Month: March 2026

  • Masallıda baş verən qəzada 34 yaşlı sürücü öldü

    Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə yeni Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb.
     
    Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini 1991-ci il təvəllüdlü Rəhim Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarında olan maneəyə çırpılıb. Qəza nəticəsində sürücü R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
     
    Avtomobildə sərnişin qismində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
     
    Faktla bağlı araşdırma aparılır.
     
    (APA)

  • Uşaq neçə saat ekran qarşısında ola bilər? – Yaşa uyğun SAATLAR

    Günümüzdə uşaqların ekran saatları, “ümumiyyətlə ekran izləməyə neçə yaşdan başlamalıdır?” sualı xeyli müzakirə olunan məsələlərdən biridir. Türkiyəli həkim, uşaq mütəxəssisi Dr. Mustafa Burak Seven uşaqların yaşlarına uyğun olaraq izləyə biləcəyi ekran müddətlərini açıqlayıb.

    Median.Az Sfera.az-a istinadən xəbər verir ki, həkim həyatın ilk iki ilinin beyin inkişafı üçün kritik bir dövr olduğunu vurğulayıb.

    O deyib ki, ilk 24 ayda, yəni 2 yaşına qədər ekran tövsiyə olunmur. Bu dövrdə körpə toxunaraq, göz kontaktı quraraq və səsləri dinləyərək öyrənir. Ekran bu inkişaf prosesinin yerini tutmur.

    İki yaşından sonra ekran istifadəsinə tam qadağa qoymaq əvəzinə nəzarətli yanaşma vacibdir.
    Dr. Seven bildirib ki, 24-36 ay arası ekran istifadə ediləcəksə, mütləq valideyn müşayiəti ilə olmalı və gündəlik müddət 10-15 dəqiqəni keçməməlidir. Uşaq təkbaşına ekrana buraxılmamalı, izlənilən məzmun haqqında danışmaq lazımdır.

    “Məktəbəqədər dövrdə ekran istifadəsində nizam çox vacibdir. 3-5 yaş arasında gündəlik ümumi ekran vaxtı 1 saatı keçməməlidir. Lakin burada vaxtdan daha çox nizam önəmlidir. Ekran istifadəsinin başlanğıc və bitiş saatları aydın olmalıdır” – deyə türkiyəli həkim qeyd edib.

    O vurğulayıb ki, uşaq yatmadan ən az bir saat əvvəl ekran istifadə edilməməli və yemək zamanı mütləq ekran olmamalıdır. Bu iki sadə qayda bir çox problemin qarşısını ala bilər.

  • Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı – Video

    Paytaxtda müşahidə olunan intensiv yağışlar Sabunçuda növbəti dəfə ciddi fəsadlara yol açıb.

    Median.Az “Baku TV”yə istinadən xəbər verir ki, yağıntılar nəticəsində Sabunçu dəmiryol vağzalının ərazisi və ətraf yollar tamamilə su altında qalıb.

    Görüntülərdən aydın olur ki, onlarla avtomobil yarıya qədər suya batıb, bəzi nəqliyyat vasitələri isə ərazidən evakuatorlar vasitəsilə çıxarılır. Kanalizasiya sisteminin yağıntı sularını ötürə bilməməsi səbəbindən yollarda “fontan”lar yaranıb, ərazidəki ticarət obyektləri fəaliyyətini dayandırıb.

    Sakinlər və sərnişinlər subasma səbəbindən hərəkət edə bilmədikləri üçün vağzalın pilləkənlərinə sığınmaq məcburiyyətində qalıblar.

    Məlumata görə, hər güclü yağış zamanı vağzal və bazar ətrafında analoji acınacaqlı vəziyyət təkrarlanır. O da vurğulanıb ki, sözügedən hal dəfələrlə baş versə də, aidiyyəti qurumların müəyyən bəyanatlarına baxmayaraq, vəziyyət eyni olaraq qalır.

    Daha ətraflı videomaterialda:

  • Hande Erçel sərbəst buraxıldı

    İstanbulda “narkotik” istintaqı çərçivəsində hava limanında saxlanılan türkiyəli aktrisa Hande Erçel sərbəst buraxılıb.

    Bu barədə “Sözcü” məlumat yayıb.

    Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaqla əlaqədar axtarışda olan aktrisa Çağlayandakı İstanbul Məhkəməsinə gətirilib. İfadəsi alındıqdan sonra saç və qan nümunələri götürülməsi üçün Məhkəmə Tibbi Ekspertiza İdarəsinə aparılıb. Saç və qan nümunələri verdikdən sonra Erçel sərbəst buraxılıb.

    Xatırladaq ki, saxlanma qərarı çıxan Hande Erçel təhsil səbəbi ilə xaricdə idi.

    Qeyd edək ki, istintaq çərçivəsində 14 nəfər saxlanılmışdı.

  • İstanbulda zabit və məhkumlar yol qəzasına düşdü – Yaralılar var

    İstanbulun Başakşəhər rayonunda məhkumları daşıyan dörd avtomobil qəzaya uğrayıb.

    Zəncirvari qəza nəticəsində 14 nəfər xəsarət alıb.

    Yaralılardan 6 nəfəri jandarma zabiti, 8 nəfər isə məhkumdur.

    Yaralılar xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Murad Dadaşov əməliyyatdan sonra

    Xəbər verdiyimiz kimi, Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov bir müddət ömcə əməliyyat olunub.

    Uzun müddətdir xəstəxanadan, daha sonra evindən görüntülər paylaşan Dadaşov işinə qayıdıb.

    O, Xəzər Media Mərkəzindən qolu sarğıda olan fotosunu paylaşıb.

  • Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı

    Ağsu rayonunda qadın meyiti tapılıb.

    Oxu.az-ın məlumatına görə, hadisə martın 23-də rayonun Muradlı kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.

    Belə ki, sahədə üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. Araşdırmalar zamanı meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olduğu müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil veriliblər.

    İlkin araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi

    Azərbaycan millisi “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində bu gün ilk matçını keçirib.

    Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya millisi ilə üz-üzə gəlib.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşə saat 19:00-da start verilib.

    Görüş yığmamızın üstünlüyü ilə keçib. 6 qol vuran komandamız 1 top buraxıb.

    Bu, Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə olub.

    “FIFA Series – 2026”
    19:00. Azərbaycan – Sent Lüsiya 6:1
    Qol: E. Mahmudov, 2-p, R. Sadıxov, 21, M. Qurbanlı, 36, T. Bayramov, 64 – D. Filip, 52-p.
    Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

  • Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195%-ni təşkil edib – FAKTİKİ HAVA

    Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

    Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195%-ni təşkil edir.

  • At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? – Video

    Azərbaycanda rəsmi statistikaya görə, mal-qara, qoyun və keçilərlə yanaşı, ətinin yeyilməsinə üstünlük verilməyən at və uzunqulaqların da sayı azalır. Təkcə 2025-ci ildə uzunqulaqların sayı 2 398 baş azalıb. Həmçinin 2025-ci ilin yanvarın 1-nə ölkədə 49 400 baş at qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 3 700 baş azalma deməkdir.

    Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

    Bəs bu heyvanların sayının azalması onların yeyinti sənayesində istifadə edilməsi ehtimalını yaradırmı?

    İqtisadçı Xalid Kərimli bildirib ki, təsərrüfatlar getdikcə böyüyür və nəticədə, əkinçilikdə və daşımalarda mexaniki nəqliyyat vasitələrindən istifadə genişlənir:

    “Artıq at, eşşək və bu tip heyvanlara tələbat azalıb. Səbəb təsərrüfatlarda onların istifadəsinin minimuma enməsidir. Digər mühüm amil isə urbanizasiyadır. Regionlardan şəhərlərə axın güclənir, kənd təsərrüfatı fəaliyyətinin strukturu dəyişir. Nəticədə, əti yeyilməyən heyvanlara tələbat da azalır”.

    Bununla belə, müvafiq dövlət qurumları tərəfindən at ətinin “mal əti” adı altında satılması cəhdlərinin aşkarlanması halları da qeydə alınır. Hətta bəzi hallarda ət qutablarında at DNT-si müəyyən edilib.

    Qida Təhlükəsizliyi Agentliyinin 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirilib ki, il ərzində 497 müəssisədən 600 nümunə götürülərək müayinəyə cəlb olunub. Onlardan 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq aşkarlanıb. Yoxlamalar zamanı “mal əti” adı altında satılan məhsullardan götürülən nümunələrdə bəzi hallarda at və camış DNT-si müəyyən edilib.