Month: April 2026

  • Kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq?

    Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi müəyənləşib. İnterçeync ödəniş kartları ilə aparılan əməliyyatlar zamanı banklar arasında tətbiq olunan komissiya növüdür.

    Yuxarı hədd “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25, “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75, “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi həddində təsdiqlənib.

    Yeni qərarı Trend-ə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, interçeync üçün yuxarı hədlərin müəyyənləşdirilməsi müsbət haldır:

    “Bu məsələ uzun müddətdir, müzakirə edilirdi. Son dövrlər xüsusilə pərakəndə ticarətlə məşğul olan sahibkarlar məhz interçeync və pos-terminallardan istifadə haqlarının yüksək olduğunu bildirirdilər. Aparılan monitorinqlər də göstərirdi ki, bu tariflərin yüksək olması sahibkarın xərcinə, xüsusən də mikro kiçik və orta sahibkların fəaliyyətinə təsir göstərir. Çünki pərakəndə ticarətlə məşğul olan sahibkarlar bu xərcləri praktik olaraq digər kiçik sahibkarlara transfer edirlər. Bu addım müəyyən mənada sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq”.

    Millət vəkilinin sözlərinə görə, təəssüf ki, tariflər yenə də yüksəkdir:

    “Bu kateqoriya üzrə sahibkarların əhəmiyyətli hissəsi “general” kateqoriyasına uyğundur. Bu kateqoriya üzrə interçeync üçün yuxarı hədd 1,5 faiz müəyyənləşib. Əksər ölkələrdə, xüsusən də Avropa İttifaqına üzv olan ölkələrdə, o cümlədən əksər region ölkələrində bu tariflər 1 faizdən aşağıdır”.

    V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın belə yüksək deyil, daha optimal yuxarı hədlər müəyyənləşdirməsi məqsədəuyğun olardı.

    “Müəyyənləşmiş hədlər sahibkarların inkişafına dəstək olsa da, xərclərinin bu istiqamətdə kəskin azalmasına gətirib çıxarmayacaq. Mərkəzi Bankın 2026-cı il ərzində bu qərarına yenidən baxıb interçeync üçün yuxarı hədləri azaltması məqsədəuyğun olardı”, – deyə o fikrini yekunlaşdırıb.

    Qeyd edək ki, interçeync ödəniş kartları ilə aparılan əməliyyatlar zamanı banklar arasında tətbiq olunan komissiya növüdür. Bu komissiya birbaşa kart sahibindən deyil, əməliyyatda iştirak edən banklar arasında hesablaşma prosesində tutulur.

    Kartla ödəniş zamanı üç əsas tərəf iştirak edir: kartı təqdim edən bank (emitent), ödənişi qəbul edən tərəfin bankı (ekvayer) və ödəniş sistemi (məsələn, Visa və ya Mastercard). Müştəri kart vasitəsilə ödəniş etdikdə ekvayer bank əməliyyatı icra edir və müəyyən faiz həcmində vəsaiti emitent banka ötürür. Məhz bu məbləğ interçeync komissiyası adlanır.

    İnterçeync haqqı adətən əməliyyat məbləğinin kiçik bir hissəsini təşkil edir və onun səviyyəsi ölkədən, kart növündən və əməliyyatın xüsusiyyətlərindən asılı olaraq dəyişir. Bu komissiya əsasən ticarət obyektləri tərəfindən ödənilir.

    Nəticə etibarilə, interçeync birbaşa vətəndaşdan tutulmasa da, ticarət obyektləri bu xərcləri qiymətlərə daxil edə bildiyindən dolayı şəkildə istehlakçılara təsir göstərə bilər.

  • Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.

    Bu barədə Baş katib “X”də yazıb.

    Görüş zamanı qarşıdan gələn AQEM sammiti və AQEM Media Forumuna hazırlıqlar müzakirə olunub.

    Kayrat Sarıbay AQEM-də Azərbaycanın güclü liderliyini yüksək qiymətləndirdiyini bildirib.

