Month: March 2026

  • Qətər, Küveyt və Bəhreyinin hava məkanları daha 12 saat bağlı qalacaq

    Qətər, Küveyt və Bəhreynin hava məkanları daha 12 saat bağlı qalacaq.

    Bu barədə TASS məlumat yayıb.

    Agentlikdən bildirib ki, Qətər, Bəhreyn və Küveyt aviasiya orqanları hava məkanlarını yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00) qədər bağlı saxlayacaq.

    Qeyd olunub ki, əvvəl bu ölkələrin hava məkanında uçuşların saat 02:00-da (Bakı vaxtı ilə saat 08:00) bərpa olunacağı planlaşdırılırdı, lakin mövcud vəziyyətə görə qadağa yenidən uzadılıb.

    Xatırladaq ki, bundan əvvəl Suriyanın Hələb hava limanından Suriya-Türkiyə sərhədi istiqamətində iki dəhlizin açıldığı bildirmişdi. Ölkənin hava məkanının qalan hissəsi martın 7-ə qədər bağlı qalacaq. İran və İraqın da hava məkanı hazırda bağlıdır, BƏƏ səması isə qismən məhdudlaşdırılıb.

  • Dövlət komitəsinin məxfi şöbəsinin müdiri işdən çıxarıldı

    Dövlət Statistika Komitəsinin (DSK) Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri Sədi Məmmədov vəzifəsindən azad edilib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

    Məlumata görə, o, dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb. S.Məmmədov uzun illərdir DSK-da çalışırdı.

    Hələlik sözügedən şöbəyə müdir vəzifəsinə təyinat yoxdur.

  • Pensiya, müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

    Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Belə ki, martın 6-da nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb.

    Xalqımızın əziz bayramları olan Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

    Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

  • İran Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı bazanı vurdu

    İran Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı logistika bazasına hücum edib.

    Bu barədə “Al Jazeera” kanalı məlumat yayıb.

    Dağıntı və tələfat barədə informasiya verilməyib.

    Qeyd olunub ki, hücum ən azı bir pilotsuz təyyarədən istifadə edilərək həyata keçirilib.

    Kanalın xəbərinə görə, sözügedən baza ABŞ qüvvələri tərəfindən istifadə olunurdu.

  • KİV: PSJ-nin qapıçısı “Sabah”a keçir

    PSJ-nin mərakeşəsilli qapıçısı Bilal Laurendon karyerasını Azərbaycanda davam etdirə bilər.

    Bu barədə nüfuzlu “L’Equipe” nəşri məlumat yayıb.

    Bildirilir ki, əcnəbi qolkiperlə “Sabah” klubu yaxından maraqlanır.

    Xəbərdə bildirilir ki, 2019-cu ildən bəri PSJ-də çıxış edən 20 yaşlı qapıçının bu yay klubdan ayrılıb Azərbaycan təmsilçisinə keçəcəyi gözlənilir.

    Futbolçunun Paris klubu ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir. Qolkiperin müqaviləsi yayda başa çatacağından “Sabah”a azad agent statusu ilə pulsuz keçəcəyi istisna olunmur.

    Məlumata görə, Laurendon indiyə qədər PSJ-nin əsas komandasında heç vaxt meydana çıxmayıb.

  • В Нахчыване три тиктокерши задержаны за аморальный контент – Видео

    Собранные материалы были переданы в суд для правовой оценки.

    Решениями суда В.Махмудова и Л.Алиева арестованы в административном порядке на 10 дней, а С.Гасанова оштрафована на 750 манатов.

    Отметим, что полиция продолжает принимать меры по защите общественного порядка и нравственных норм на платформах социальных медиа. Распространению контента, нарушающего требования законодательства, дается правовая оценка, в отношении виновных лиц принимаются соответствующие меры.

  • Qeyri-etik paylaşımlar edən üç qadın tiktoker SAXLANILDI – Video

    Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.

    Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub.

    Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

    Müvafiq qərarlarla V.Mahmudova, L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olublar, S.Həsənova isə 750 manat cərimə edilib.

    Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.

  • İran ABŞ və İsrail mövqelərinə 40-dan çox raket atdı

    İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə qarşı növbəti əməliyyatlarda hədəflərə 40-dan çox raket atıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

    “Bir neçə saat əvvəl SEPAH-ın qüvvələri tərəfindən ABŞ-İsrail hədəflərinə 40-dan çox raket buraxılıb. “Əsl vəd-4″ əməliyyatının 17-ci mərhələsi həyata keçirilib”, – deyə SEPAH-ın yaydığı məlumatda bildirilib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

  • Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir

    Dubay hava limanının işləməməsi səbəbindən Birləşmiş Ərəb Əmirlikləri dəqiqədə 1 milyon dollar itirir.

    Bloomberg xəbər verir ki, Dubay Beynəlxalq Hava Limanındakı fasilələr Əmirliyə gündə yüz milyonlarla dollara başa gəlir və bu da Əmirliklərə, tranzitə, otellərə və pərakəndə satışa təsir göstərir.

    Dubay hava limanı 100-dən çox ölkədə 260-dan çox şəhəri birləşdirir və Avropa, Hindistan, ABŞ, Asiya və Afrika arasında əsas mərkəzdir.

  • Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb

    2026-cı ilin yanvar ayında Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlərdə artım qeydə alınıb.

    Valyuta.az xəbər verir ki, cari ilin yanvar ayında Azərbaycan 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, təxminən 56,1 milyon manat təşkil edir.

    Ötən ilin eyni dövründə isə qızıl ixracından əldə olunan gəlirlər 21,1 milyon ABŞ dolları və ya təxminən 35,87 milyon manat olub.

    Beləliklə, illik müqayisədə qızıl ixracından əldə olunan gəlirlər 11,9 milyon ABŞ dolları və ya 56,39% artıb.

    Qeyd edək ki, Azərbaycanın qızıl istehsalında da azalma qeydə alınıb.

    Belə ki, 2026-cı ilin yanvar ayında ölkədə 207,8 kiloqram qızıl istehsal edilib. Bu göstərici ötən ilin eyni dövründə 236,2 kiloqram təşkil edib.

    Beləliklə, illik müqayisədə qızıl istehsalı 28,4 kiloqram və ya 12,02% azalıb.