Month: April 2026

  • Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, aprelin 14-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

  • Əməkhaqqı yüksək olan sahələr – SİYAHI

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 099 manat təşkil edib.
     
    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
     
    Bu il martın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla çalışan işçilərin 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Türkiyə geyim brendləri Rusiyanı tərk edir

    Türkiyənin “Oxxo”, “Club”, “NetWork” və “Mudo brendləri Rusiyada mağazalarını bağlayır.

    Bu barədə Rusiya mətbuatı yazır.

    Qeyd olunur ki, Türk milyarder Hüsnü Özyeginin “Fiba Retail Group” şirkətinə məxsus Rusiyadakı bu brendlər ötən il 716,3 milyon rubl xalis zərər edib.

    Onların idarəetmə şirkəti olan “Marka Rus” ötən il artıq 10 mağazasını bağlayıb, 20 mağazası isə qalıb və bunların hamısı 2026-cı ilin sonuna qədər fəaliyyətini dayandıracaq.

    Türk brendlərinin bazardan getməsi, artan xərclər və istehlakçı davranışındakı dəyişikliklər səbəbindən Rusiya geyim bazarının daralması fonunda baş verir. “Forbes”in məlumatına görə, 2026-cı ilin əvvəlində Rusiya pərakəndə satış məntəqələrinin sayı 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə olaraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb.

  • Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağır

    Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti davam edir.

    Bölgədə yağıntılı hava şəraiti hökm sürür. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərində qar yağışı qeydə alınır.

  • “Torqovı”da evdən meyit TAPILDI

    Bakının mərkəzində evdən meyit tapılıb.

    Hadisə Səbail rayonu, Nizami küçəsindəki evlərdən birində qeydə alınıb.

    Oranın sakini, 1963-cü il təvəllüdlü Elcan Abduləli oğlu Həsənovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.

    Faktla bağlı Səbail rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Əməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR

    Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib.

    Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan sonuncu prosesdə təqsirləndirilən həkim barədə birinci instansiyanın qərarı dəyişdirilərək 3 il 3 ay cəza verilib.

    Təqsirləndirilənin həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Zərərçəkənin hüquqi varisinin vəkili Ülvi Nağıyevin dediyinə görə? məhkəmə zərərçəkən tərəfin iddiasını qismən təmin edərək onlara ödəniləsi maddi təzminatın miqdarını da artırıb.

    Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

    Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

    Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Ülviyyə İlyasova barədə Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf – zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət versələr də, Bakı Appelyasiya Məhkəməsi bunu qismən təmin edib və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.

    Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.

    Daha sonra Bakı Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək Bakı Appelyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.

    Aprelin 8-də isə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işinin ilk prosesi zamanı barəsində həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və o məhkəmə zalından həbs edilib.

    Onu da qeyd edək ki, zərərçəkən tərəf Ülviyyə İlyasovanin cəzasının daha da ağırlaşdırılması tələbini ortaya qoymuşdu.
    //oxu.az

  • Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağırdır

    Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan birinin vəziyyəti ağır stabildir.

    Median.Az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Bildirilib ki, onun Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilir və meninqoensofalit diaqnozu təyin edilib.

    Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında isə iki nəfərin müalicəsi davam etdirilir.

    Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabil qiymətləndirilir.

    Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.

  • “Tempo Baku” restoranının qarşısında KÜTLƏVİ DAVA – Video

    Bakıda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.

    Hadisə Nərimanov rayonunda yerləşən “Tempo Baku” restoranının qarşısında baş verib.

    Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə baş verib və daha sonra mübahisə davaya çevrilib.

    Tərəflər bir-birlərinə xəsarətlər yetiriblər.(milli.az)

    Lent.az dəqiqləşdirib ki, Nərimanov rayonu ərazisində sərxoş halda ictimai asayişi pozan şəxslərin kimliyi polis əməkdaşları tərəfindən müəyyən olunub.

    Hazırda faktla bağlı zəruri prosessual araşdırmalar davam etdirilir.

  • Проректор UNEC освобождён от должности

    Проректор по экономическим вопросам Азербайджанского государственного экономического университета (UNEC) Насими Исмайылов освобождён от должности.

    Как сообщает Median.Az со ссылкой на Yeni Sabah, соответствующий приказ подписал министр науки и образования Эмин Амруллаев.

    Отмечается, что Исмайылов подал заявление об уходе в связи с переходом в другую сферу деятельности. Министр удовлетворил его заявление.

  • Prorektor işdən çıxarıldı – Nazirdən əmr

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi məsələlər üzrə prorektoru Nəsimi İsmayılov vəzifəsindən azad olunub.

    Median.Az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

    N.İsmayılov başqa sahəyə keçməsi ilə əlaqədar işdən çıxmaqla bağlı ərizə yazıb. Nazir onun ərizəsini qəbul edib.