Bakıda sürücü “Araz” marketə belə girdi – VİDEO

Bu gün axşam saatlarında Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, qəza Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, saat 17:00 radələrində hərəkətdə olan VAZ-2107 qəfil yoldan çıxaraq “Araz” marketə çırpılıb.

Nəticədə minik maşınına ciddi ziyan dəyib, sürücünün başı yarılıb. Onu yaxınlıqdakı şəxslər maşından çıxararaq ilkin tibbi yardım gösəriblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *