Cümə axşamı, May 14, 2026
Google search engine
EvDünyaPanamanın sabiq prezidenti ilə bağlı qərar verildi

Panamanın sabiq prezidenti ilə bağlı qərar verildi

Panama Ali məhkəməsi ölkənin sabiq prezidenti Rikardo Martinellinin üzərindən bütün ittihamları götürüb.

TASS-ın verdiyi məlumata görə, məhkəmə onun dərhal həbsdən azad edilməsi ilə bağlı qərar verib.

Agentliyin məlumatına əsasən, Martinellinin günahsızlığı haqqında qərar həmrəyliklə qəbul edilib. Bildirilir ki, prokurorlar onun günahını sübut edən dəlillər gətirə bilməyiblər.

Xatırladaq ki, Rikardo Martinelli Panamanın prezidenti vəzifəsini 2009-2014-cü illərdə icra edib. O, ölkəni 2015-ci ildə tərk etmişdi, 2016-cı ilin iyununda isə Panama məhkəməsi ABŞ-a siyasətçinin ekstradisiyası ilə bağlı sorğu yollamışdı.

Eks-prezident siyasi şantajla yanaşı, büdcə vəsaitinin israf edilməsində, eləcə də Panama vizalarını qeyri-leqal şəkildə verməkdə ittiham olunurdu. Sabiq prezidenti 21 il həbs cəzası gözləyirdi.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments