Month: March 2026

  • Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur

    Hazırda Astara dövlət sərhəd buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur.

    Telqraf xəbər verir ki, təxliyə olunanlar arasında azyaşlılar da var və onların Azərbaycan ərazisindən təhlükəsiz keçidi təmin edilir.

    Bundan əlavə, həmin vətəndaşların Rusiyaya çatdırılması üçün Moskvadan Lənkəran Beynəlxalq Hava Limanına xüsusi təyyarə göndərilib. Sərhədi keçdikdən sonra təxliyə olunan şəxslər xüsusi avtobuslarla Lənkərana aparılacaq, oradan isə təyyarə ilə Rusiyaya yola salınacaqlar.

  • Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub – Video

    Abşeronda iri tutumlu avtobusların daha az sərnişin tutumuna malik nəqliyyat vasitələri ilə əvəzlənməsi narazılığa səbəb olub.

    Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətindən Abşeronun Masazır qəsəbəsinə hərəkət edən 569 nömrəli sərnişin avtobusları yeniləri ilə dəyişdirilib.

    Qəsəbə sakinlərinin sözlərinə görə, əvvəl istismarda olan avtobuslarla müqayisədə yeni nəqliyyat vasitələri daha kiçik həcmlidir. Yer tutumunun az olması səbəbindən avtobuslar qısa müddətdə dolur və yol boyu bir çox dayanacaqlarda saxlamadan hərəkətini davam etdirir.

    Məsələ ilə bağlı daşıyıcı şirkət – “Çinar Trans” ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, 569 nömrəli marşrut xətti Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilmiş müsabiqənin nəticəsinə əsasən şirkətə həvalə olunub. Şirkət sərnişinlərin böyük tutumlu avtobuslarla bağlı istəklərinin və interval məsələsinə dair müraciətlərinin qeydə alındığını bildirib. Bu səbəbdən xətt üzrə təkrar monitorinq aparılacağı, zərurət yaranarsa intervalın azaldılması və avtobus sayının artırılması ilə bağlı müvafiq addımların atılacağı vurğulanıb.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

  • ABŞ İspaniya ilə ticarəti dayandıracaq

    İspaniyanın İrana qarşı zərbələr üçün öz hərbi bazalarını təqdim etməkdən imtina etməsi və müdafiə xərclərini artırmaması səbəbindən Vaşinqton Madridlə ticarəti dayandıracaq.

    Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

    Onun sözlərinə görə, İspaniya NATO-da müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağa razılaşmayan yeganə ölkə olub.

    “Biz İspaniya ilə bütün ticarəti dayandıracağıq. İspaniya ilə heç bir iş görmək istəmirik”, – deyə Tramp bildirib.

    ABŞ lideri əlavə edib ki, buna baxmayaraq, zərurət yaranarsa, ABŞ İrana qarşı əməliyyat çərçivəsində İspaniyadakı hərbi bazalardan istifadəni davam etdirəcək.

  • Aviabiletlər bahalaşdı – Video

    Bəzi istiqamətlər üzrə aviabiletlər 20 faizə qədər bahalaşıb.

    Median.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, regionda baş verən hadisələr fonunda xüsusilə Asiya ölkələrinə uçuşlarda qiymət artımı müşahidə edilir.

    Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirir ki, Doha və Dubaya birbaşa uçuşların dayanması sərnişinləri alternativ marşrutlara yönləndirib. Bu isə tələbatı artırdığı üçün qiymətlərə də təsir göstərir.

    Onun sözlərinə görə, adi vaxtda 1000 manata Asiya ölkələrinə bilet almaq mümkün idisə, indi bu, 1200-1500 manat arasında dəyişir.

    Ekspert onu da əlavə etdi ki, İranda baş verən hadisələr təkcə qiymətlərə deyil, ümumi turizm axınına da təsir göstərir.
    Bəzi turistlər səyahət planlarını təxirə salır və ya istiqaməti dəyişirlər.

    Mütəxəssislər hesab edirlər ki, bölgədə sabitlik bərpa olunarsa, aviabiletlərin qiymətində də tədricən normallaşma müşahidə edilə bilər.

  • Мехрибан Алиева поделилась публикацией по случаю “Од чершенбеси” – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией по случаю “Од чершенбеси”.

    В публикации говорится:

    “Да не пожалеет Великий Аллах своей милости для нашего народа! Поздравляю с “Од чершенбеси”!”

  • Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə özünün “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Od çərşənbəniz mübarək!”

