Tərtərdə əl qumbarası partlayıb, ölən və yaralanan var – FOTO – VİDEO – YENİLƏNİB

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralının şəxsiyyəti hələlik açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *