Month: March 2026

  • Иран заявил об уничтожении самолетов-заправщиков на авиабазе в Саудовской Аравии

    Корпус стражей исламской революции (элитные части иранских ВС) утверждает, что уничтожил несколько самолетов-заправщиков на авиабазе принца Султана в саудовском Эль-Хардже, где размещены американские военные.

    Как сообщает Median.Az со ссылкой на ТАСС, заявление КСИР приводит гостелерадио.

    “Уничтожены нескольких самолетов-заправщиков логистического флота, которые поддерживают террористическую армию Соединенных Штатов на базе в Эль-Хардже”, – сказали в КСИР.

  • İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb

    İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında yerləşən aviabazada bir neçə yanacaqdaşıyan təyyarənin məhv edildiyini bildirib.

    Bu barədə dövlət teleradiosunun yaydığı açıqlamada bildirilib.

    Məlumata görə, söhbət Əl-Xarc şəhərində yerləşən və ABŞ hərbçilərinin dislokasiya olunduğu Şahzadə Sultan aviabazasından gedir.

    Açıqlamada qeyd olunur ki, ABŞ-ni dəstəkləyən logistika donanmasına aid bir neçə yanacaqdaşıyan təyyarə məhv edilib.

  • Bakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.

    Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

  • Azərbaycanda “ikinci əl” avtomobillər KƏSKİN BAHALAŞIB

    2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, hazırda yalnız sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış elektrik mühərrikli avtobusların idxalı, eləcə də həmin avtobusların sonradan komplektləşdirilərək satışı 1 il müddətinə ƏDV-dən azad olunub.
    Martın 25-dən etibarən isə raritet avtonəqliyyat vasitələrinin ölkəyə idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.

    Maraqlıdır, bu dəyişikliklər fonunda avtomobil bazarında qiymət dinamikası necə dəyişib? Hazırda hansı növ avtomobillərdə bahalaşma daha çox müşahidə olunur?

    Bundan əlavə, raritet avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri bazara necə təsir edəcək?

    Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, 2026-cı il yanvarın 1-dən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin ləğvi bazarda yeni bir tendensiya formalaşdırıb. Onun sözlərinə görə, bu kateqoriyaya aid avtomobillərin qiymətləri rüsumlara uyğun şəkildə artıb.

    “Bununla yanaşı, 2025-ci ildə demək olar ki, “çökmüş” ikinci əl avtomobil bazarı bu il tədricən dirçəlməyə başlayıb. Ötən il qiymətlərdə 35-45 faizə qədər enmə müşahidə olunurdusa, artıq bu il əksinə, avtomobillərdə bahalaşma hiss olunur. Bununla belə, bu, bazarda ciddi canlanma olduğu anlamına gəlmir. Əksinə, yanvar-fevral ayları ənənəvi olaraq avtomobil bazarında sakit dövr sayılır və bu il də həmin durğunluq daha aydın hiss olunub. Həm yeni, eləcə də ikinci əl avtomobillərin satışında zəifləmə müşahidə edilib”.

    Sədr əlavə edib ki, martın əvvəlindən etibarən isə bazarda müəyyən hərəkətlilik yaranaraq, yenidən avtosalonlara və avtomobillərə olan maraq artıb:

    “Ümumiyyətlə, yeni avtomobil almaq istəyənlər daha çox martın ortalarından sonra qərar verir. Səbəb də odur ki, alıcılar avtomobilin məhz həmin ilin istehsalı olmasına üstünlük verir. Yəni 2026-cı ildə istehsal olunan avtomobilə maraq, 2025-də istehsal olunub 2026-da satışa çıxarılan modellərlə müqayisədə daha yüksək olur. Bu səbəbdən ilin əvvəlində bazarda sakitlik yaranır, yaz aylarından etibarən isə satışlar tədricən artır”.

