“Dəmir günbəz”i istismar edən 30 İsrail əsgəri xərçəngə düçar olub

İsrailin Havadan Müdafiə Qüvvələrində xidmət keçən 30 əsgər onkoloji xəstəliklərdən əziyyət çəkir.

“MIGnews.com” xəbər verir ki, bu haqda İsrailin 13-cü TV kanalının müxbiri Adam Şafir məlumat yayıb.

O bildirib ki, xərçəngə düçar olanların əksəriyyəti “Dəmir günbəz” raketlərdən müdafiə qurğularının heyətində olublar.

Əsgərlər xəstəliklərinin hərbi xidmətlə bağlılığının olub-olmamasını araşdırmağı hökümətdən tələb edirlər.

Ehtimal olunur ki, radarların şüası xərçəngə səbəb olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *