Month: April 2026

  • Baş idarə əməliyyat keçirdi – 3 nəfər saxlanıldı (Video)

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 43 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, idarə əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib. Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    Hər üç şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Qatarlar arasında interval növbəti dəfə azaldılır

    “Bakı Metropoliteni” QSC qatarların hərəkət qrafikinin optimallaşdırılması və sərnişin axınının tənzimlənməsi istiqamətində növbəti yeniliklər edib.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, sərnişin sayında müşahidə edilən artım nəzərə alınaraq, texniki sistemlərdə aparılan təkmilləşdirmə və rəqəmsal həllərin tətbiqi sayəsində pik vaxtlarda “28 May–Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir, günorta saatlarında – 12:30-14:30 və 16:00-17:00 aralıqlarında Yaşıl və Qırmızı xətlərdə 30 saniyə azaldılmış interval tətbiq olunur, səhər, günorta və axşam saatlarında xətlərə “Koroğlu”, “28 May”, “Gənclik” və “Elmlər Akademiyası” stansiyalarına qədər sərnişinsiz hərəkət edən qatarlar verilir.

  • Mingəçevirdə evdən qadın meyiti tapıldı

    Mingəçevirdə evdə qadın meyiti aşikarlanıb.

    “Unikal”ın məlumatına görə, 1964-cü il təvəllüdlü ev sahibi Şükufə Aslanova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşikar edilməyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Polis silah-sursat aşkarladı

    Aprelin 2-də polis tərəfindən xeyli silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 10 patron darağı, 1460 ədəd müxtəlif çaplı patron və 4 mərmi aşkar edərək götürüblər.

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • İranda humanitar yardımla dolu konteynerlər vuruldu

    İranın cənubundakı Buşehr əyalətində Qızıl Aypara Cəmiyyətinin şöbəsinə hava hücumu olunub.

    “Unikal” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

    Zərbələr nəticəsində humanitar yardımla dolu iki konteyner məhv edilib .

    “Hücum 3 aprel tarixində Buşehr bölgəsinin Çoqadak yaşayış məntəqəsində baş verib. Zərbə nəticəsində humanitar yardım daşımaq üçün istifadə edilən iki təkərli konteyner, eləcə də bir avtobus və bir xilasetmə maşını məhv edilib”, – deyə açıqlamada bildirilir.

  • AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir

    Son illər sağlam həyat tərzinə marağın çoxalması fonunda idman qidalarına və bioloji aktiv qida məhsullarına (BAQM) olan tələbat əhəmiyyətli dərəcədə artıb. Sosial şəbəkələr və onlayn platformalarda bu məhsulların təbliği isə istehlakçı marağının daha da genişlənməsinə səbəb olub.

    Bir çox hallarda istehlakçılar bu məhsulların təsir mexanizmi, potensial faydaları və tətbiq sahələri barədə kifayət qədər məlumatlı olmadan istifadə edirlər. Halbuki, bu cür məhsulların qəbulundan əvvəl tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Əks halda, bu, bir sıra sağlamlıq risklərinə səbəb ola bilər. Bu risklərə ürək-damar sisteminə mənfi təsirlər, hormonal balansın pozulması, məhsulun tərkibində bəyan edilməmiş və ya icazə verilməyən maddələrin mövcudluğu ilə əlaqədar toksik təsirlər, eləcə də allergik reaksiyalar və həzm sistemi pozğunluqları aid edilə bilər. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır.

    Qeyd edək ki, idman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Bununla yanaşı, məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir.

    Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları idman qidalarını və BAQM-ları əldə edərkən dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır.

    Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir, istehlakçıların sağlamlığının qorunması, keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəsinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

  • Azərbaycana turist axını azalıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min əcnəbi vətəndaş səfər edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadə xəbər verir.

    Gələnlərin 23,2 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,0 faizi İran, 5,0 faizi Gürcüstan, 4,6 faizi Hindistan, 3,7 faizi Pakistan, 3,6 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Özbəkistan, 2,6 faizi İsrail, 2,0 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 72,0 faizini kişilər, 28,0 faizini qadınlar təşkil etmişdir.

    2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4 faiz artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4 faiz artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9 faiz azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7 faiz azalaraq 157,0 min nəfər təşkil etmişdir.

    Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

    2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,8 faiz artaraq 298,7 min nəfər olmuşdur. Vətəndaşlarımızın 37,4 faizi Türkiyəyə (əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 2,1 faiz çox), 15,2 faizi Rusiya Federasiyasına (2,8 faiz az), 12,5 faizi İrana (17,7 faiz çox), 9,9 faizi Gürcüstana (12,2 faiz az), 25,0 faizi isə digər ölkələrə (0,1 faiz az) getmişdir. Gedənlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil etmişdir.

    2026-cı ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 30,4 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

  • Ermənistanda hərbçi öldü

    Ermənistanda müqaviləli hərbçi ölüb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    İstintaq Komitəsi bildirib ki, hadisə 2 aprel 2026-cı ildə Müdafiə Nazirliyinin təlim poliqonunda baş verib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi (hərbi vəzifəli şəxsin səhlənkarlığı, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 532-ci maddəsinin 3-cü hissəsi (silah, sursat, hərbi texnika və ya ətraf mühit üçün daha böyük təhlükə yaradan digər hərbi əmlak, materiallar, qurğular və ya əşyalarla davranma qaydalarını pozduqda ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.
    //unikal.az

  • Bakıda bu stadion təmirə bağlanacaq

    Bayıl stadionu may ayında – cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.

    Bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.

    Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.

    Onun sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.

  • Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 minə yaxınlaşıb

    Bu ilin mart ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 628 nəfər olub.

    Median.Az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

    Onların 114 713 nəfəri yaşa, 13 987 nəfəri əlilliyə, 22 928 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.