Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaZelenski 15 qubernatoru işdən çıxardı

Zelenski 15 qubernatoru işdən çıxardı

Ukrayna Prezidenti Vladimir Zelenski 15 vilayət dövlət administrasiyasının rəhbərini vəzifəsindən azad edib.

Lenta.ru-nun məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka bildirib.

Onun sözlərinə görə, vəzifəsindən azad edilənlər Kiyev, Çerniqov, Odessa, Xerson, Ternopol, Poltava, Lvov, Kirovoqrad, İvano-Frankovsk, Zaporojye, Zakarpatiya, Volın, Nikolayev, Sumi və Xmelnitski vilayətlərinin rəhbərləridir.

Bundan əvvəl V.Zelenskinin mətbuat katibi Yuliya Mendel bildirmişdi ki, dövlət başçısı bütün qubernatorların dəyişdirilməsini zəruri hesab edir

Belə qərarın səbəbi barədə isə dəqiq məlumat verilmir.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments