Month: March 2026

  • “Hizbullah” İsrailin ən böyük müdafiə şirkətinə zərbə endirib

    Livanın şiə hərəkatı “Hizbullah” İsrailin ən iri aerokosmik və aviasiya şirkəti olan Israel Aerospace Industries-in qərargahına silsilə zərbələr endirdiyini bildirib.

    Bu barədə AFP məlumat yayıb.

    Məlumata görə, “Hizbullah” hərəkatı raket və pilotsuz uçuş aparatları ilə İsrailin aviasiya istehsalçısı şirkətinin (IAI) mərkəzi hissədəki qərargahına hücum edib.

    Həmçinin Səfəd şəhərinin şərqində pilotsuz uçuş aparatlarının idarə edilməsindən məsul olan “Giva” bazasına və İsrail ordusunun Şimali Hərbi Dairəsinin qərargahına (Dado bazası) raketlə zərbə endirilib.

  • Müştəri sifarişi qəbul etmirsə, pul kuryerdən tutulmalıdır?

    Son dövrlərdə Azərbaycanda kuryerlər arasında şikayətlər artmaqdadır.

    Bildirilir ki, bəzi hallarda sifariş göstərilən ünvana çatdırılsa da, müştəri zənglərə cavab vermir. Kuryer tərəfindən bir neçə dəfə telefon zəngi edilir, əlavə olaraq “WhatsApp” vasitəsilə əlaqə saxlamağa cəhd edilir, lakin nəticə əldə olunmur və ünvan üzrə müəyyən müddət gözlənilir.

    Digər hallarda isə müştəri sifarişin konkret bir yerə qoyulmasını xahiş edir, lakin sonradan məhsulu qəbul etmədiyini bildirərək şirkətə müraciət edir. Nəticədə həm məhsul faktiki olaraq götürülür, həm də geri ödəniş tələb edilir. Şirkət isə ödənilən məbləği kuryerin balansından tutur.

    Valyuta.az mövzu ilə bağlı “Bolt” və “Uber”ə sorğu göndərib. Sorğuda belə hallarda qaydaların necə tətbiq olunduğu və məsələyə necə yanaşıldığı ilə bağlı suallar ünvanlanıb.

    “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova sorğumuza cavab olaraq bildirdi ki, “Bolt” həm müştərilərin, həm də kuryerlərin maraqlarının qorunmasına xüsusi önəm verir və fəaliyyətini ədalətli və balanslı yanaşma prinsipi əsasında qurur:

    “Müştəriyönümlü olmaq məsuliyyətin əsassız şəkildə kuryerin üzərinə qoyulması demək deyil. Bütün şikayətlər və müraciətlər ayrı-ayrılıqda, faktlar əsasında araşdırılır. Əgər kuryer sifarişi qəbul edib, lakin onu çatdırmayıb və geri qaytarmayıbsa, bu hal araşdırma predmetinə çevrilir. Eyni zamanda, sifarişin obyektiv səbəblərdən çatdırılmasının mümkün olmadığı və geri qaytarıldığı hallar avtomatik olaraq pozuntu kimi qiymətləndirilmir. Mövcud prosedura əsasən, kuryer müştərinin ünvanında müəyyən müddət gözləməli və bu müddət ərzində müştəri ilə əlaqə yaratmağa cəhd etməlidir. Əgər müştəri cavab vermirsə, kuryerdən həddindən artıq gözləməsi tələb olunmur. Belə hallarda kuryer tətbiq üzərindən müvafiq məlumatı qeyd etməli və müştəri dəstəyi ilə əlaqə saxlamalıdır. Qərarlar avtomatik şəkildə deyil, hər bir hal üzrə aparılan daxili araşdırma əsasında qəbul edilir. Məqsədimiz həm kuryerlərin əsassız maddi və psixoloji təzyiqlə üzləşməsinin qarşısını almaq, həm də xidmət keyfiyyətini və platformaya olan etibarı qorumaqdır”.

    “Uber” şirkəti isə sorğuya dair şərh verməyəcəyini bildirib.

    Mövzunun hüquqi tərəfi ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə Valyuta.az-a bildirib ki, Azərbaycanda kuryerlərin üzləşdiyi bəzi hallar həm insani, həm də hüquqi baxımdan çox problemli hesab olunur:

    “Xüsusilə müştərinin sifarişi qəbul etmədiyi və ya məhsulu almadığını iddia etdiyi vəziyyətlərdə kuryerin maaşından pul tutulması qanunvericiliyə uyğun sayılmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçinin əməkhaqqından tutulmalar yalnız qanunla müəyyən edilmiş hallarda həyata keçirilə bilər. Bu hallara vergi və sosial sığorta ödənişləri, həmçinin məhkəmə qərarı ilə müəyyən edilən tutulmalar daxildir. Şirkətlərin daxili qaydaları isə qanunvericilikdən üstün hesab edilmir. Əgər kuryer üzərinə düşən vəzifəni yerinə yetirərək göstərilən ünvana gedib, müştəri ilə əlaqə saxlayıb və müəyyən müddət gözləyibsə, müştərinin məsuliyyətsiz davranışına görə kuryerin maddi cəza ilə üzləşməsi düzgün hesab edilmir. Müştərinin məhsulu almadığını iddia edərək ödənilmiş məbləğin geri qaytarılmasını tələb etməsi isə bəzi hallarda dələduzluq elementləri daşıya bilər. Belə vəziyyətlərdə şirkət tərəfindən araşdırma aparılmalı, kuryerin telefonundakı GPS koordinatları, zəng tarixçəsi və yazışmalar yoxlanılmalıdır. Kuryer göstərilən ünvanda olduğunu sübut edə bilirsə, yaranan zərər kuryerin əməkhaqqından deyil, şirkətin risk idarəetmə mexanizmləri çərçivəsində qarşılanmalıdır. Əməkhaqqından birbaşa tutulma isə işçinin hüquqlarının pozulması kimi qiymətləndirilir. Belə hallarla qarşılaşan kuryerlər hüquqlarının qorunması üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər”.

  • 25 milyon manat büdcəyə geri qaytarıldı

    2026-cı ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 25 milyon 46,6 min manat məbləğində vəsait geri qaytarılıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

    Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

  • Apteklərdə kütləvi yoxlamalar aparıldı, ciddi nöqsanlar aşkarlandı

    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb.

    Bu barədə AEM məlumat yayıb.

    Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

    Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.

    Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib edilib.

  • Xəzər dənizində köməksiz vəziyyətdə qalan azərbaycanlı balıqçılar xilas edilib

    Xəzər dənizində köməksiz vəziyyətdə qalan azərbaycanlılar xilas edilib.

    Bu barədə Baku.ws-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə “Yamaha-55” markalı, “Mİ-912” bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.

    Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

  • В Азербайджане в одной из ИВ уволены 36 сотрудников – ЭКСКЛЮЗИВ

    В связи со структурными изменениями в органах исполнительной власти (ИВ) 36 сотрудников ИВ Губинского района освобождены от занимаемых должностей.

    По информации Oxu.Az, всего в структуре было упразднено 36 штатных единиц. Соответствующее распоряжение подписал глава района Ильгар Мамедов, а сами сотрудники внесены в резервный кадровый список.

    Сообщается, что 31 человек из уволенных занимал должности заместителей представителей сельских административно-территориальных округов, главного консультанта-главного бухгалтера и водителей. Остальные работали на различных постах в ИВ района.

    Следует отметить, ранее аналогичные структурные изменения привели к увольнению 14 сотрудников ИВ Агсуинского района, 43 сотрудников ИВ Товузского района и 38 сотрудников ИВ Джалилабадского района.

  • Azərbaycanda icra hakimiyyətlərindən birində KÜTLƏVİ İXTİSAR

    İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 36 əməkdaşı vəzifəsindən azad edilib.

    Dəyişikliklə əlaqədar Quba Rayon İcra Hakimiyyətində 36 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. İcra başçısı İlqar Mahmudovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

    Məlumata görə, vəzifəsini itirənlərdən 31 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibidir. Digər şəxslər isə Quba Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

    Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin isə 38 əməkdaşı vəzifələrindən azad ediliblər.

  • Anasını hoteldə qətlə yetirən gəncə HÖKM OXUNDU

    Anasını hoteldə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov çıxış edərək Ayxan Qasımlının yetkinlik yaşına çatmaması, polisə könüllü təslim olması və zərərçəkmiş tərəflə barışıq əldə olunması onun cəzasını yüngülləşdirən hal olduğunu nəzərə alaraq onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra hökm elan edilərək Ayxan Qasımlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, istintaqla məlum olub ki, təqsirləndirilən anası Əsmət Qasımlı ilə geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu isə buna etiraz edib. Əsmət isə “yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm” ifadəsini işlədib. Bundan sonra Ayxan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O, canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Anasının rəngi ağarıb xırıldadıqda isə onu boğmağı dayandırıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən hoteldə baş verib.

    Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.

    O deyib ki, anasına qısa geyinməyə qoymayıb, çünki bu hərəkətindən utanıb, anasını kiminsə onun yanında belə görməsindən ehtiyat edib.

    Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı hoteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham irəli sürülüb.

  • Посольство РФ поблагодарило Баку за помощь в вывозе россиян из Ирана

    Посольство РФ в Тегеране поблагодарило власти Ирана и Азербайджана за помощь в вывозе россиян с территории исламской республики.

    “На фоне эскалации ситуации вокруг Ирана продолжается переход российскими гражданами ирано-азербайджанской границы через пропускной пункт “Астара”, ирано-армянской границы через пропускной пункт “Нурдуз”/”Агарак” и ирано-туркменской границы через пропускной пункт “Серахс”. Благодарим за оказанное содействие и продолжающуюся помощь иранские и азербайджанские власти, МЧС России и посольство России в Азербайджане”, – говорится в заявлении, опубликованном в Telegram-канале диппредставительства.

    В посольстве также отметили, что продолжают принимать обращения россиян и оказывать им содействие в выезде с территории Ирана.

  • Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

    Rusiyanın Tehrandakı səfirliyi rusiyalıların İrandan çıxarılmasında göstərdikləri köməyə görə Azərbaycan hakimiyyət orqanlarına təşəkkür edib.

    Bu barədə səfirlik öz “Telegram” kanalında paylaşım edib.

    “İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiya vətəndaşları Astara dövlət sərhədindən keçid məntəqəsindən keçməyə davam edirlər. Azərbaycanın hakimiyyət orqanlarına, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə göstərdikləri köməyə və davamlı dəstəyə görə təşəkkür edirik”, – deyə paylaşımda bildirilib.

    Səfirlik, həmçinin bu məsələdə göstərdiyi köməyə görə İran tərəfinə də təşəkkürünü ifadə edib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.