  • Tramp “müqəddəs” fotosunu sildi

    ABŞ Prezidenti Donald Tramp özünü “şəfa verən müqəddəs” kimi təsvir edən süni intellektlə yaradılan şəklini “Truth Social” səhifəsindən silib.

    Şəkildə Trampın prezidentin bir əlini yataqda uzanan bir kişinin alnına qoyduğu görünür. Toxunduğu anda xəstənin başının ətrafında bir işıq peyda olur. Digər əlində isə prezident işıq topu tutur. ABŞ əsgəri, tibb bacısı, Trampın beysbol papağını taxan tərəfdarı və əllərini dua üçün birləşdirən bir qadın onun və xəstənin ətrafında dayanıblar. Arxa planda ABŞ simvolları – bayraq, Azadlıq Heykəli və qartal görünür. Hərbi təyyarələr Trampın başının üstündə uçur.

    ABŞ prezidentinin digər paylaşımları istifadəçilər üçün əlçatan olaraq qalır.

  • Yeni koronavirus ştammı “Cicada” – Uşaqlar xüsusi risk altında ola bilər

    Koronavirus yayılmağa və mutasiyaya davam edir. Alimlər artıq 23 ölkədə qeydə alınmış COVİD-19-un yeni BA.3.2 variantını müəyyən ediblər.

    Bu növün xüsusilə uşaqlar üçün daha təhlükəli ola biləcəyi ehtimal olunur və buna görə də valideynlərin simptomlar barədə məlumatlı olması vacibdir.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, BA.3.2 kod adı ilə tanınan COVİD-19 variantı artıq ABŞ, Böyük Britaniya, Avstraliya və bir sıra digər ölkələrdə qeydə alınıb. Ştamm “Cicada” adını gizli davranış xüsusiyyətinə görə alıb: xəstəlik müəyyən müddət “sakit” qalır və aktivlik artımı uzun müddət müşahidə olunmur, eyniadlı həşərat kimi.

    Hələlik alimlər bu variantın digər koronavirus ştammlarından daha təhlükəli olduğunu təsdiqləyən sübutlar tapmayıblar, baxmayaraq ki, onun genetik fərqləri əhəmiyyətlidir. Xəstəlik “nəzarət altında olan variant” statusundadır və əlavə araşdırmalar tələb olunur. Bununla belə, uşaqların bu virusa böyüklərdən daha tez yoluxa biləcəyi ehtimal edilir.

    Alimlər “Cicada” variantını fərqləndirən xüsusi əlamətlər qeyd etmirlər – simptomlar digər koronavirus növləri ilə eynidir. Bunlara yüksək hərarət, öskürək, burun-udlaq və boğaz ağrısı, burun tutulması, əzələ ağrıları, ümumi halsızlıq, nəfəs darlığı və ishal daxildir.

    Mütəxəssislər vurğulayırlar ki, “Cicada” genetik baxımdan “Omikron” kimi əvvəlki ştammlardan xeyli fərqlənir. Bu isə onun daha çox insanı yoluxdura bilməsi deməkdir, çünki mövcud immunitet kifayət qədər hazır olmaya bilər. Hətta əvvəllər “Omikron”a yoluxmuş şəxslərdə belə bu varianta qarşı anticisimlər olmaya bilər.

    Ekspertlər həmçinin bildirirlər ki, əvvəlki vaksinlər yeni varianta qarşı daha az effektiv ola bilər. Lakin bu, peyvənddən imtina etmək üçün əsas deyil, çünki mövcud vaksinlər yenə də müəyyən səviyyədə qoruma təmin edir. Buna görə də virusun yayılmasının qarşısını almaq üçün mütəmadi vaksinasiya və gigiyena qaydalarına riayət etmək vacibdir.
    //qaynar.az

  • Bəhreyn İraqa nota verdi

    Bu gün İraq səfirliyinin müvəqqəti işlər vəkili Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb.

    Məlumata görə, Bəhreyn Xarici İşlər Nazirliyi İraq ərazisindən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı həyata keçirilən “zərərli dron hücumlarını” kəskin şəkildə pisləyib.