    E.Əliyev qeyd edib ki, nadir və kolleksiya xarakterli avtomobillərə (raritet) gəldikdə isə, onların ümumi bazara təsiri demək olar ki, yoxdur:

    “Bu tip avtomobillər ölkəyə məhdud sayda, əsasən fərdi sifarişlə gətirilir. Daha çox kolleksiya üçün və ya restoran, otel kimi məkanlarda vizual məqsədlə istifadə olunur. Ona görə də bu seqmentə verilən güzəştlər bazarın ümumi dinamikasına ciddi təsir etmir”, – deyə o bildirib.

    Məlumat üçün xatırladaq ki, 2019-cu ilin 1 yanvar tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad olunub. Daha sonra 2022-ci ildə hibrid avtomobillərin idxalı və satışı, həmçinin elektromobillərin satış və idxalına da güzəşt tətbiq edilib.

  • Gömrükdə yığılan cərimələrin istifadəsində YENİLİK

    Gömrük işi sahəsində əldə edilən vəsait, cərimə və ödənişlərin istifadəsi qaydalarında dəyişiklik edilib.

    Median.Az-ın məlumatına görə, bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

    Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr, gömrük yığımları və haqların (vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür.

    Yeni qanuna əsasənə həmin vəsait dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri istisna olmaqla) sərf ediləcək.

    Daha əvvəl yuxarıda qeyd edilən istisna Gömrük Məcəlləsində nəzərdə tutulmamışdı. (Trend)

  • İranda 600 məktəb dağıdılıb – Əraqçi

    Ədalətsizliklər qarşısında sükut və biganəlik heç vaxt təhlükəsizlik və sülhə gətirib çıxarmır.

    Bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi BMT-nin İnsan Hüquqları Şurasının fövqəladə iclasında çıxış edərkən bildirib.

    Nazir çıxışında qeyd edib ki, İran hazırda ABŞ və İsrail tərəfindən başladılan “qanunsuz müharibə” şəraitindədir. Onun sözlərinə görə, hücumlar Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı diplomatik prosesin davam etdiyi bir vaxtda həyata keçirilib.

    Əraqçi İranın Minab şəhərində yerləşən ibtidai məktəbə hücumu “müharibə cinayəti” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirib.

    O bildirib ki, bu hücum əvvəlcədən planlaşdırılıb və məqsədli şəkildə həyata keçirilib:

    “Sözügedən hücum nəticəsində 175-dən çox şagird və müəllim həyatını itirib. Son 27 gün ərzində İranda 600-dən artıq məktəb dağıdılıb və ya zərər görüb, 1000-dən çox şagird və müəllim isə həlak olub və ya yaralanıb”, – deyə XİN rəsmisi əlavə edib.

    Araqçi həmçinin ABŞ və İsraili mülki əhalini və mülki infrastrukturu hədəfə almaqda ittiham edib:

    “İran müharibə tərəfdarı deyil, lakin “zəruri olduğu müddətdə müdafiəsini davam etdirəcək”, – o sonda vurğulayıb.
    //modern.az

  • Azərbaycanda cəza ilə bağlı 184 müraciət araşdırılıb – DETALLAR

    2025-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyası üzrə hökmün icrası qaydasında baxılan işlərlə bağlı apellyasiya məhkəmələrində ümumilikdə 184 müraciət qeydə alınıb.

    Bu barədə məlumat Ali Məhkəmənin 2025-ci ilə dair fəaliyyət hesabatında öz əksini tapıb.

    Hesabata əsasən, müraciətlərin əsas hissəsini cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı işlər təşkil edib. Bu kateqoriya üzrə 81 müraciət qeydə alınıb və onların böyük hissəsi Bakı Apellyasiya Məhkəməsinin payına düşüb.

    Bundan əlavə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı 37 müraciət, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi üzrə isə 7 müraciət olub.

