar təsdiqlənib

    Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair” Qaydaları təsdiq edib.

    Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir. Qaydalar “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 12 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı), habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq hazırlanıb və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

    Qaydalarla tənzimlənməyən məsələlər “Aviasiya haqqında” qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyanın 9 nömrəli Əlavəsi – “Rəsmiyyətin sadələşdirilməsi” sənədi ilə müəyyən edilmiş ICAO-nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.
    //oxu.az

  • Bakıda məşhur restoran söküləcək – Qaz xəttinin üzərində tikilib…

    Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən “Xan Bağı” restoranı söküləcək.

    Qaynarinfo-nun məlumatına görə, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

    Bildirilir ki, “Xan Bağı” restoranın bir hissəsi “Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.

    Məhkəmə “Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.

    Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus “Xan bağı ” restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.

    Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.

  • “Bank əməkdaşı” vətəndaşın 13 min manatını ələ keçirdi – TƏFƏRRÜAT

    Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı vəsaitin talandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən vətəndaşa zəng edərək onun kartına müdaxilə olunduğunu bildirib və kömək adı ilə kart məlumatlarını istəyib. Bilgiləri həmin şəxsə göndərəndən sonra zərərçəkənin 13 min manatı ələ keçirilib.

    Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Советник верховного лидера: Иран не собирается больше вести с США никаких переговоров

    Иран не собирается больше вести с США никаких переговоров и готов продолжать войну столько, сколько понадобится.

    Как передает Median.Az со ссылкой на агентство Tasnim, об этом заявил советник верховного лидера Исламской Республики Мохаммад Мохбер.

    “Мы не доверяем американцам и не намерены вести с ними никаких переговоров. Мы можем продолжать войну сколько угодно, так же, как и в течение ирано-иракской войны 1980-1988 годов”, – сказал он.

    Напомним, 28 февраля министр обороны Израиля Исраэль Кац заявил, что Армия обороны страны нанесла превентивный удар по Ирану. Под удары попали крупнейшие иранские города, в том числе Тегеран. Название операции – “Рычание льва”. Обе страны закрыли свое воздушное пространство. Позже президент США Дональд Трамп заявил, что Соединенные Штаты также принимают участие в военной операции против Ирана. Как сообщил Пентагон, операция США против Ирана получила название “Эпическая ярость”. Иран, в свою очередь, запустил десятки баллистических ракет по Израилю.

    Также Иран нанес беспилотниками и ракетами удары по американским базам по всему Ближнему Востоку – в Катаре, ОАЭ, Бахрейне, Ираке, Саудовской Аравии и Иордании. Воздушное пространство всех этих стран остается закрытым. Исламская Республика назвала свою операцию “Правдивое обещание 4”. С начала полномасштабных военных действий на Ближнем Востоке погибли более 870 человек. Подавляющее число жертв пришлось на Иран, среди погибших также жители Бахрейна, Израиля, Кувейта, Ливана, ОАЭ и несколько американских военнослужащих.

    Как сообщило 1 марта государственное телевидение Исламской Республики, верховный лидер Али Хаменеи погиб. Также подтверждена гибель ряда высокопоставленных военных чиновников Ирана, в том числе советника аятоллы Али Шамхани, командующего КСИР Мохаммада Пакпура и министра обороны Азиза Насирзаде.

  • İran ABŞ-lə danışıqları RƏDD ETDİ

    Tehran rəsmi Vaşinqtonla gələcəkdə hər hansı müzakirə aparmağı planlaşdırmır və hərbi qarşıdurmanı zərurət yarandığı müddətcə davam etdirmək əzmindədir.

    Median.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin müşaviri Məhəmməd Möhbər bəyanatla çıxış edib.

    “Amerikalılara qətiyyən etibarımız yoxdur və onlarla danışıq masasına oturmaq niyyətində deyilik. Biz 1980-1988-ci illər İran-İraq müharibəsi dövründə nümayiş etdirdiyimiz kimi, döyüşləri istədiyimiz qədər uzatmaq iqtidarındayıq”, – deyə o vurğulayıb.

  • Президент наградил сотрудников Госкомитета по градостроительству и архитектуре

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о награждении сотрудников Государственного комитета по градостроительству и архитектуре Азербайджанской Республики.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, по случаю 20-летия Государственного комитета по градостроительству и архитектуре Азербайджанской Республики постановляю:

    За плодотворную деятельность в развитии сферы градостроительства и архитектуры в Азербайджане наградить следующих сотрудников Государственного комитета по градостроительству и архитектуре Азербайджанской Республики:

    “Почетным дипломом Президента Азербайджанской Республики”

    Гумметова Намига Мухаммед оглу

    Исбатова Ильгара Айдын оглу

    орденом “Эмек” 3-й степени

    Гараева Абды Назим оглу

    Нуриева Эльдара Срадж оглу

    медалью “Терегги”

    Асланова Надира Бахадыр оглу

    Бабаева Захида Сабир оглу

    Казымлы Эльчина Чингиз оглу

    Гасымова Реада Азер оглу

    Мамедрзаева Джахангира Джаваншир оглу

    Рзаева Ровшана Агарза оглу

    Умудова Эльчина Азер оглу

    Юсифова Низами Расим оглу

    медалью “За отличие на государственной службе”

    Алиеву Гюльбениз Баба гызы

    Азизова Эльшана Алескер оглу

    Мехтиева Натига Рашид оглу”.

  • İlham Əliyev dövlət komitəsinin bəzi əməkdaşlarını TƏLTİF ETDİ – SİYAHI

    Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Hümmətov Namiq Məhəmməd oğlu

    İsbatov İlqar Aydın oğlu

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Qarayev Abdı Nazim oğlu

    Nuriyev Eldar Srac oğlu

    “Tərəqqi” medalı ilə

    Aslanov Nadir Bahadır oğlu

    Babayev Zahid Sabir oğlu

    Kazımlı Elçin Çingiz oğlu

    Qasımov Read Azər oğlu

    Məmmədrzayev Cahangir Cavanşir oğlu

    Rzayev Rövşən Ağarza oğlu

    Umudov Elçin Azər oğlu

    Yusifov Nizami Rasim oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Əliyeva Gülbəniz Baba qızı

    Əzizov Elşən Ələsgər oğlu

    Mehtiyev Natiq Rəşid oğlu.

  • Стоимость биткоина ускорила рост до 7%

    Стоимость биткоина ускорила рост до 7%, поднявшись выше 71 000 долларов.

    Об этом свидетельствуют данные площадки Binance.

    По данным на 13:15 по Баку, стоимость биткоина составляла 71 209 долларов (+6.27%).

    К 13:30 биткоин ускорил рост и торговался на уровне 71 292 долларов (+7.02%).

  • “Bitcoin” sürətlə bahalaşdı

    “Bitcoin” sürətlə bahalaşır.

    Bunu “Binance” ticarət platformasının əməliyyat məlumatları əks etdirir.

    Bakı vaxtı ilə saat 13:15-ə olan məlumata görə, bir “Bitcoin”in qiyməti 71 209 dollar (6.27% artım) təşkil edib.

    Saat 13:30-a isə “Bitcoin”in qiymət yüksəlişi sürətlənib və 71 292 dollar (7.02% artım) səviyyəsində alqı-satqı həyata keçirilib.

  • Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN

    “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.