Month: April 2026

  • Yoxlamalar nəticəsində 12 aptekdə nöqsanlar aşkarlandı

    Mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 54 aptekdə yoxlama aparıb.

    Mərkəzdən verilən məlumata görə, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

    Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.

    Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib olunub.

  • Bayram günlərində təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub

    Novruz və Ramazan bayramları (20-30 mart) ərəfəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

    TƏBİB-dən verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub.

    Çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. 59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

    Bakı şəhəri üzrə ən çox müraciət martın 21-də qeydə alınıb. Belə ki, həmin gün müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.

    Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub.

  • Bu şəxslər də müəllim işləyə biləcək

    “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.

    Qeyd edək ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir.

  • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

    Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həyatını itirib.

    Bu barədə hərbi jurnalist Tofiq Şahmuradov paylaşım edib.

    Martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə əslən azərbaycanlı Rəşad Fəzail oğlu Məmmədov həlak olub.

    O müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində olub, dəfələrlə yaralanmasına baxmayaraq yenə döyüşlərə qayıdıb.

  • 2000-dən çox İran əsgəri öldürülüb – İsrail

    İsrail 2000-dən çox İran əsgəri və komandirini öldürdüyünü və 4000-dən çox hədəfə zərbə endirdiyini bildirib.

    Bu barədə İsrail Müdafiə Qüvvələri bəyanat yayıb.

    İran hakimiyyət orqanlarının məlumatına görə, ABŞ-İsrail hücumları nəticəsində indiyə qədər 240 qadın və 212 uşaq da daxil olmaqla ümumilikdə 1937 nəfər həlak olub.
    //unikal.az

  • Avtomobil nömrəsini itirın sürücü nə etməlidir?

    Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının (avtomobil nömrələrinin) itirilməsi və ya yararsız hala düşməsi hallarında sürücülər bir sıra vacib məqamları nəzərə almalıdırlar.

    Baku.ws-in məlumatına görə, ilk növbədə, nömrə itirildiyi halda vətəndaş dərhal yaşadığı ərazi üzrə polis bölməsinə müraciət edərək bu barədə arayış almalıdır.

    Daha sonra isə müraciət Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinə təqdim olunmalıdır.

    Qanunvericiliyə əsasən, itirilmiş dövlət qeydiyyat nişanlarının tapılması üçün bir ay müddət verilir. Bu müddət ərzində nömrə tapılarsa, sahibinə qaytarılır. Əks halda, həmin nömrəni yenidən əldə etmək mümkün olmur və yeni qeydiyyat nişanı alınmalıdır. Yeni nömrənin rüsumu isə üzərindəki hərf və rəqəm kombinasiyasına uyğun olaraq müəyyən edilir.

    Bəzi hallarda nömrələr itmir, oğurlanır. Əgər kimsə tapdığı nömrəni pul qarşılığında geri qaytarmağı təklif edirsə, bu zaman vətəndaş dərhal polisə məlumat verməlidir. Belə hallarda hüquq-mühafizə orqanlarının müdaxiləsi vacibdir.

    Eyni zamanda, nömrələrin zədələnməsi və ya qopub düşməsi halları da tez-tez rast gəlinir. Xüsusilə yapışqanlı və ya zəif bərkidilmiş nömrələr güclü külək, yüksək sürət və intensiv yağıntı nəticəsində yerindən çıxa bilər. Bəzən sürücülər bunu dərhal hiss etmirlər.

    Qeyd edək ki, dövlət qeydiyyat nişanı olmadan və ya natamam (bir ədəd olmadan) avtomobil idarə etmək inzibati məsuliyyət yaradır. Həmçinin saxta və ya başqa nəqliyyat vasitəsinə aid nömrələrlə avtomobil idarə edən şəxslər də cərimələnir. Bu hallarda 100 manat məbləğində cərimə və 4 cərimə balı tətbiq olunur.

  • Пашинян: Ж/д перевозки через Азербайджан способствуют развитию отношений РФ и Армении

    Железнодорожные перевозки через Азербайджан способствуют развитию армяно-российских экономических отношений.

    Как сообщает Median.Az со ссылкой ТАСС, об этом заявил премьер-министр Армении Никол Пашинян на переговорах с президентом РФ Владимиром Путиным.

    Премьер выразил убежденность, что армяно-российские отношения динамично развиваются в условиях новых реалий, когда между Арменией и Азербайджаном установлен мир.

    “Я думаю, что это позитивно отражается и на наших отношениях с Российской Федерацией. Потому что с начала нашей независимости мы первый раз имеем железнодорожную связь с Российской Федерацией. Мы импортируем через территорию Азербайджана по железной дороге из России. Я надеюсь, в скором будущем будем еще и экспортировать. Это, конечно, укрепляет наши традиционные экономические связи”, – сказал Пашинян.

  • Paşinyan: “Azərbaycan üzərindən dəmiryolu əlaqələri həyati əhəmiyyət daşıyır”

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycan ərazisindən keçən dəmiryolu daşımalarının Rusiya-Ermənistan münasibətləri üçün əhəmiyyətindən danışıb.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    Paşinyan bildirib ki, Azərbaycan ərazisindən həyata keçirilən dəmiryolu daşımaları Ermənistan-Rusiya iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir.

  • Qaradağda yolu sel apardı – Video

    Paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsində körpünü sel aparıb.

    Körpünün yaxınlığından keçən yolun yararsız hala düşməsi gediş-gəlişi çətinləşdirib.

    Sakinlər çayın üzərindən keçən boru xətti ilə digər sahilə keçməyə çalışır. Bu isə onların həyatları üçün çox təhlükəlidir.

  • Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi – SƏBƏB

    Qaradağ rayonunun Umbakı (Çeyildağ) qəsəbəsində körpünün çökməsi səbəbindən şagirdlər üçün tədris onlayn təşkil edilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qəsəbənin 224 nömrəli ümumi orta ümumtəhsil məktəbindən məlumat verilib.

    Bildirilib ki, son günlər yağan intensiv yağışlarla əlaqədar Qaradağ rayonunun Umbakı qəsəbəsinə gedən yol sel suları nəticəsində dağılıb. Bu səbəbdən qəsəbə 224 nömrəli ümumi orta ümumtəhsil məktəbində I və II siniflər istisna olmaqla digər siniflərdə tədris onlayn formada təşkil olunur:

    “Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Problemin həlli istiqamətində müvafiq işlər görülməkdədir.

    Alternativ yol təmir olunana kimi tədrisin onlayn qaydada davam etdirilməsi nəzərdə tutulur”.