    Ali Məhkəmənin Cinayət kollegiyasının fəaliyyətinə dair məlumatına əsasən, xəstəliyə görə cəzadan azad etmə ilə bağlı 3, zərərin ödənilməsi nəticəsində cəzadan azad etmə ilə bağlı 1, amnistiya aktının tətbiqi ilə bağlı 1, məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı 1, hökmün icrası zamanı yaranan digər məsələlərlə bağlı 2 müraciət qeydə alınıb.

    Bununla yanaşı, cəzaların icrası ilə bağlı müəssisə və orqanların təqdimatları əsasında hökm və ya qərarların icrası ilə bağlı məsələlərin həlli üzrə 21 müraciətə baxılıb.

    Hesabatda qeyd olunur ki, digər müraciətlər kateqoriyası üzrə 23 iş qeydə alınıb.

    Ümumilikdə müraciətlərin böyük hissəsi – 81,5 faizi Bakı Apellyasiya Məhkəməsinin, qalan hissəsi isə digər apellyasiya instansiyalarının payına düşüb.
    //modern.az

  • “Rus Evi”nə “molotov kokteyli” atıldı

    Çexiyanın paytaxtı Praqadakı “Rus Evi” hücuma məruz qalıb.

    Median.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Rus Evi”nin rəhbəri İqor Girenko bildirib.

    Onun sözlərinə görə, martın 26-da naməlum şəxslər “Rus Evi”nin binasına “Molotov kokteyli” atıb.

    Girenko atılan altı ədəd “Molotov kokteyli”ndən üçünün yanmadığını qeyd edib.

  • Çexiya səfiri Rusiya XİN-ə çağırıldı – “Rus Evi”nə görə

    Çexiyanın Rusiyadakı səfiri Daniel Koştoval Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    “Qafqazinfo” RBC-ya istinadən xəbər verir ki, buna səbəb Praqada yerləşən “Rus Evi”nə hücum olub.

    Məlumata görə, Rusiya qarşı tərəfdən hadisənin araşdırılmasını tələb edib, səfirə etiraz notası təqdim edilib.

    “Çexiya tərəfindən bu cinayətin operativ şəkildə araşdırılmasını, günahkarların tapılıb cəzalandırılmasını, habelə Praqadakı Rusiya nümayəndəliklərinin obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini tələb edirik”, – deyə XİN-in etirazında bildirilir.

    Qeyd edək ki, hadisə ötən gün baş verib. Naməlum şəxslər Praqada yerləşən Rus Evinin binasına altı “Molotov kokteyli” atıblar. “Kokteyl”lərdən üçü partlayaraq binanın fasadını zədələyib. Daha üç şüşə isə binanın ikinci mərtəbədəki kitabxana otağına düşsə də, onların heç biri partlamayıb.

  • Sulutəpəni yağış suları basdı, hərəkət çətinləşdi – Video

    Bu gün yağan güclü yağışlar səbəbindən paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin Pənahabad küçəsini su basıb.

    “Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, intensiv yağıntı nəticəsində qəsəbənin bir sıra küçələrində suyun səviyyəsi xeyli yüksəlib və bu da nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

    Bəzi ərazilərdə isə yollar demək olar ki, keçilməz vəziyyətə düşüb. Sakinlər bildirir ki, hər yağışdan sonra oxşar vəziyyət təkrarlanır: “Dəfələrlə icra hakimiyyətinə və bələdiyyəyə müraciət etmişik, məsələ onların diqqətinə çatdırılıb. Lakin hər yağış yağanda eyni vəziyyət təkrarlanır və heç bir tədbir görülmür. Nəticədə ərazi tamamilə yararsız hala düşür, evdən kənara çıxmaq demək olar ki, mümkün olmur. Bu problem gündəlik həyatımıza ciddi çətinlik yaradır”.

    Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

    “Vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etmişik. Göründüyü kimi intensiv yağışlar yağmağa davam edir. Ərazidə aidiyyəti qurumlar yaranmış problemlərin qarşısını almağa çalışırlar”.