    Nazirlikdə keçirilən görüş zamanı ikitərəfli əlaqələr üzrə baş direktor Şeyx Abdullah bin Əli Al Xəlifə İraq diplomatı Əhməd İsmayıl al-Karaviyə rəsmi etiraz notası təqdim edib.

    O vurğulayıb ki, İraq bu təhdid və hücumlara regional və beynəlxalq hüquqa uyğun şəkildə təcili və məsuliyyətli şəkildə cavab verməlidir.

    Bəyanatda həmçinin qeyd olunub ki, Bəhreyn sabitliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün “bütün zəruri tədbirləri görmək hüququnu” özündə saxlayır.

  • Bakının bu məktəbində şagirdlər QR kodla yoxlanılır

    Bakıdakı 12 nömrəli tam orta ümumtəhsil məktəbində QR kod əsaslı “Elektron davamiyyət” sistemi tətbiq edilməyə başlanıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmini məqsədilə tətbiq edilən yeniliyə əsasən, hər bir şagird üçün xüsusi QR kod yaradılıb. Şagirdlər məktəbə daxil olarkən bu kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçirlər. Bu isə davamiyyətin real vaxt rejimində məktəb və valideynlər tərəfindən izlənilməsinə imkan yaradır.

    “Elektron davamiyyət” sistemi vasitəsilə:

    · Şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır;

    · Dərhal valideynlərin vatsap nömrəsinə bildiriş göndərilir;

    · Gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır.

    Pilot layihə olaraq 10 sinifdə tətbiq olunan yeniliyin həftə ərzində bütün sinifləri əhatə etməsi nəzərdə tutulur.

    Qeyd edək ki, sistemin tətbiqi təhsil prosesinin daha şəffaf idarə olunmasına və müasir texnologiyaların təhsil mühitinə inteqrasiyasına xidmət edir.

  • Bakıdakı yollardan birində sürət həddi endirilib

    Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Yol polisindən sürücülərə MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

    Qurumdan bildirilib ki, hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

    Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.

    “Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbirli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”, – məlumatda qeyd edilib.

  • Hansı yollarda qırmızı işıqda keçmək olar? – Video

    Bakıda bəzi küçələrdə yeni yol nişanları quraşdırılıb. Məsələn, yolayrıclarında işıqfor əgər qırmızıdırsa, sağa dönmək istəyən vətəndaşlar digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə dönə bilərlər.

    Bunun üçün “Yol verməklə dönmək olar” nişanı quraşdırılıb. Lakin bəziləri onu ya görmürlər, ya da görsələr də, mahiyyətini başa düşmürlər.

    Baku TV sözügedən məsələ ilə bağlı sürücülər arasında sorğu keçirib. Onların çoxu nişan barədə məlumatlarının olmadığını söyləyiblər.

    “Nişanı görmüşəm. Amma adam dönməyə ürək etmir”, “Birinci dəfədir görürəm. Belə nişanın olduğunu bilmirdim”, – deyə sürücülər məsələyə münasibət bildiriblər.

    Paytaxt yollarında quraşdırılan sözügedən nişan 2019-cu ildə “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklə qəbul edilib. 5.53 nişanı sürücülərə daim sağa dönməyə icazə verir. Lakin bir çox sürücü bundan məlumatsızdır.

  • Объявлен размер медианной ежемесячной арендной платы в Азербайджане

    Размер медианной ежемесячной арендной платы в Азербайджане составил 1 002 маната.

    Как сообщает Oxu.Az, об этом говорится в отчете о финансовой стабильности, опубликованном Центральным банком Азербайджана.

    Отмечается, что, согласно данным, полученным из открытых источников по рынку жилья, размер медианной ежемесячной арендной платы на конец декабря по стране составил 1 002 маната, что обуславливает срок капитализации недвижимости в 20.9 года.

    По сравнению с 2024 годом наблюдается увеличение срока капитализации на 1.4 года, что связано с более быстрым ростом стоимости жилья в течение года по сравнению с увеличением арендных цен.