  • Bu şəhərlərə bütün uçuşlar geri qaytarılıb

    Dubay və Əbu-Dabiyə uçan bütün uçuşlar qəfil geri qaytarılıb.

    Median.Az “İzvestiya”ya istinadən xəbər verir ki, bu məlumatlar izləmə xidmətlərindən əldə edilib.

    Məlumata görə, Əbu-Dabidə havaya qalxmazdan əvvəl təyyarədə olan sərnişinlər kabinədən çıxarılıb. Şahidlərin bildirdiyinə görə, hazırda hava hücumundan müdafiə qüvvələri məşğuldur.

  • İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər – FOTO

    İranlı akademiklər hakimiyyətin xalqa ötürülməsini tələb edirlər.

    Median.Az xəbər verir ki, son bir neçə saat ərzində yüzlərlə İran universitet professoru və texnologiya mütəxəssisi İran Konstitusiyasını qeyri-legitim elan edən bəyanat imzalayıblar.

    Onlar həmçinin hakimiyyətin dərhal xalqa və Rza Pəhləviyə ötürülməsini tələb ediblər.

    İmzaların sayı dəqiqəbədəqiqə artır.

  • Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi

    Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Lənkərana eniş edib.

    Median.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS-ın məlumatında deyilir.

    Azərbaycanla sərhəd keçid məntəqəsi ilə İranı tərk etmiş Rusiya vətəndaşları xüsusi reyslə ölkələrinə aparılacaq.

  • “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı

    “Yaxın Şərqdə yeni müharibə bütün şiddəti ilə davam edir. İran və ABŞ arasında hərbi qarşıdurma artıq lokal zərbələr mərhələsini aşaraq regionun təhlükəsizlik balansını sarsıdan genişmiqyaslı toqquşmaya çevrilib. Enerji infrastrukturu, beynəlxalq nəqliyyat marşrutları və mülki əhalinin təhlükəsizliyi birbaşa risk altındadır. Müharibənin miqyası genişləndikcə onun təsir dalğası Cənubi Qafqaza qədər uzanır və bölgəni yeni geosiyasi təzyiq mühitinə daxil edir. Belə bir şəraitdə sabitlik və praqmatik siyasət region dövlətləri üçün əsas prioritetə çevrilir”.

    Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

    O bildirib ki, Azərbaycanın balanslı mövqeyi strateji uzaqgörənlik və siyasi praqmatizm nümunəsidir: “Rəsmi Bakı qarşıdurmanın tərəfinə çevrilmir, blok siyasətindən uzaq dayanır və gərginliyi artıracaq ritorikadan kənardır. Məqsəd Cənubi Qafqazı hərbi qarşıdurmadan uzaq saxlamaq və milli təhlükəsizliyi qorumaqdır. Balanslı siyasət həm diplomatik seçim, həm də uzunmüddətli sabitlik üçün zəruri platformadır”.

    Birlik sədri qeyd edib ki, müharibənin şiddətlənməsi fonunda İran ərazisində olan həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar real həyat təhlükəsi ilə üz-üzə qalıblar: “Hava nəqliyyatının məhdudlaşdığı, logistikanın iflic olduğu bir şəraitdə Azərbaycan humanitar dəhliz açaraq onların təhlükəsiz təxliyəsinə şərait yaradır. Bu addım şiddətli müharibə fonunda formal jest deyil, konkret xilas əməliyyatıdır və insan həyatının prioritet sayıldığını nümayiş etdirir. Müharibə dövründə humanitar məsuliyyəti üzərinə götürmək dövlətin siyasi gücünün və yetkinliyinin göstəricisidir”.

    Siyasi şərhçi vurğulayıb ki Azərbaycan nə blok qarşıdurmalarına qoşulur, nə də gərginliyi artıran siyasi xətt tutur: “Rəsmi Bakı həm Qərb ölkələri, həm Türkiyə, həm Rusiya, həm də İslam dünyası ilə paralel əməkdaşlıq modeli qurub. Bu praqmatik yanaşma ölkəni geosiyasi qütbləşmədən qoruyur və müxtəlif güc mərkəzləri ilə dialoq imkanlarını saxlayır.

    Hazırkı geosiyasi şəraitdə – Yaxın Şərqdə gərginliyin artması, Rusiya–Qərb münasibətlərində davam edən qarşıdurma və enerji-logistika xəritəsinin yenidən formalaşması fonunda – Azərbaycanın balanslı xarici siyasəti regional sabitlik üçün mühüm faktordur. Bu model uzunmüddətli sülh və əməkdaşlıq üçün daha dayanıqlı alternativ təqdim edir”.//Editor.az