Month: April 2026

  • Qanunsuz saxlanılan silahlar aşkarlandı

    Aprelin 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tüfəng və 34 ədəd patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Nikah bağlanarkən daha bir rəy də istənilə bilər – Video

    Nikah zamanı tibbi arayışla yanaşı, narkoloji arayışın tələbi də zəruri olmalıdır. Çünki hazırda boşanmaların bir səbəbi də narkotik asılığıdır. Buna görə də, hazırda HİV, QİÇS kimi viruslarla bağlı məcburi müayinə kimi, şəxslərin narkotik asılığı da yoxlansın və belə arayış tələb olunsun. Bu, aildə sonradan yarana biləcək bir çox problemlərin qarşısını alar.

    Bunu Milli Məclisin səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva “Xəzər Tv”yə müsahibəsində bildirib. O qeyd edib ki, testin cavabının həqiqəti əks etdirməsi üçün bu analizin bir deyil, bir neçə dəfə təkrarən verilməsi də zəruridir.

    Milli Məclisin üzvü onu da bildirdi ki, bu arayış, məhz nikaha daxil olarkən, həmin müddətdə, şəxsin narkotik asılılığının olub-olmamasını aydınlaşdırmaq üçündür.

  • Keçmiş rəis aliment pullarını mənimsəyirmiş

    Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

    İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Sumqayıtda müəllim vəfat etdi

    Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin müəllimi dünyasını dəyişib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Bildirilib ki, məktəbin təsviri incəsənət müəllimi Telman Yaqubov vəfat edib.

  • Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

    Aprelin 13-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

  • “Bağçalı” hotelinin fəaliyyəti dayandırıldı – Video

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətini dayandırıb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyətinin dayandırılıb.

  • Bu ölkə vətəndaşlarının muzeyə girişi qadağan edildi – Almaniyada

    Almaniyanın Koblenz şəhərindəki Hərbi Texnika Muzeyi qapılarını Rusiya, Ukrayna, Belarus və bir sıra digər ölkə vətəndaşlarına bağlayıb.

    Bu barədə muzey bəyanat yayıb.

    “Hərbi təhlükəsizlik tələblərinə görə, hazırda Təhlükəsizlik Təmizləmə Qanununun (SÜG) 13-cü maddəsinin 17-ci bəndinə uyğun olaraq siyahıda göstərilən ölkələrin vətəndaşlarının kolleksiyaya girişi qadağandır”, – məlumatda qeyd olunub.

    Bu siyahıda Əfqanıstan, Çin, Gürcüstan, İran, Tacikistan, Özbəkistan və Vyetnam da daxil olmaqla ümumilikdə 26 ölkə var.

    Koblenzdəki Hərbi Texnika Muzeyi, rəsmi olaraq Hərbi-Texniki Tədqiqat Kolleksiyası (Wehrtechnische Studiensammlung, qısaldılmış WTS) kimi tanınır və Avropanın ən böyük silah kolleksiyalarından biridir və 7-ci SS Könüllü Qrenadier Diviziyası “Langemark”ın keçmiş kazarmasında yerləşir.

    Sərgi 5 mərtəbədən və təxminən 30 min eksponatın təqdim olunduğu böyük bir anqardan (ümumi sahəsi 7000 m²-dən çox) ibarətdir.
    //unikal.az

  • 60 yaşlı kişi pilləkəndən yıxılaraq öldü

    Xaçmaz rayonunda 60 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb.

    “Unikal” xəbər verir ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü T.Fərhadov yaşadığı evin pilləkənindən yıxılaraq ağır bədən xəsarətləri alıb.

    Yaralı xəstəxanaya çatdırılsa da, həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı

    Səudiyyə Ərəbistanında bazar ertəsi Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanılıb. Qaydalara əsasən, Məkkə şəhərinə giriş yalnız xüsusi icazəsi olan şəxslərə şamil ediləcək.

    Müqəddəs şəhərə yalnız orada verilmiş “yaşayış icazəsi” olanlar, Həcc vizası və ya mövsüm ərzində orada işləmək üçün rəsmi icazəsi olan şəxslər buraxılacaq.

    Vurğulanıb ki, müvafiq qurumlar tərəfindən verilmiş icazəsi olmayan şəxslərin Həcc məkanlarına daxil olmasına yol verilməyəcək.

    Mövsüm ərzində işləyən əcnəbi vətəndaşlar üçün giriş icazələri elektron qaydada “Absher” və “Muqeem” portalları vasitəsilə verilir.

    Bundan əvvəl Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi zəvvarların təhlükəsizliyini təmin etmək və ibadətin rahat şəkildə yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlər elan edib.

    Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib ki, Ümrə vizası ilə ölkəyə gələn zəvvarlar üçün son çıxış tarixi aprelin 18-i müəyyən edilib.

    Nazirlik, həmçinin qeyd edib ki, “Nusuk” platforması vasitəsilə Ümrə vizalarının verilməsi ölkə vətəndaşları, Körfəz ölkələrinin sakinləri, habelə ölkə daxilində yaşayan xaricilər və digər viza sahibləri üçün mayın 31-dək dayandırılıb.

    Açıqlamaya əsasən, aprelin 18-dən etibarən yalnız Həcc vizası olan şəxslərə Məkkə şəhərinə daxil olmağa və orada qalmağa icazə veriləcək.

    Nazirlik Həcc mövsümü ilə bağlı qaydalara əməl etməyə çağıraraq bildirib ki, bu tələblərin pozulması qanunvericiliyə uyğun olaraq cərimə və digər sanksiyalarla nəticələnə bilər.

  • Yanvar-fevral aylarında evlənənlərin sayı boşananlardan çox olub

    Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 250 nikah və 3 376 boşanma halı qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 4.7-dən 3.2-yə, boşanmaların sayı isə 2,1-dən 2-ə düşüb.